Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.
“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümüdür.
Hazırda milli sərhəd mühafizəsi ənənələrini qoruyaraq inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə hörmətlə yanaşır, əldə etdiyi nailiyyətlərlə qürur duyur və gələcəyə böyük inamla addımlayır.

