Təhsil 365 - Logo Mobile

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi üzrə imtahana qeydiyyat elan edilib

13414.08.2026 - 04:59
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi üzrə imtahana qeydiyyat elan edilib

İmtahan 27 sentyabr 2026-cı il tarixində Bakı və Naxçıvan şəhərlərində kompüter vasitəsilə elektron formada təşkil olunacaq. İmtahan iki növbədə - 10:00 və 16:00-da başlayacaq.

“Tehsil365” DİM-ə istinadən xəbər verir ki, Bakı şəhərində hər növbə üzrə 760 yer, Naxçıvan şəhərində hər növbə üzrə 160 yer olmaqla, ümumilikdə 1840 yer ayrılıb. Namizədlər 13 avqust saat 15:00-dan 10 sentyabr saat 18:00-dək DİM-in internet səhifəsində bu linkə daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS (İmtahan 10:00-da başlayacaq); 

2. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS (İmtahan 16:00-da başlayacaq).

Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 19 iyun 2025-ci il tarixli 183 nömrəli Qərarına əsasən, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə imtahanlarda iştirak haqqı 100, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə imtahanlarında iştirak haqqı isə 50 manatdır.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər. 

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının ( ACA/ICAEW - Chartered Accountant Qualification ) sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”. 

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti. 

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir. 

İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini imtahan tarixinə 3-4 gün qalmış DİM-in saytından çap etmək mümkün olacaq.

Namizədlər PMS imtahanları ilə bağlı suallarını pms@dim.gov.az ünvanına göndərə bilərlər.

Nuray Babayeva

Xəbər Lenti

“3 Quzu və Canavar” kukla tamaşası14.08.2026 - 07:35
Şəki-Zaqatala bölgəsində 538 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib14.08.2026 - 05:58
BDU-nun Geologiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!14.08.2026 - 05:49
Lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti uzadılıb14.08.2026 - 05:40
Dövlət İmtahan Mərkəzində avqustun 15-də TOEFL iBT imtahanı keçiriləcək14.08.2026 - 05:31
Bağça müəllimi vəzifəsinə imtahan nəticələri bu tarixdə AÇIQLANACAQ14.08.2026 - 05:22
Bakıda gənc rəssamların sərgisi açılıb14.08.2026 - 05:14
II qrupda abituriyentləri gözləyən plan yerləri - Bəzi ixtisaslarda artım VAR14.08.2026 - 05:06
Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib14.08.2026 - 04:52
Peşə biliklərinin qiymətləndirilməsi üzrə imtahan keçirilib14.08.2026 - 04:45
İngilis dilini öyrənən azyaşlılar üçün imtahana qeydiyyat başlanır14.08.2026 - 04:38
Ailə həkimliyi ixtisası - bir ixtisasda geniş klinik spektr14.08.2026 - 04:31
“Xəzər”in tədqiqatçılarının “Web of Science” (ESCI) indeksli jurnalda məqaləsi14.08.2026 - 04:24
ADNSU ilə Geologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb14.08.2026 - 04:16
BDU-da Abituriyent Məlumat Mərkəzi fəaliyyətə başlayıb14.08.2026 - 04:09
UNEC-də “İnklüziv ali təhsil: müasir inklüziv təhsildə süni intellektin tətbiqi təcrübələri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək14.08.2026 - 04:02
DİM sədri: III ixtisas qrupunda yüksək müsabiqə vəziyyəti müşahidə olunur13.08.2026 - 16:22
DT və TC altqruplarında bəzi ixtisaslar üzrə keçid balları arta bilər13.08.2026 - 16:12
Gürcüstanlı gənclər Diaspor Gənclərinin VII Yay Düşərgəsindən zəngin təəssüratlarla qayıdıblar13.08.2026 - 16:03
Qarabağ Universiteti ilə İTÜ-nün ikili diplom proqramı üzrə qəbul başlayır13.08.2026 - 15:54
Birinci ixtisas qrupunda 500-600 arasında bal toplayan abituriyentlərin sayı açıqlanıb13.08.2026 - 15:44
BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi təşkil olunacaq13.08.2026 - 15:38
2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır13.08.2026 - 15:32
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb13.08.2026 - 15:27
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə iki ixtisas üzrə tələbə qəbulu aparılır13.08.2026 - 15:20
Azyaşlı öyrənənlər üçün ingilis dili imtahanına qeydiyyat başlayıb13.08.2026 - 15:14
Həkimsiz dərman qəbul etmək hansı təhlükələr yaradır? - Ekspertdən açıqlama13.08.2026 - 11:00
Məleykə Abbaszadə: İxtisas seçimində universitetlərin təqdim etdiyi imkanlara diqqət yetirin13.08.2026 - 10:55
Kənd təsərrüfatı ixtisaslarında plan yerlərinin əksəriyyəti dövlət sifarişlidir – DİM13.08.2026 - 10:50
I qrup abituriyentlərinə ŞAD XƏBƏR: 200 baldan yuxarı nəticə göstərənlərin qəbul şansı var13.08.2026 - 10:45
Rəssamlıq Akademiyasının yaxın illər üzrə inkişaf istiqamətləri AÇIQLANDI13.08.2026 - 10:40
BMU məzunundan beynəlxalq akademik uğur13.08.2026 - 10:35
Azyaşlıların sosial media hesabları bağlanır13.08.2026 - 10:30
Abituriyentlərin DİQQƏTİNƏ: DSX Akademiyasına əlavə sənəd qəbulu13.08.2026 - 10:25
150 bal toplayan abituriyentlərə ŞAD XƏBƏR - Bu ixtisaslarda plan yerləri var13.08.2026 - 10:20
Qardaş ölkədə beynəlxalq tələbələrə 2 illik yaşayış icazəsi verilə biləcək13.08.2026 - 10:15
Tibbə qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ: Keçid balı arta bilər13.08.2026 - 10:10
Elektron attestatla xaricdə təhsil: Sənəd necə təsdiqlənəcək?13.08.2026 - 10:05
Gənclərin gələcək işləri təhlükədədir? – Süni intellektlə bağlı HESABAT13.08.2026 - 10:00
Yüksək qiymət təzyiqi tələbələrə necə təsir edir?13.08.2026 - 09:55
ABŞ universitetlərinə yeni tələblər13.08.2026 - 09:50
Bu günə olan hava proqnozu13.08.2026 - 09:45
Məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlandı13.08.2026 - 09:40
Abituriyentlərin DİQQƏTİNƏ: 10 minə yaxın şəxs ixtisas seçimini təsdiqləyib13.08.2026 - 09:35
Bağça müəllimi vəzifəsi üzrə imtahan nəticələrinin açıqlanacağı TARİX13.08.2026 - 09:30
Plan yerləri artan və azalan qruplar - SİYAHI13.08.2026 - 09:25
7 mindən çox şagird yeni təmayül tədris modelini seçib13.08.2026 - 09:20