Təhsil 365 - Logo Mobile

Azərbaycan mədəniyyəti Fransada beynəlxalq folklor festivalında təqdim olundu

14115.08.2026 - 10:20
    Azərbaycan mədəniyyəti Fransada beynəlxalq folklor festivalında təqdim olundu

Fransanın Montuar-sür-Luar kommunasında keçirilən beynəlxalq folklor festivalında Azərbaycanın milli rəqsləri, musiqisi və mətbəxi ilə geniş şəkildə təqdim olunub.

“Tehsil365” xəbər verir ki, ölkəmiz festivalda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Ritm” rəqs qrupu tərəfindən təmsil olunub. Festival günlərində “Balabançı” musiqi qrupunun müşayiəti ilə “Ritm” rəqs qrupu Azərbaycan milli rəqslərinin müxtəlif nümunələrini təqdim edib. Rəqqasların rəngarəng və özünəməxsus milli geyimləri, yüksəksəviyyəli xoreoqrafiyası və ifaların milli ruhu tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb. Rəqslərin quruluşunda Xalq artistləri Əlibaba Abdullayev, Roza Cəlilova, Əməkdar artist Telman Əliyev, həmçinin Fərhad Vəliyev, Anar Ağaoğlu və Şəhriyar Cəfərovun yaradıcılıq irsindən istifadə olunub. Milli geyimlərin rəssamı isə Leyla Əliyevadır.

Festivalda Azərbaycanla yanaşı, ABŞ, Cənubi Koreya, Uruqvay, Taiti, Meksika, Sloveniya, Hindistan, Slovakiya, Yeni Zelandiya və İndoneziyanın Sulavesi adasından olan folklor kollektivləri də iştirak edib. Bu ilki tədbirə 20 minə yaxın ziyarətçi qatılıb.

Festival çərçivəsində Azərbaycanın Fransadakı səfirliyi xüsusi sərgi stendi ilə də təmsil olunub. Stenddə Azərbaycan rəssamlığı, heykəltaraşlığı, xalçaçılığı, musiqisi və milli mətbəxi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr olunmuş ölkənin qədim tarixini və zəngin mədəni irsini əks etdirən kitablar, jurnallar və suvenirlər nümayiş etdirilib. Ziyarətçilərə milli təamlar və Azərbaycan şərabları da təqdim olunub.

Sərgi Fransa və digər ölkələrdən gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilərə Azərbaycanın qədim tarixi, maddi və qeyri-maddi mədəni irsi, milli dəyərləri barədə ətraflı məlumat verilib.

Festivalın ikinci günündə isə təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətinə həsr olunmuş xüsusi şam yeməyi təşkil edilib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları – ovduq, ətli badımcan çığırtması və şəkərbura təqdim olunub. Süfrələr Azərbaycan bayrağının rənglərində bəzədilib, qonaqlara ölkəmiz haqqında məlumatlandırıcı broşürlər də təqdim edilib.

Gecə “Balabançı” musiqi qrupunun ifasında Azərbaycan milli musiqi nümunələri ilə müşayiət olunub. Canlı ifalar tədbirə xüsusi ab-hava qatıb, Azərbaycan musiqisinin zənginliyi və özünəməxsusluğu festival iştirakçılarında böyük maraq doğurub. Qonaqlar milli musiqi nümunələri barədə müsbət təəssüratlarını bölüşüblər. Beləliklə, Azərbaycan festivalda yalnız folklor rəqsləri ilə deyil, həm də musiqisi, milli mətbəxi, sənətkarlığı və zəngin mədəni irsi ilə təqdim olunaraq, ölkəmizin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.

Festival avqustun 16-dək davam edəcək.

