Təhsil 365 - Logo Mobile

Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerləri - SİYAHI

13819.08.2026 - 05:58
Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerləri - SİYAHI

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə plan yerləri müəyyənləşib.

“Tehsil365” modern.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, Bakı Dövlət Universitetinin Qazax filialında fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına 30 yer ayrılıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetində dizayn ixtisası üzrə Azərbaycan bölməsinə 125, Azərbaycan və rus bölmələri birgə olmaqla ingilis dilində tədrisə 25, rus bölməsinə 50 plan yeri ayrılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan bölməsi üzrə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 50, musiqi müəllimliyinə 30, təsviri incəsənət müəllimliyinə 90 yer verilib. Rus bölməsi üzrə fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə və təsviri incəsənət müəllimliyinə ayrı-ayrılıqda 20 plan yeri ayrılıb.

Bakı Musiqi Akademiyasında musiqi müəllimliyinə 30, bəstəkarlığa 2, dirijorluğa 10, instrumental ifaçılığa 82, musiqişünaslığa 12, populyar musiqi və caz ifaçılığına 3, vokal sənətinə isə 12 yer ayrılıb.

Azərbaycan Milli Konservatoriyasında musiqi müəllimliyinə 25, bəstəkarlığa 3, xalq çalğı alətləri orkestrinin dirijorluğuna 2, xor dirijorluğuna 3, instrumental ifaçılığa 70, musiqişünaslığa 8, populyar musiqi və caz ifaçılığına 20, xanəndəlik üzrə vokal sənətinə 40, milli vokal üzrə vokal sənətinə 20 yer verilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqi müəllimliyinə 20, təsviri incəsənət müəllimliyinə 40, Azərbaycan bölməsi üzrə aktyor sənətinə 53, rus bölməsi üzrə aktyor sənətinə 7, dekorativ-tətbiqi sənətə 15, dizayna 50 plan yeri ayrılıb. Universitetdə fortepiano, violin, viola, gitara, klarnet, saksofon və zərb alətləri üzrə instrumental ifaçılığa 25, tar, kamança, qanun, nağara, balaban və saz üzrə instrumental ifaçılığa 40 yer verilib. Qrafika ixtisasına 10, musiqişünaslığa 3, Azərbaycan bölməsi üzrə operator sənətinə 14, rus bölməsi üzrə operator sənətinə 6, populyar musiqi və caz ifaçılığına 10, rejissorluğa 15, rəngkarlığa 12, xanəndəlik üzrə vokal sənətinə 20 plan yeri ayrılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət müəllimliyinə 40, dekorativ-tətbiqi sənətə 80, dizayna 100, heykəltəraşlığa 10, qrafikaya 20, rəngkarlığa 35 plan yeri verilib.

Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan bölməsi üzrə xoreoqrafiya sənətinə 110, rus bölməsi üzrə xoreoqrafiya sənətinə 10, instrumental ifaçılığa 5 yer ayrılıb.

İdman Akademiyasında fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 275, adaptiv bədən tərbiyəsinə 100, kütləvi-sağlamlaşdırıcı idmana 25, olimpiya fiziki hazırlığına 100 yer ayrılıb. Komanda idman növləri üzrə ixtisasa 175 plan yeri verilib.

Akademiyada məşqçilik ixtisasının ağırlıqqaldırma istiqaməti üzrə Azərbaycan bölməsinə 8, rus bölməsinə 3, ingilis dilində tədrisə 2 yer ayrılıb. Futbol üzrə Azərbaycan bölməsinə 37, ingilis dilində tədrisə 2, gimnastika üzrə Azərbaycan bölməsinə 8, rus bölməsinə 10 yer verilib.

Həndbol üzrə Azərbaycan bölməsinə 10, rus bölməsinə 5, ingilis dilində tədrisə 3, idman dırmanmasına 8, kamandan oxatmaya 10, kanoe və avarçəkmə üzrə Azərbaycan bölməsinə 15, ingilis dilində tədrisə 2 plan yeri ayrılıb.

