Təhsil 365 - Logo Mobile

Yaponiyanın 2026-cı il “MIRAI” qısamüddətli Yaponiya Mübadilə Proqramına müraciət qəbulu elan olunur

13418.08.2026 - 04:09
 Yaponiyanın 2026-cı il “MIRAI” qısamüddətli Yaponiya Mübadilə Proqramına müraciət qəbulu elan olunur

Yaponiyanın Xarici İşlər Nazirliyi Azərbaycan da daxil olmaqla bir sıra Avropa ölkələrindən olan gənclər üçün 2026-cı il “MIRAI – qısamüddətli Yaponiya Mübadilə Proqramı” üzrə müraciət qəbulunu elan edir.

“Tehsil365” xəbər verir ki, proqram 20–30 yaş aralığında olan bakalavr və magistratura tələbələrinin, eləcə də işləyən gənclərin Yaponiya haqqında bilik və anlayışlarının artırılmasına yönəlib.

2015-ci ildən etibarən həyata keçirilən “MIRAI” proqramının əsas məqsədi Yaponiya ilə dünyanın müxtəlif ölkələrinin nümayəndələri arasında qarşılıqlı mübadiləni təşviq etmək, iştirakçıların Yaponiyanın iqtisadiyyatı, cəmiyyəti, tarixi, mədəniyyəti və diplomatik əlaqələri haqqında biliklərini genişləndirməkdir.

Proqramın mövzusu

2026-cı ildə Azərbaycandan olan iştirakçılar üçün proqramın mövzusu “Süni intellekt startapları” olacaq.

Proqram çərçivəsində:

  • Yaponiyanın aparıcı universitetlərində mövzu üzrə mühazirələr;

  • yapon tələbələrlə müzakirələr;

  • təhsil və tədqiqat müəssisələrinə səfərlər;

  • müvafiq müəssisələrin nümayəndələri ilə fikir mübadiləsi;

  • Yaponiyanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə regionlara səfərlər nəzərdə tutulur.

Proqramın ilkin mərhələsində 2026-cı ilin noyabr ayında onlayn hazırlıq proqramının, daha sonra səfəröncəsi oriyentasiyanın keçirilməsi planlaşdırılır. Yaponiyaya səfər 1–7 dekabr 2026-cı il tarixlərində baş tutacaq. Proqram tamamilə ingilis dilində keçiriləcək.

Kimlər müraciət edə bilər?

Proqrama:

  • Azərbaycandakı universitetlərdə mühəndislik və informasiya texnologiyaları ilə əlaqəli sahələr üzrə təhsil alan bakalavr və magistratura tələbələri;

  • İT mütəxəssisi və ya sahibkar kimi fəaliyyət göstərən 20–30 yaş arası gənclər müraciət edə bilərlər.

Namizədlərin ingilis dilində sərbəst müzakirə aparmaq bacarığına və yüksək akademik göstəricilərə malik olmaları tələb olunur.

Qeyd: Yaponiyada 6 ay və ya daha uzun müddət yaşamış, həmçinin daha əvvəl “MIRAI” proqramı və ya Yaponiya hökumətinin digər təqaüd proqramları çərçivəsində Yaponiyaya səfər etmiş şəxslər proqrama müraciət edə bilməzlər.

Proqram tərəfindən qarşılanan xərclər

Proqram çərçivəsində iştirakçıların Yaponiyaya gediş-dönüş aviabileti, səyahət sığortası, Yaponiyada qalma, ölkədaxili nəqliyyat və yemək xərcləri, həmçinin muzey və digər obyektlərə giriş haqları qarşılanır.

Müraciət qaydası və son tarix

Namizədlər əvvəlcə proqramın rəsmi müraciət təlimatı ilə tanış olmalı, daha sonra xüsusi elektron müraciət forması vasitəsilə sənədlərini təqdim etməlidirlər. Müraciət zamanı motivasiya məktubu, pasportun surəti, akademik transkript, razılıq sənədi və digər tələb olunan məlumat və sənədlərin təqdim edilməsi nəzərdə tutulur.

Müraciət üçün son tarix: 31 avqust 2026-cı il, Bakı vaxtı ilə saat 05:00-dək.

Seçim nəticələrinin 14 oktyabr 2026-cı il tarixində namizədlərə bildirilməsi nəzərdə tutulur.

