Təhsil 365 - Logo Mobile

ADU-nun professoru beynəlxalq elmi simpoziumda məruzə edib

13819.08.2026 - 04:16
ADU-nun professoru beynəlxalq elmi simpoziumda məruzə edib

 Türkiyənin İstanbul şəhərində Qadın və Demokratiya Vəqfi (KADEM), Freiburg Universiteti, Fatih Sultan Mehmet Vəqf Universiteti və Tbilisi Dövlət Universitetinin əməkdaşlığı ilə “19th Century Women Writers in the Muslim World” (“19-cu əsr müsəlman dünyasında qadın yazarlar”) adlı Beynəlxalq elmi simpozium təşkil olunub.

“Tehsil365” xəbər verir ki, iki gün davam edən beynəlxalq elmi tədbirdə dünyanın bir sıra universitetlərinin alimləri tərəfindən Türkiyədən Misirə, İrandan İndoneziyaya, Şimali Afrikadan Azərbaycana qədər geniş İslam coğrafiyasında yetişmiş qadın ziyalı və yazarların həyatı, yaradıcılığı və intellektual irsi müxtəlif elmi istiqamətlərdən araşdırılıb.

Simpoziumda Freiburg Universiteti, Marmara Universiteti, Tbilisi Universiteti, Rodbound Universiteti, Göttingen Universiteti, İndiana Universiteti Bloomington, Küveyt Universiteti, Duke Universiteti, Halic Universiteti, Bordeaux Universiteti, London Universiteti, Konnektikut Universiteti, Fatih Sultan Mehmet Vəqf Universitetinin alimləri ilə yanaşı Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru, Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli və həmin kafedranın baş müəllimi, hal-hazırda Fatih Sultan Mehmet Vəqf Universitetinin doktorantı Dinarə Muxtarova “Voices of Change: Hamida Javanshir and Sakina Akhundzadeh as Pioneers in Shaping Muslim Women’s Intellectual Agency in Azerbaijan” adlı məruzə ilə çıxış edib.

Məruzədə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ədəbi-mədəni mühitində qadınların intellektual və ictimai fəaliyyətinin mühüm simalarından olan Həmidə Cavanşir və Səkinə Axundzadənin yaradıcılığı və fəaliyyəti təhlil edilib. Tədqiqatda hər iki qadın ziyalının qadınların maariflənməsi, intellektual inkişafı və cəmiyyətdə fəal mövqe qazanması istiqamətindəki rolu, eləcə də onların Azərbaycan mədəni və ədəbi fikir tarixində yaratdıqları irs diqqət mərkəzində olub.

Beynəlxalq seminar qadınların tarixi və intellektual irsinin tanınması, arxivlərdə, əlyazmalarda və müxtəlif dillərdə qorunub saxlanılan əsərlərin yenidən elmi dövriyyəyə gətirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib. Tədbir çərçivəsində qadınların elm və təhsil, ədəbiyyat, ictimai-siyasi və sosial islahatlar, eləcə də qadın hüquqları sahəsindəki fəaliyyəti və tarixi rolu müzakirə olunub.

Simpozium müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirakı qadın ədəbiyyatı, gender, ədəbi-mədəni irs və müsəlman dünyasında qadınların intellektual fəaliyyəti ilə bağlı beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

Nuray Babayeva

Xəbər Lenti

İdman liseyləri və Bülbül adına musiqi məktəbinə qeydiyyat başlayır20.08.2026 - 08:07
"İxtisas seçimi - sadəcə peşə seçimi deyil, həyat tərzi seçimidir"-Psixoloq Orxan Şərifzadə20.08.2026 - 05:58
Günün havası - 38 dərəcə isti...20.08.2026 - 05:45
III qrupda az bal toplayanlar hara düşə bilər? - PLAN YERLƏRİ20.08.2026 - 05:37
Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır20.08.2026 - 05:29
Regmatogen retinal qopmanın cərrahi müalicəsində yeni elmi nəticələr20.08.2026 - 05:17
Fuad İbrahimov “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub20.08.2026 - 05:09
UFAZ-ın tələbəsi Qusarda təşkil edilmiş təlim düşərgəsində iştirak edib20.08.2026 - 05:03
ADNSU tələbələri aqrar texnologiyalar üzrə Bootcamp proqramında iştirak ediblər20.08.2026 - 04:52
Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub20.08.2026 - 04:44
Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur20.08.2026 - 04:34
BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib20.08.2026 - 04:25
BMU tələbəsi Almaniyada beynəlxalq dil proqramını uğurla başa vurub20.08.2026 - 04:16
Maliyyə və mühasibat fakültəsində abituriyentlər üçün növbəti “Açıq qapı” günü keçirilib20.08.2026 - 04:09
UNEC voleybol komandası heyətini gücləndirib20.08.2026 - 04:02
Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli: “15-16 il öncəki abituriyentlərlə indiki tələbələr arasında böyük müsbət doğru fərq var”19.08.2026 - 16:31
Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir19.08.2026 - 14:56
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır19.08.2026 - 14:50
Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb19.08.2026 - 14:47
BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq19.08.2026 - 14:43
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər19.08.2026 - 14:39
BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub19.08.2026 - 14:33
Maksimum bal toplayan şagird peşə məktəbini seçdi19.08.2026 - 14:27
Bu universitetdə imtahan qaydası dəyişdirildi19.08.2026 - 14:25
Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib19.08.2026 - 14:20
Müəllimlik ixtisasını seçən oğlanlara təqaüd veriləcək 19.08.2026 - 14:16
Kolleclərə qeydiyyat BAŞLADI19.08.2026 - 14:13
Bakıda 39 094 uşaq I sinfə qəbula yazılıb19.08.2026 - 14:11
“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub- FOTOLAR19.08.2026 - 07:33
Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerləri - SİYAHI19.08.2026 - 05:58
Milli Kitabxanada “Professor Kamil Vəli Nərimanoğlu - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub19.08.2026 - 05:39
Bu gün Ümumdünya Fotoqrafiya Günüdür19.08.2026 - 05:25
Bu gün 37 dərəcə isti olacaq19.08.2026 - 05:17
90 minə yaxın abituriyent ixtisas seçimini TƏSDİQLƏYİB19.08.2026 - 05:06
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub19.08.2026 - 04:54
“Təlimçilər üçün təlim” təşkil edilib19.08.2026 - 04:45
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq19.08.2026 - 04:39
QuadraBay və Milli Təhsil Şəbəkəsinin (National Education Network – NEN) nümayəndələri ilə görüş keçirilib19.08.2026 - 04:31
AzTU əməkdaşı Cənubi Koreyada keçirilən beynəlxalq İFLA konfransında iştirak edib19.08.2026 - 04:23
ADNSU komandası Silikon Vadisində beynəlxalq innovasiya festivalında gümüş medal qazanıb19.08.2026 - 04:09
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir19.08.2026 - 04:02
“Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir18.08.2026 - 19:26
BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər18.08.2026 - 18:54
Direktorların işə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlayır18.08.2026 - 18:49
Rezidenturaya qəbulun nəticələri elan olunub18.08.2026 - 18:45
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə başlanılıb18.08.2026 - 18:41
18 nəfər dövlət hesabına pilot təhsili alacaq18.08.2026 - 18:39