2026-2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ixtisaslara ayrılan plan yerləri məlum olub.
“Tehsil365” “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunan qəbul planına əsasən xəbər verir ki, IV ixtisas qrupu üzrə 150 balla müsabiqədə iştirakın mümkün olduğu ixtisaslara ayrılan plan yerləri barədə yazı hazırlayıb.
IV ixtisas qrupu üzrə Bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvakultura, baytarlıq təbabəti və bitki mühafizəsi ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli yerlər üzrə müsabiqəyə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.
Ekologiya ixtisasında isə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Bakı Dövlət Universiteti
Azərbaycan bölməsi üzrə
Ekologiya - 30
Su bioehtiyatları və akvakultura - 20
Bitki mühafizəsi - 20
Azərbaycan və rus bölmələri birgə
Ekologiya (tədris ingilis dilində) - 25
Rus bölməsi üzrə
Ekologiya - 25
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan bölməsi üzrə
Ekologiya - 50
Rus bölməsi üzrə
Ekologiya - 20
Naxçıvan Dövlət Universiteti
Azərbaycan bölməsi üzrə
Baytarlıq təbabəti - 50
Bitki mühafizəsi - 15
Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə şəhəri)
Azərbaycan bölməsi üzrə
Ekologiya - 40
Su bioehtiyatları və akvakultura - 12
Bağçılıq və tərəvəzçilik - 20
Bağçılıq və tərəvəzçilik ( qiyabi) - 10
Bağçılıq və tərəvəzçilik (tədris türk dilində) - 30
Baytarlıq təbabəti - 130
Bitki mühafizəsi - 25
Bitki mühafizəsi (tədris türk dilində) - 30
Azərbaycan və rus bölmələri birgə
Bağçılıq və tərəvəzçilik (tədris ingilis dilində) - 10
Baytarlıq təbabəti (tədris ingilis dilində) - 15
Rus bölməsi üzrə
Baytarlıq təbabəti - 15
Gəncə Dövlət Universiteti
Azərbaycan bölməsi üzrə
Ekologiya - 25
Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
Azərbaycan və rus bölmələri birgə
Ekologiya - 70
Sumqayıt Dövlət Universiteti
Azərbaycan bölməsi üzrə
Ekologiya - 40
Mingəçevir Dövlət Universiteti
Azərbaycan bölməsi üzrə
Ekologiya - 30
Lənkəran Dövlət Universiteti
Azərbaycan bölməsi üzrə
Ekologiya - 45
Bağçılıq və tərəvəzçilik - 50
Baytarlıq təbabəti - 50
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan bölməsi üzrə
Ekologiya - 60
Qərbi Kaspi Universiteti
Azərbaycan bölməsi üzrə
Ekologiya - 30
Su bioehtiyatları və akvakultura - 50
Xəzər Universiteti
Azərbaycan və rus bölmələri birgə
Baytarlıq təbabəti - 40
Baytarlıq təbabəti (tədris ingilis dilində) - 20
“Odlar Yurdu” Universiteti
Azərbaycan və rus bölmələri birgə
Ekologiya - 35

