Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə 2026/2027-ci tədris ili üçün müsabiqədənkənar qəbul elan edilib.
Universitetdən “Tehsil365*ə bildirilib ki, qəbul Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi müsabiqə və olimpiadalarda, o cümlədən Respublika Fənn Olimpiadası və Məktəblilərarası Fənn Müsabiqəsində qızıl (I yer), gümüş (II yer) və ya bürünc (III yer) medal qazanmış VI-XI sinif şagirdləri arasında aparılır. Qəbul Azərbaycan və rus bölmələri üzrə həyata keçiriləcək. Müsabiqədənkənar qəbul üçün sənədlərin qəbulu avqustun 18-dən 31-dək davam edəcək.

