Təhsil 365 - Logo Mobile

Kamran Əsədov məhkəmədən işinə xitam verilməsini istədi

13214.08.2026 - 10:05
    Kamran Əsədov məhkəmədən işinə xitam verilməsini istədi

Gəncə Şəhər Məhkəməsində buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Tehsil365” xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxslər vəsatət verərək, kursda dərs deyən müəllimlərlə bağlı intizam tədbirinin görülməsini məhkəmədən istəyiblər. 

Məhkəmə tərkibi Vergilər Nazirliyinə təqsirləndirilənlərdən Gündüz Abbasovun vəzifəli şəxs olub-olmaması barədə sorğu göndərilməsi barədə qərar qəbul edib.

Daha sonra təqsirləndirilən Kamran Əsədov barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən K.Əsədovun hüquqlarını müdafiə edən vəkil Bəxtiyar Muradov bir neçə xəbər saytında məhkəmə prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılmasını deyib və məhkəmədən bununla bağlı tədbir görməsini xahiş edib.

Məhkəmə vəsatətlərə növbəti prosesdə münasibət bildiriləcəyini deyib və iclas 20 avqusta təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib. Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Amin Cavayev

Xəbər Lenti

Cəmşid Bəxtiyar: "Məktəblərdə ekoloji bilik yetərli deyil, bizə ekoloji təfəkkürlü nəsil lazımdır"14.08.2026 - 16:52
Telman Nüsrətoğlu: "İnsan kapitalımızın potensialını aktiv intellektual gücə çevirməliyik"14.08.2026 - 14:16
Tofiq Abbasov: "Biz idxaldan asılılığımızı azaltmalı və texnoloji suverenliyimizi təmin etməliyik"14.08.2026 - 14:10
Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb14.08.2026 - 13:54
Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək14.08.2026 - 13:12
Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir14.08.2026 - 13:08
İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb14.08.2026 - 13:03
Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar 14.08.2026 - 12:56
Seysmoloq: “Azərbaycanda 3 ballıq zəlzələlər ildə minlərlə olur”14.08.2026 - 11:00
Yer atmosferini öyrənmək üçün qeyri-adi üsul: Alimlər Starlink peyklərindən istifadə etdilər14.08.2026 - 10:55
Türkiyənin ilk yerli Ay aparatı 2027-ci ildə kosmosa göndəriləcək14.08.2026 - 10:50
Alimlər Yupiterdən iki dəfə böyük yeni planet aşkarlayıblar14.08.2026 - 10:45
DİM-də beynəlxalq GRE imtahanı keçirilib14.08.2026 - 10:40
Rəssamlıq Akademiyası Çin və Misir ali məktəbləri ilə əməkdaşlığa başlayır14.08.2026 - 10:35
Qarabağın Tunc dövrü hərb tarixi ilə bağlı monoqrafiya Türkiyədə nəşr olundu14.08.2026 - 10:30
Doktorantların DİQQƏTİNƏ: Hərbi möhlət hansı hallarda verilir?14.08.2026 - 10:25
FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ14.08.2026 - 10:20
ABŞ 111 min xarici tələbəni itirə bilər14.08.2026 - 10:15
Dövlət və özəl kolleclərdə plan yerləri necə doldu? – RƏQƏMLƏR14.08.2026 - 10:10
Bu günə olan hava proqnozu14.08.2026 - 10:00
Müəllimlərə əlavə ödəniş və güzəştlər: Kimlər yararlana bilər?14.08.2026 - 09:55
23 min tələbə niyə məzun ola bilmədi? – DİM-dən STATİSTİKA14.08.2026 - 09:50
Kolleclərə qəbulun nəticələri açıqlandı – DİM14.08.2026 - 09:45
9-cu sinif məzunlarının DİQQƏTİNƏ: Kolleclərə sənəd qəbulu bu tarixdə14.08.2026 - 09:40
BMU məzunu Londonda magistr təhsili almaq hüququ qazanıb14.08.2026 - 09:35
İncəsənət məktəblərində yeni islahatlar - Nazirlikdən AÇIQLAMA14.08.2026 - 09:30
Keniyada müəllimlərə ehtiyac yaranıb14.08.2026 - 09:25
V qrupda müəllimlik ixtisasları üzrə plan yerləri azaldılıb – STATİSTİKA14.08.2026 - 09:20
Malayziyada kənd məktəblilərinə çağırış14.08.2026 - 09:15
Magistraturada 3 mindən çox boş yerə yenidən qəbul olacaq14.08.2026 - 09:10
Sabaha olan hava proqnozu14.08.2026 - 09:05
Peşə hazırlığı kurslarına cəlb olunanların sayı açıqlandı14.08.2026 - 09:00
“3 Quzu və Canavar” kukla tamaşası14.08.2026 - 07:35
Şəki-Zaqatala bölgəsində 538 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib14.08.2026 - 05:58
BDU-nun Geologiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!14.08.2026 - 05:49
Lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti uzadılıb14.08.2026 - 05:40
Dövlət İmtahan Mərkəzində avqustun 15-də TOEFL iBT imtahanı keçiriləcək14.08.2026 - 05:31
Bağça müəllimi vəzifəsinə imtahan nəticələri bu tarixdə AÇIQLANACAQ14.08.2026 - 05:22
Bakıda gənc rəssamların sərgisi açılıb14.08.2026 - 05:14
II qrupda abituriyentləri gözləyən plan yerləri - Bəzi ixtisaslarda artım VAR14.08.2026 - 05:06
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi üzrə imtahana qeydiyyat elan edilib14.08.2026 - 04:59
Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib14.08.2026 - 04:52
Peşə biliklərinin qiymətləndirilməsi üzrə imtahan keçirilib14.08.2026 - 04:45
İngilis dilini öyrənən azyaşlılar üçün imtahana qeydiyyat başlanır14.08.2026 - 04:38
Ailə həkimliyi ixtisası - bir ixtisasda geniş klinik spektr14.08.2026 - 04:31
“Xəzər”in tədqiqatçılarının “Web of Science” (ESCI) indeksli jurnalda məqaləsi14.08.2026 - 04:24
ADNSU ilə Geologiya İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb14.08.2026 - 04:16