Ətraflı məlumat və müraciət qaydaları ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür:

https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00941.html

Nuray Babayeva

Xəbər Lenti

Paytaxt müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edildi05.10.2026 - 19:55
ADU-da “Müəllim – gələcəyə işıq saçan insan” adlı tədbir keçirilib05.10.2026 - 19:45
ADU-da professor Əsgər Zeynalovun 75 illik yubileyi qeyd olundu05.10.2026 - 19:35
Elm və təhsil nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək05.10.2026 - 19:25
Bakı və region şagirdləri arasında bal fərqinin əsas səbəbləri nədir? - Ekspertdən açıqlama05.10.2026 - 19:10
İçərişəhər və Bakı Meksikadakı festivalda tanıdılıb05.10.2026 - 17:52
Ucuz və keyfiyyətsiz qidalar uşaqların sağlamlığına necə təsir edir? – Tibb ekspertindən AÇIQLAMA05.10.2026 - 17:44
BDU ilə Qobustan Milli Tarix-Bədii Qoruğu əməkdaşlıq memorandumu imzalayıb05.10.2026 - 17:39
Prezident İlham Əliyev Pirallahıda yeni dərman istehsalı müəssisəsinin açılışında iştirak edib05.10.2026 - 17:34
“Royal Məmmədov” yük gəmisinə PUA hücumu Ölənlər var05.10.2026 - 17:26
UNEC-də APTIS Mərkəzi fəaliyyətə başlayıb05.10.2026 - 14:56
ETİHİ Respublika Komitəsi bölgələrdə müəllimləri təbrik edib05.10.2026 - 14:53
Müəllimlərə üç məktəbdə işləmək imkanı verilə bilər05.10.2026 - 14:50
Psixoloq Mirsadiq Muxtarov: “Gələcəklə bağlı qeyri-müəyyənlik tələbələrdə psixoloji gərginlik yaradır”05.10.2026 - 14:47
Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir05.10.2026 - 14:43
Nazir: Süni intellektdən düzgün istifadə şagirdlərin qiymətləndirilməsində rol oynaya bilər05.10.2026 - 14:39
Andreas Şleyxer: Şagirdlərin məlumatı qiymətləndirmək və tənqidi düşünmək qabiliyyəti zəifləyir05.10.2026 - 14:36
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub05.10.2026 - 14:30
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb05.10.2026 - 14:26
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub05.10.2026 - 14:21
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır05.10.2026 - 14:17
Məzahir Məmmədli: ““Atıb-tutmaqdan” çəkindirə bilər””05.10.2026 - 14:15
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib05.10.2026 - 14:13
ADU nümayəndəsi Ege Universitetində görüşlər keçirib05.10.2026 - 13:08
İstanbulda keçirilən beynəlxalq konqresdə ATU-nun dağınıq skleroz üzrə elmi nəticələri təqdim edilib05.10.2026 - 13:04
BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib05.10.2026 - 13:00
Nazirlikdə Türkiyə nümayəndələri ilə görüş05.10.2026 - 12:54
“İbtidai təhsildə nəticə yoxdursa, digər pillələrdə də olmayacaq” - Təhsil naziri05.10.2026 - 12:48
1000 nəfər müəllimi əhatə edən ixtisasartırma təlimlərinə başlanılır05.10.2026 - 12:44
Sabah Bakıya və rayonlara yağış yağacağı gözlənilir05.10.2026 - 12:40
Magistratura üzrə 195 şəxs dövlət hesabına təhsil almaq hüququ qazanıb.05.10.2026 - 12:34
Müəllim – Gələcəyin Qurucusu və Cəmiyyətin Mənəvi Dayağı05.10.2026 - 11:00
Oktyabrın 6-nın hava proqnozu açıqlanıb05.10.2026 - 10:41
Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub05.10.2026 - 10:33
Dövlət İmtahan Mərkəzində IELTS imtahanı təşkil olunacaq05.10.2026 - 09:21
İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib05.10.2026 - 08:52
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür04.10.2026 - 20:01
Gözdən Əlillər Kitabxanasında yeni kitabın video təqdimatı hazırlanıb04.10.2026 - 18:15
Ağdamda yeniyetmənin erkən evliliyə cəlb olunmasının qarşısı alınıb 04.10.2026 - 18:00
Bakıda müəllimə cinayət işi açıldı 04.10.2026 - 17:44
Paytaxtda bu gün “ Danışır Bakı “ festivalı keçirilib04.10.2026 - 17:33
ADU Ələddin Əliyevin vəfatı ilə bağlı başsağlığı verib04.10.2026 - 17:24
Şagirdlərin məktəbə velosipedlə getməsi təklif olunur04.10.2026 - 17:14
UNESCO müəllimlərə səsləndi: Şagirdlərə yalnız nəzəri bilik verməyin04.10.2026 - 17:08
Qubada yol-nəqliyyat hadisəsi nəticəsində məktəbli vəfat etdi04.10.2026 - 17:00
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib04.10.2026 - 15:24
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub04.10.2026 - 15:20
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir04.10.2026 - 15:15