NASA-nın “James Webb” Kosmik Teleskopu Samanyolu qalaktikasında yerləşən Beta Pictoris planet sistemində yeni ekzoplanet aşkarlayıb.
“Tehsil365” xəbər verir ki, Beta Pictoris (d) adlandırılan planetin kütləsinin Yupiterdən təxminən iki dəfə böyük olduğu müəyyən edilib.
Astronomlar planeti digər ekzoplanetlər kimi parlaq işıq nöqtəsi vasitəsilə deyil, onun atmosferindəki unikal kimyəvi izlər əsasında aşkarlayıblar.
Beta Pictoris ulduzunun ətrafında əvvəllər Beta Pictoris (b) və Beta Pictoris (c) adlı iki nəhəng planetin olduğu məlum idi. Yeni kəşflə sistemdə üç nəhəng planetin mövcudluğu təsdiqlənib.