Karate üzrə Azərbaycan bölməsinə 12, rus bölməsinə 3, qılıncoynatma üzrə Azərbaycan bölməsinə 10, ingilis dilində tədrisə 2, qış idman növləri üzrə Azərbaycan bölməsinə 2, ingilis dilində tədrisə 3 yer verilib.

Şahmat üzrə məşqçiliyə 10, sambo üzrə məşqçiliyə 12, sərbəst güləş üzrə Azərbaycan bölməsinə 20, rus bölməsinə 5, ingilis dilində tədrisə 2 plan yeri ayrılıb. Stolüstü tennis üzrə Azərbaycan bölməsinə 14, rus bölməsinə 4 yer verilib.

Naxçıvan Dövlət Universitetində fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 30, musiqi müəllimliyinə 15, təsviri incəsənət müəllimliyinə 15, aktyor sənətinə 10, bəstəkarlığa 3, dirijorluğa 3 yer ayrılıb. Tar, kamança, qarmon, balaban, qanun, nağara və saz üzrə instrumental ifaçılığın Azərbaycan bölməsinə 10, rus bölməsinə 5 plan yeri verilib.

Fortepiano üzrə instrumental ifaçılığa 15, violin, viola, violonçel və kontrabas üzrə instrumental ifaçılığa 5, fleyta, klarnet, saksofon, truba, trombon, qoboy, valtоrna, faqot, tuba və zərb alətləri üzrə instrumental ifaçılığa 5 yer ayrılıb. Musiqişünaslıq üzrə Azərbaycan bölməsinə 5, rus bölməsinə 10, rəngkarlığa 5, vokal sənətinə 10 yer verilib.

Universitetdə atletika üzrə məşqçiliyin Azərbaycan və rus bölmələrinin hər birinə 17, voleybol üzrə məşqçiliyin Azərbaycan bölməsinə 17, rus bölməsinə 16, futbol üzrə məşqçiliyin Azərbaycan bölməsinə 16, rus bölməsinə 17 plan yeri ayrılıb.

Gəncə Dövlət Universitetində fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyinə 30, musiqi müəllimliyinə 20, təsviri incəsənət müəllimliyinə 40 yer verilib. Futbol və atletika üzrə məşqçiliyə ayrı-ayrılıqda 15, atletikanın rus bölməsinə 10, boks üzrə məşqçiliyə 15, sərbəst güləş üzrə Azərbaycan bölməsinə 15, rus bölməsinə 10, yunan-Roma güləşinə 15, basketbol və voleybol üzrə məşqçiliyə ayrı-ayrılıqda 10 yer ayrılıb. Ümumi fiziki hazırlıq ixtisası üzrə plan yerlərinin sayı 60-dır.

Sumqayıt Dövlət Universitetində fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına 20 yer ayrılıb.

Lənkəran Dövlət Universitetində musiqi müəllimliyinə 25, təsviri incəsənət müəllimliyinə 20, dizayn ixtisasına 30 plan yeri verilib.

Qarabağ Universitetində fortepiano üzrə musiqi müəllimliyinə 10, müxtəlif musiqi alətləri üzrə musiqi müəllimliyinə 10, bəstəkarlığa 2, dekorativ-tətbiqi sənətə 10, xor dirijorluğuna 5, dizayna 40 yer ayrılıb.

Universitetdə nəfəs və simli alətlər üzrə instrumental ifaçılığa 10, tar, kamança, saz, nağara, qanun və balaban üzrə instrumental ifaçılığa 15, fortepiano üzrə instrumental ifaçılığa 15, musiqişünaslığa 5, rəngkarlığa 10, xanəndəlik və akademik vokal üzrə vokal sənətinə ayrı-ayrılıqda 5 plan yeri verilib.

Xəzər Universitetində təsviri incəsənət müəllimliyi ixtisasına 20 yer ayrılıb.

Odlar Yurdu Universitetində dizayn ixtisasının Azərbaycan və rus bölmələri üzrə birgə qəbuluna 55, ingilis dilində tədrisinə isə 15 plan yeri verilib.

Nuray Babayeva

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58