Təhsil 365 - Logo Mobile

“Dini mövzu sadə TikTok və Instagram mövzusu deyil” – İlahiyyatçı Hacı Təyyar Hüseynli

18715.08.2026 - 10:40
“Dini mövzu sadə TikTok və Instagram mövzusu deyil” – İlahiyyatçı Hacı Təyyar Hüseynli

“Tiktok və İnstaqramda mümkün olan mövcud imkanlardan insanlar fərqli şəkildə yararlanırlar. Əlbəttə, müsbət mənada nə varsa, yayımlamaq, çoxsaylı kütləyə nəyisə təbliğ etmək varsa, olsun. Ama dini mövzuda bir qədər ciddi məsuliyyət var”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında ilahiyyatçı Hacı Təyyar Hüseynli bildirib.

İlahiyyatçı bildirib ki, dini mövzu ilahi bir mövzudur və Tiktok, İnstagram üçün sadə bir mövzu deyil.

“Dini mövzu ilahi bir mövzudur və bu dinin kökü, idealoji əsasları və müqəddəsliyi çoxsaylı mütəxəsislər, bilgili, dərin alimlər, dərin kökənli dini təhsil ocaqları ilə bağlıdır. Bu mövzu sadə bir Tiktok, İnstagram mövzusu deyil. Dini mövzu elə bir mövzu deyil ki, istənilən bir insan bunu məşğuliyyətə çevirsin, dinin təbliği ilə Tiktokda, İnstagramda öz bildiyi tərzdə, fərdi yanaşması ilə təbliğ aparsın, baxış sayı və ya insanlara, çoxsaylı kütlələrə iddialı bir təbliğçi kimi görünsün. Birmənalı şəkildə bundan razı deyiləm”.

Onun sözlərinə görə, təbliğlər dini nöqteyi-nəzərdən insanlar tərəfindən rahatçılıqla təqdim olunur.

“Bilirsiz ki, istənilən kütləvi yayım məkanına - televiziya və radioya xüsusi nəzarət edən qurumlar olur. Tiktok və İnstagramda bu məhdudiyyətlər çox nisbidir. Təbliğlər dini nöqteyi-nəzərdən insanlar tərəfindən rahatçılıqla təqdim olunur. Lakin onun təhsil parametrləri, İslam dini, İslamın böyük alimləri, nüfuzlu təhsil ocaqları və xüsusilə də ilahi bir dinin təbliğində olan məsuliyyət baxımından qəbulolunması məsələsi var. Bu gün Tiktok səhifəsi yaradan bir nəfər insanlara yayım aparır, dindən danışır, bildiyi qədər hər hansı bir müsbət kəlamları çatdıra bilər”.

İlahiyyatçı vurğulayıb ki, İslam dinini təcrübəli insanlar təbliğ edə bilər.

“İslam dininin təbliği ilə bağlı uzunmüddətli təhsilli, təcrübəli və xüsusilə də çoxsaylı müsəlman kütlələrinə obyektiv düşüncəsi və xüsusi istedadı olan insanlar bunu təbliğ etməyə iddialı ola bilər. Adı çəkilən sosial şəbəkələrdə dəyərli, tərbiyəvi əhəmiyyət kəsb edən, milli mənəvi dəyərli, təhsil, elmlə bağlı olan müsbət nə varsa, onun təbliğinə çox müsbət yanaşıram. İnsanın milli-mənəvi dini tərbiyəsinə, uşaqların, yeniyetmələrin, gənclərin ümumi etikasına, mənəvi-maddi düşüncə tərzinə xələl gətirən yanlış təbliğlərin bir ilahiyyatçı və mənəviyyatçı kimi əleyhinəyəm”.

Amin Cavayev

Xəbər Lenti

Bakının tarixi-memarlıq abidəsi – Milli Azərbaycan Tarixi Muzeyi29.09.2026 - 13:05
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir - FOTOLAR29.09.2026 - 12:00
Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub - FOTOLAR28.09.2026 - 13:35
ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR28.09.2026 - 08:30
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib26.09.2026 - 20:20
Azərbaycanda Anım Günüdür!26.09.2026 - 20:02
Anım Günü şagirdlərin təqdimatında25.09.2026 - 18:30
Bakı Avrasiya Kollecində “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib - FOTOLAR25.09.2026 - 16:50
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR25.09.2026 - 11:10
Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35