Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrində çalışmaq istəyən fənn müəllimlərinin qeydiyyat mərhələsi yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 1126 nəfər müəllim qeydiyyatdan keçib.
Müəllimlərin məktəblər üzrə qeydiyyat statistikası aşağıdakı kimidir:
Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi: 358 nəfər müəllim;
Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi: 327 nəfər müəllim;
Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi: 252 nəfər müəllim;
Gəncə şəhər N. Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbi: 245 nəfər müəllim;
Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi: 64 nəfər müəllim.
Qeydiyyatdan keçmiş namizədlərin peşəkar bilik, pedaqoji fəaliyyət və metodiki bacarıqlarının qiymətləndirilməsi üçün keçirilən müsahibə mərhələsi davam edir.

