"3 Quzu və Canavar" kukla tamaşası təqdim olunacaq.
“Tehsil365” xəbər verir ki, 15 Avqust saat 20:00-da H.Abbasov adına Mədəniyyət Mərkəzinin "Kilimarası" kukla teatrının təqdimatında, Xətai rayonu Heydər Əliyev adına istirahət parkının amfiteatrında "3 Quzu və Canavar" kukla tamaşası təqdim olunacaq.
Qeyd edək ki, tamaşaya giriş sərbəstdir.

