Təhsil 365 - Logo Mobile

Nəqliyyat eksperti-Adil Nəbiyev: “Tələbəyə verilən nəqliyyat güzəşti bütövlükdə şəhərin nəqliyyat sisteminə qoyulan investisiyadır”

14915.08.2026 - 15:34
Nəqliyyat eksperti-Adil Nəbiyev: “Tələbəyə verilən nəqliyyat güzəşti bütövlükdə şəhərin nəqliyyat sisteminə qoyulan investisiyadır”

“Tələbələr və məktəblilər üçün xüsusi güzəştli ictimai nəqliyyat tariflərinin tətbiqi Bakı kimi nəqliyyat sıxlığının yüksək olduğu şəhərlərdə tıxacın azaldılmasına real təsir göstərə bilər. Bu məsələyə yalnız sosial güzəşt kimi deyil, eyni zamanda nəqliyyat siyasətinin bir aləti kimi baxmaq lazımdır”. Bu sözləri “Tehsil365*ə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib.

​A.Nəbiyevin sözlərinə görə, güzəştlərin olmaması ailə büdcəsinə yük yaradır və şəxsi nəqliyyata meyli artırır:

​“Bu gün bir ailədə iki və ya üç şagird və tələbə varsa, onların gündəlik metro və avtobus xərcləri ailə büdcəsində müəyyən yük yaradır. Xüsusilə bir neçə nəqliyyat vasitəsi dəyişərək təhsil müəssisəsinə gedən gənclərdə bu xərc daha çox hiss olunur. Belə vəziyyətdə bəzi valideynlər uşağı məktəbə şəxsi avtomobillə aparmağı üstün tutur, tələbələrin bir hissəsi isə taksidən istifadə edir. Nəticədə səhər və axşam pik saatlarında yollarımıza əlavə minlərlə avtomobil çıxır”.

​Ekspert qeyd edib ki, güzəştli sistem ictimai nəqliyyatı daha cəlbedici edə bilər:

​“Şagird və tələbələr üçün aylıq münasib qiymətə limitsiz nəqliyyat kartı, yaxud gediş haqqına 50-70 faiz güzəşt tətbiq olunsa, ictimai nəqliyyat daha cəlbedici seçimə çevrilər. Bir avtobus onlarla insanı, metro qatarı isə yüzlərlə sərnişini eyni anda daşıyır, şəxsi avtomobildə isə əksər hallarda bir və ya iki nəfər olur. Tələbələrin avtobus və metrodan istifadəsi yolların yüklənməsini, təhsil müəssisələrinin ətrafında dayanma-durma problemini və parklanma tələbatını azalda bilər. Məktəbli üçün təhlükəsiz və güzəştli nəqliyyat sistemi yaradılarsa, üstəlik məktəb avtobusları və mövcud ictimai nəqliyyatla əlaqə yaxşılaşdırılarsa, ailələrin şəxsi avtomobildən asılılığı tədricən azalar”.

​O, həmçinin ictimai nəqliyyat vərdişinin gənc yaşlardan formalaşmasının vacibliyini və keyfiyyətin artırılmasının əhəmiyyətini vurğulayıb:

​“Tələbələr üçün güzəştin başqa mühüm üstünlüyü ictimai nəqliyyatdan istifadə vərdişinin gənc yaşlardan formalaşmasıdır. Amma güzəşt təkbaşına problemi tam həll etmir. Tələbəyə ucuz kart verib avtobusu 20-30 dəqiqə gözlətdiririksə, avtobus həddindən artıq doludursa və ya birbaşa marşrut yoxdursa, həmin tələbə yenə taksiyə üstünlük verəcək. Ona görə avtobusların sayı və hərəkət tezliyi artırılmalı, metro ilə avtobus arasında rahat keçid yaradılmalı, pik saatlarda əlavə nəqliyyat vasitələri xəttə buraxılmalıdır”.

​Son olaraq nəqliyyat eksperti mərhələli tətbiq modelini təklif edib:

​“Ən məqsədəuyğun modellərdən biri fərdiləşdirilmiş nəqliyyat kartının verilməsi, avtobus və metroda ciddi güzəştin tətbiqi, müəyyən sosial qruplar üçün isə gedişlərin tam pulsuz olmasıdır. Dövlət burada güzəştə çəkilən xərci yalnız itirilmiş gediş haqqı kimi qiymətləndirməməlidir; çünki bu addım tıxacda itirilən vaxtı, yanacaq sərfiyyatını, havanın çirklənməsini və yol-nəqliyyat hadisələri riskini azaldır. Bakı üçün belə bir sistem mərhələli şəkildə tətbiq edilə bilər: əvvəlcə tələbələr və yuxarı sinif şagirdləri üçün güzəştli aylıq kartlar təqdim olunar, nəticələr müşahidə edildikdən sonra proqram genişləndirilər”.

