Əvvələr xaricdə təhsilə yönələn abituriyent sayı kifayət qədər çoxluq təşkil edirdi.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında təhsil eksperti Elçin Muradov deyib.
Ekspert bildiribki, çünki həm sənədləşmə qiymətləri, həm təhsil haqları münasib idi, həm də diplom tanınması və transfer ilə bağlı çətinliklər yox idi.
“Lakin hal-hazırda xaricdə təhsilə getmək həm yüksək maddiyyat tələb edir, həm də diplom tanınması və transfer mümkün deyil (attestatla qəbulda).
Onun sözlərinə görə, ona görə də abituriyentlər mümkün qədər öz ölkəmizdə qalıb burda təhsilini davam etdirmək barədə düşünür, həm də DİM abituriyentlətin qəbul ola bilməsi üçün mümkün qədər şərait yaratmağa çalışır.
“Bu da özlüyündə abituriyent sayının artmasına gətirib çıxarır”-deyə Elçin Muradov qeyd edib.

