UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət “Magistratura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzi”nin könüllüləri 03–13 avqust tarixlərində keçirilən qeydiyyat prosesi zamanı magistrantlara uğurla dəstək göstəriblər.
“Tehsil365” xəbər verir ki, 10 gün davam edən proses ərzində könüllülərimiz tərəfindən 6 862 onlayn və 946 əyani müraciət cavablandırılıb. Onlar UNEC-i seçən magistrantların sənəd qəbulu və qeydiyyat prosesində qarşılaşdıqları sualları cavablandıraraq, prosesin operativ və uğurlu şəkildə həyata keçirilməsinə öz töhfələrini veriblər.
UNEC olaraq bütün koordinator və könüllülərimizə göstərdikləri fəallıq, məsuliyyət və fədakar dəstəyə görə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

