Təhsil 365 - Logo Mobile

“Məktəbliləri kitab sərgisinə sadəcə gətirmək kifayət deyil” - Əli Ələkbərov

22915.08.2026 - 09:19
“Məktəbliləri kitab sərgisinə sadəcə gətirmək kifayət deyil” - Əli Ələkbərov

"12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin keçirilməsi yalnız kitab satışı və ədəbiyyatın təbliği baxımından deyil, uşaqların və yeniyetmələrin mütaliə vərdişlərinin formalaşdırılması baxımından da ciddi imkan yaradır. Lakin belə böyük tədbirlər keçirilərkən məktəblilərin iştirakının niyə daha yüksək səviyyədə olmadığı sual doğurur".

Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov deyib. O bildirib ki, problemin əsas səbəbi uşaqların kitaba marağının olmaması ilə əlaqələndirilməməlidir.

“Uşağı kitab sərgisinə gətirmək üçün sadəcə “kitab oxuyun” demək kifayət etmir. Bu gün məktəblinin diqqəti çoxsaylı alternativlərlə bölünür. Ona görə də kitab sərgisi şagird üçün maraqlı, interaktiv və canlı bir mühitə çevrilməlidir.

Məktəb və kitab sərgisi arasında daha sistemli əməkdaşlığa ehtiyac var. Məktəblilərin sərgiyə təsadüfi şəkildə deyil, əvvəlcədən hazırlanmış proqram əsasında aparılması daha məqsədəuyğun olar. Məsələn, şagird üçün konkret müəlliflə görüş, kitab təqdimatı, müzakirə, viktorina, yaradıcılıq müsabiqəsi və ya seçdiyi kitabı təqdim etmək imkanı yaradılarsa, onun sərgidə iştirakı formal ekskursiyadan daha çox öyrənmə prosesinə çevrilər”.

Ekspertin sözlərinə görə, bu prosesdə müəllim və valideynlərin də üzərinə mühüm məsuliyyət düşür.

“Uşağın kitab oxumasını istəyiriksə, bunu yalnız məktəbin üzərinə qoymaq olmaz. Evdə və məktəbdə kitaba, mütaliəyə münasibət dəyişməlidir.

Əslində, kitab sərgisinin məqsədi məktəblini sadəcə sərgi ərazisinə gətirmək yox, onu kitabın dünyasına daxil etmək olmalıdır. Bunun üçün məktəblilər üçün ayrıca proqramların, yaş qruplarına uyğun tədbirlərin və interaktiv layihələrin sayını artırmaq lazımdır.

Məktəblinin kitab sərgisində iştirakı “məktəb tapşırığı” kimi yox, onun səbirsizliklə gözlədiyi bir tədbirə çevrilməlidir. Əgər bunu bacarsaq, həm sərgiyə maraq artacaq, həm də uzunmüddətli perspektivdə uşaqların mütaliə vərdişlərinin formalaşmasına ciddi töhfə vermiş olacağıq”.