Amin Cavayev

Xəbər Lenti

Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu 15.08.2026 - 11:00
Qlobal təhsil böhranı Azərbaycan üçün fürsətə çevrilə bilər – REKTOR15.08.2026 - 10:55
“Molla Nəsrəddin – çətin günlərin dostu” filminin çəkilişləri yekunlaşır15.08.2026 - 10:50
Təhsildə Sİ inqilabı: Ənənəvi dərs modeli dəyişir? 15.08.2026 - 10:45
“Dini mövzu sadə TikTok və Instagram mövzusu deyil” – İlahiyyatçı Hacı Təyyar Hüseynli15.08.2026 - 10:40
Rus dilində türk dünyasının mədəni dialoqu15.08.2026 - 10:35
Bakıda yeni konsert məkanı açıldı – Ulduzlu səma altında klassik musiqi15.08.2026 - 10:30
Alimlər beyində yeni yaddaş mexanizmi aşkarladılar15.08.2026 - 10:25
Azərbaycan Vikipediyasında YENİLİK: Süni intellekt əsaslı alət hazırlandı15.08.2026 - 10:15
II ixtisas qrupunda plan yerlərinin sayı AÇIQLANDI15.08.2026 - 10:10
II qrupda 600+ bal toplayanların sayı bəlli oldu – DİM15.08.2026 - 10:05
Sabaha olan hava proqnozu15.08.2026 - 10:00
ABŞ-də tələbələrin təhsil xərclərinə güzəşt tətbiq ediləcək15.08.2026 - 09:55
Dövlət qulluqçuları üçün təlim təşkil olunub15.08.2026 - 09:50
9-cu siniflərdə xarici dil üzrə ən yüksək nəticə göstərən məktəblər – SİYAHI15.08.2026 - 09:45
Bakıda və bəzi bölgələrdə külək güclənəcək15.08.2026 - 09:40
Peşə təhsilinə qəbulun nəticələri AÇIQLANDI – 24 mindən çox namizəd keçdi15.08.2026 - 09:35
Bu günə olan hava proqnozu15.08.2026 - 09:30
Müəllimlərin DİQQƏTİNƏ: Şərqi Zəngəzur RTİ-də vakansiyalar elan edildi15.08.2026 - 09:25
Yeni təmayüllü tədris modelinə 1126 nəfər namizəd müraciət edib15.08.2026 - 09:20
“Məktəbliləri kitab sərgisinə sadəcə gətirmək kifayət deyil” - Əli Ələkbərov15.08.2026 - 09:19
FHN-dən hava ilə bağlı əhaliyə müraciət15.08.2026 - 09:15
MDU-da beynəlxalq reytinqlər və dayanıqlı inkişaf müzakirə olunub15.08.2026 - 09:10
Kafedra müdiri vəfat etdi15.08.2026 - 09:05
İxtisas seçimi: 40 minə yaxın abituriyent seçimini TƏSDİQLƏYİB15.08.2026 - 09:00
Gənclər Yay Fest-in “Elm, Etika və Gələcək” düşərgəsində - FOTOLAR15.08.2026 - 07:38
"Valideyn öz yaşaya bilmədiyi arzuları uşağının həyata keçirməsini istəyir və bu vasitə ilə reallaşdırmağa çalışır"-Psixoloq Aygül Məlikova15.08.2026 - 05:58
Bu gündən “Nizami” metrosundan “28 May”- a qatarlar işləməyəcək15.08.2026 - 05:45
OYU-da DİM Abituriyent Məsləhət Mərkəzi fəaliyyətini davam etdirir15.08.2026 - 05:25
Alimlər yaşlanan beyində gözlənilməz proses aşkarladı15.08.2026 - 05:18
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi davam edir15.08.2026 - 05:07
“Abituriyent Məsləhət Mərkəzləri” şənbə və bazar günləri də fəaliyyət göstərəcəklər15.08.2026 - 04:58
Dərmandan daha böyük missiya: Əczaçılıq ixtisası – ATU tələbələri təqdim edir15.08.2026 - 04:43
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub15.08.2026 - 04:35
AzTU Abituriyent Məsləhət Mərkəzi həftəsonu da fəaliyyət göstərəcək15.08.2026 - 04:28
UFAZ məzununun elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub15.08.2026 - 04:20
ADNSU Abituriyent Məsləhət Mərkəzi abituriyentlərə ixtisas seçimində dəstək göstərir15.08.2026 - 04:11
BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir15.08.2026 - 04:02
Cəmşid Bəxtiyar: "Məktəblərdə ekoloji bilik yetərli deyil, bizə ekoloji təfəkkürlü nəsil lazımdır"14.08.2026 - 16:52
Telman Nüsrətoğlu: "İnsan kapitalımızın potensialını aktiv intellektual gücə çevirməliyik"14.08.2026 - 14:16
Tofiq Abbasov: "Biz idxaldan asılılığımızı azaltmalı və texnoloji suverenliyimizi təmin etməliyik"14.08.2026 - 14:10
Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb14.08.2026 - 13:54
Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək14.08.2026 - 13:12
Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir14.08.2026 - 13:08
İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb14.08.2026 - 13:03
Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar 14.08.2026 - 12:56
Seysmoloq: “Azərbaycanda 3 ballıq zəlzələlər ildə minlərlə olur”14.08.2026 - 11:00