Ləman Rəhimli

Xəbər Lenti

1 Oktyabr Beynəlxalq Musiqi Günüdür01.10.2026 - 19:00
1 Oktyabr Ahıllar günüdür01.10.2026 - 18:35
Gənclərin ictimai həyatda fəallığı niyə vacibdi?01.10.2026 - 18:10
Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri müzakirə olunub01.10.2026 - 17:53
Masallı rayonunda şagird gözündən xəsarət aldı Araşdırma aparılır01.10.2026 - 17:40
Tacikistanlı sənətçi Azərbaycan mədəniyyətini yaşatmaq istəyir01.10.2026 - 17:31
Azərbaycanın mədəni irsi Zaqrebdə təqdim olundu01.10.2026 - 17:22
Fariz İsmayılzadə: Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır01.10.2026 - 17:15
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb01.10.2026 - 16:50
İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb01.10.2026 - 15:35
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq01.10.2026 - 15:25
“Sərhədsiz incəsənət” sərgisi keçirilib01.10.2026 - 15:17
Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyini artırır01.10.2026 - 15:03
Bakıda Bülbülün vəfatının 65-ci ildönümü ilə əlaqədar tədbir keçirilib01.10.2026 - 14:57
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib01.10.2026 - 14:45
Şəhid Mahmud Əhmədovun qızı məktəbəqədər hazırlıq kursuna başladı01.10.2026 - 14:37
Xəzər Universitetində baytarlıqda dental rentgen aparatından istifadə olunur01.10.2026 - 14:30
Paytaxt üzrə 17 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub01.10.2026 - 14:23
ADU-da I kurs tələbələri üçün psixoloji seminar keçirilib01.10.2026 - 14:00
ADU-da İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri magistrantlarla görüşüb01.10.2026 - 13:53
ADU-da süni intellekt üzrə ödənişsiz təlim keçiriləcək01.10.2026 - 13:46
BMU-dan müdafiə sənayesində bir sıra yeniliklər01.10.2026 - 13:08
Dövlət qulluqçularının pedaqoji fəaliyyətində dəyişiklik01.10.2026 - 13:00
Anar Cahangirli: Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır01.10.2026 - 12:53
Erol Özvar Türkiyə-Azərbaycan Universitetində01.10.2026 - 12:35
Azərbaycan Basketbol Federasiyasında yeni mövsümün açılışını edib01.10.2026 - 10:15
BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub01.10.2026 - 09:30
Mustafa Şabanovun kitab sərgisi Mərkəzi Kitabxanada keçirilib30.09.2026 - 22:00
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir - FOTOLAR29.09.2026 - 12:00
Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub - FOTOLAR28.09.2026 - 13:35
ASAP xarici ölkələrdə 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR28.09.2026 - 08:30
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib26.09.2026 - 20:20
Azərbaycanda Anım Günüdür!26.09.2026 - 20:02
Anım Günü şagirdlərin təqdimatında25.09.2026 - 18:30
Bakı Avrasiya Kollecində “27 Sentyabr: Zəfərə gedən yol” adlı tədbir keçirilib - FOTOLAR25.09.2026 - 16:50
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib - FOTOLAR25.09.2026 - 11:10
Kimya İnstitutunun 2026-2030-cu illər üçün Strateji İnkişaf Planı təsdiqlənib - FOTO25.09.2026 - 10:50
BSU beynəlxalq reytinqdə 404 pillə irəlilədi25.09.2026 - 10:40
Tarixə çevrilən 44 Gün 24.09.2026 - 06:30
Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib23.09.2026 - 14:20
İlahiyyatçı Fazil Əhməd: "Məktəblərdə hicab qadağası islamofobiyanın tərkib hissəsi kimi başa düşüləcək" 22.09.2026 - 11:50
20 Sentyabr – Azərbaycan Dövlət Suverenliyinin Təsdiqi Günü20.09.2026 - 07:09
Türk Dünyası İqtisad fakültəsində I kurs tələbələri ilə görüş keçirilib19.09.2026 - 04:02
Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57