Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi davam edir. Abituriyentlərə dəstək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) yaradılmış Abituriyent Məsləhət Mərkəzi avqustun 15-i və 16-da – şənbə və bazar günləri də fəaliyyət göstərəcək.
“Tehsil365” xəbər verir ki, Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi ilə bağlı hər gün saat 09:00-dan 17:30-dək ödənişsiz xidmətlər göstərən AzTU Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.