Ayşən Cəlilova

Xəbər Lenti

Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu 15.08.2026 - 11:00
Qlobal təhsil böhranı Azərbaycan üçün fürsətə çevrilə bilər – REKTOR15.08.2026 - 10:55
“Molla Nəsrəddin – çətin günlərin dostu” filminin çəkilişləri yekunlaşır15.08.2026 - 10:50
Təhsildə Sİ inqilabı: Ənənəvi dərs modeli dəyişir? 15.08.2026 - 10:45
“Dini mövzu sadə TikTok və Instagram mövzusu deyil” – İlahiyyatçı Hacı Təyyar Hüseynli15.08.2026 - 10:40
Rus dilində türk dünyasının mədəni dialoqu15.08.2026 - 10:35
Bakıda yeni konsert məkanı açıldı – Ulduzlu səma altında klassik musiqi15.08.2026 - 10:30
Alimlər beyində yeni yaddaş mexanizmi aşkarladılar15.08.2026 - 10:25
Azərbaycan mədəniyyəti Fransada beynəlxalq folklor festivalında təqdim olundu15.08.2026 - 10:20
Azərbaycan Vikipediyasında YENİLİK: Süni intellekt əsaslı alət hazırlandı15.08.2026 - 10:15
II ixtisas qrupunda plan yerlərinin sayı AÇIQLANDI15.08.2026 - 10:10
II qrupda 600+ bal toplayanların sayı bəlli oldu – DİM15.08.2026 - 10:05
Sabaha olan hava proqnozu15.08.2026 - 10:00
ABŞ-də tələbələrin təhsil xərclərinə güzəşt tətbiq ediləcək15.08.2026 - 09:55
Dövlət qulluqçuları üçün təlim təşkil olunub15.08.2026 - 09:50
9-cu siniflərdə xarici dil üzrə ən yüksək nəticə göstərən məktəblər – SİYAHI15.08.2026 - 09:45
Bakıda və bəzi bölgələrdə külək güclənəcək15.08.2026 - 09:40
Peşə təhsilinə qəbulun nəticələri AÇIQLANDI – 24 mindən çox namizəd keçdi15.08.2026 - 09:35
Bu günə olan hava proqnozu15.08.2026 - 09:30
Müəllimlərin DİQQƏTİNƏ: Şərqi Zəngəzur RTİ-də vakansiyalar elan edildi15.08.2026 - 09:25
Yeni təmayüllü tədris modelinə 1126 nəfər namizəd müraciət edib15.08.2026 - 09:20
FHN-dən hava ilə bağlı əhaliyə müraciət15.08.2026 - 09:15
MDU-da beynəlxalq reytinqlər və dayanıqlı inkişaf müzakirə olunub15.08.2026 - 09:10
Kafedra müdiri vəfat etdi15.08.2026 - 09:05
İxtisas seçimi: 40 minə yaxın abituriyent seçimini TƏSDİQLƏYİB15.08.2026 - 09:00
Gənclər Yay Fest-in “Elm, Etika və Gələcək” düşərgəsində - FOTOLAR15.08.2026 - 07:38
"Valideyn öz yaşaya bilmədiyi arzuları uşağının həyata keçirməsini istəyir və bu vasitə ilə reallaşdırmağa çalışır"-Psixoloq Aygül Məlikova15.08.2026 - 05:58
Bu gündən “Nizami” metrosundan “28 May”- a qatarlar işləməyəcək15.08.2026 - 05:45
OYU-da DİM Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir15.08.2026 - 05:25
Alimlər yaşlanan beyində gözlənilməz proses aşkarladı15.08.2026 - 05:18
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi davam edir15.08.2026 - 05:07
“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcəklər15.08.2026 - 04:58
Dərmandan daha böyük missiya: Əczaçılıq ixtisası – ATU tələbələri təqdim edir15.08.2026 - 04:43
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub15.08.2026 - 04:35
AzTU Abituriyent Məsləhət Mərkəzi həftəsonu da fəaliyyət göstərəcək15.08.2026 - 04:28
UFAZ məzununun elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub15.08.2026 - 04:20
ADNSU Abituriyent Məsləhət Mərkəzi abituriyentlərə ixtisas seçimində dəstək göstərir15.08.2026 - 04:11
BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir15.08.2026 - 04:02
Cəmşid Bəxtiyar: "Məktəblərdə ekoloji bilik yetərli deyil, bizə ekoloji təfəkkürlü nəsil lazımdır"14.08.2026 - 16:52
Telman Nüsrətoğlu: "İnsan kapitalımızın potensialını aktiv intellektual gücə çevirməliyik"14.08.2026 - 14:16
Tofiq Abbasov: "Biz idxaldan asılılığımızı azaltmalı və texnoloji suverenliyimizi təmin etməliyik"14.08.2026 - 14:10
Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb14.08.2026 - 13:54
Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək14.08.2026 - 13:12
Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir14.08.2026 - 13:08
İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb14.08.2026 - 13:03
Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar 14.08.2026 - 12:56
Seysmoloq: “Azərbaycanda 3 ballıq zəlzələlər ildə minlərlə olur”14.08.2026 - 11:00