Təhsil 365 - Logo Mobile

ADNSU-da SABAH.HUB tərəfindən rəqəmsal inkubasiya proqramı həyata keçirilib

14318.08.2026 - 04:33
ADNSU-da SABAH.HUB tərəfindən rəqəmsal inkubasiya proqramı həyata keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Start-up və TTO şöbəsinin əməkdaşlığı ilə SABAH.HUB tərəfindən tələbələr üçün rəqəmsal inkubasiya proqramı həyata keçirilib.

“Tehsil365” xəbər verir ki, ümumilikdə 104 tələbənin qəbul olunduğu təlimlər, praktiki tapşırıqlar və layihə fəaliyyəti ilə zəngin proqramı 32 iştirakçı uğurla tamamlayıb.

İştirakçılar proqram çərçivəsində 13 modul üzrə sahibkarlığın əsasları, komanda vizyonunun formalaşdırılması, problemin müəyyənləşdirilməsi, istifadəçi ehtiyaclarının araşdırılması, ideyaların formalaşdırılması və yoxlanılması, prototiplərin hazırlanması və sınaqdan keçirilməsi, həmçinin biznes modeli, bazarın ölçüsü və artım potensialının qiymətləndirilməsi, maliyyə, marketinq, bazara çıxış strategiyaları və investor qarşısında təqdimat kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Proqramın yekun mərhələsində iştirakçılar tərəfindən hazırlanmış 9 layihə təqdim olunub. Layihələrin hazırlanması tələbələrə proqram müddətində qazandıqları bilikləri praktikada tətbiq etmək, innovativ ideyalarını inkişaf etdirmək və onların real biznes potensialını qiymətləndirmək imkanı yaradıb.

Qeyd edək ki, aprel–avqust aylarını əhatə edən proqramın əsas məqsədi universitetdə innovasiya və sahibkarlıq ekosisteminin inkişafına töhfə vermək, tələbələrin sahibkarlıq üzrə bilik və bacarıqlarını artırmaq, onların innovativ ideyalarını inkişaf etdirmələri üçün əlverişli mühit yaratmaq olub.

SABAH.HUB tərəfindən ADNSU-da həyata keçirilən rəqəmsal inkubasiya proqramı tələbələrin sahibkarlıq və innovasiya potensialının inkişaf etdirilməsi, yeni ideyaların formalaşdırılması və tələbə layihələrinin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslərdən biri olub.

Nuray Babayeva

Xəbər Lenti

“Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir18.08.2026 - 19:26
BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər18.08.2026 - 18:54
Direktorların işə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlayır18.08.2026 - 18:49
Rezidenturaya qəbulun nəticələri elan olunub18.08.2026 - 18:45
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə başlanılıb18.08.2026 - 18:41
18 nəfər dövlət hesabına pilot təhsili alacaq18.08.2026 - 18:39
BMU-da yenilik: 3 ikili diplom proqramı və yeni ixtisaslar18.08.2026 - 18:37
Dünyada ali məktəbi olmayan ÖLKƏLƏR18.08.2026 - 18:35
Abşeron-Xızı RTİ üzrə 370 məzun 600-dən yuxarı nəticə göstərib 18.08.2026 - 18:32
IV qrupda 150 balla qəbul: Hansı ixtisaslara nə qədər yer ayrılıb?18.08.2026 - 18:30
Respublika Gözdən Əlillər Kitabxanasının 45 Illik Yubileyi Qeyd Olunub18.08.2026 - 08:51
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sona yaxınlaşır18.08.2026 - 05:58
Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır18.08.2026 - 05:52
Kitabxanaçıların 7.7%-i ali təhsillidir18.08.2026 - 05:46
700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?18.08.2026 - 05:39
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır18.08.2026 - 05:31
28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb18.08.2026 - 05:22
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat18.08.2026 - 05:13
“Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib18.08.2026 - 05:06
BMU-da ikili diplom proqramı çərçivəsində Çində təhsil alacaq tələbələrlə görüş keçirilib18.08.2026 - 04:57
ADNSU məzununun elmi məqaləsi nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub18.08.2026 - 04:49
ADNSU əməkdaşlarının elmi məqaləsi Q1 kvartilli nüfuzlu beynəlxalq jurnalda dərc edilib18.08.2026 - 04:42
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!18.08.2026 - 04:26
BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”18.08.2026 - 04:21
UNEC könüllüləri magistratura üzrə sənəd qəbuluna dəstək göstərdilər18.08.2026 - 04:16
Yaponiyanın 2026-cı il “MIRAI” qısamüddətli Yaponiya Mübadilə Proqramına müraciət qəbulu elan olunur18.08.2026 - 04:09
UNEC-də SABAH qruplarında tədris aparacaq müəllimlərin seçimi üzrə müsabiqə elan edilir18.08.2026 - 04:02
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub17.08.2026 - 15:48
Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur?17.08.2026 - 15:37
Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib17.08.2026 - 15:33
Kitabxanalarda hansı YENİLİKLƏR GÖZLƏNİLİR? - FOTO17.08.2026 - 15:28
Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir17.08.2026 - 15:25
690 nəfər imtahansız ali məktəbə QƏBUL OLDU17.08.2026 - 15:18
Gürcüstanda azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb17.08.2026 - 15:14
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır17.08.2026 - 15:09
Kolleclərə qeydiyyat prosesinə başlanılır17.08.2026 - 15:05
Bakıda iki məktəb direktoru vəzifədən azad olunub17.08.2026 - 14:39
"Bu da özlüyündə abituriyent sayının artmasına gətirib çıxarır"-Təhsil Eksperti Elçin Muradov17.08.2026 - 05:58
Bu gün hava necə olacaq?17.08.2026 - 05:26
Tarixdə bu gün: Maykl Felps bir Olimpiya oyunlarında 8 qızıl medal qazanan ilk idmançı oldu.17.08.2026 - 04:55
Sertifikasiyanın müsahibəsinə az qaldı - müəllimlərdən nələr soruşulacaq?17.08.2026 - 04:31
90 illik fizika sirrində mühüm addım17.08.2026 - 04:25
Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub17.08.2026 - 04:12
Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar17.08.2026 - 04:02
Süni intellekt təhsildə inqilab edir: Standart dərs modeli tarixə qovuşur?16.08.2026 - 05:58
Pekində keçiriləcək yarışda 2 mindən çox insanabənzər robot iştirak edəcək16.08.2026 - 05:23
Bu gün 35 dərəcə isti olacaq16.08.2026 - 05:01