Təhsil 365 - Logo Mobile

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub- FOTOLAR

14019.08.2026 - 07:33
“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub- FOTOLAR

Bu il “Gənclərlə, gənclər üçün” devizi altında keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi 17-21 avqust tarixlərində Lənkəran gəncləri üçün xidmət göstərəcək.

“Tehsil365” xəbər verir ki, əsas əhatə dairəsi region gəncləri olan layihənin məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.

      Layihənin Lənkəranda baş tutan açılış mərasimi Dövlət Himnimizin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün onların intellektual və sosial potensiallarının üzə çıxarılmasında oynadığı rolu xüsusi qeyd ediblər.

      Beş günlük zəngin proqram müddətində Lənkəran gəncləri "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

      Eyni zamanda iştirakçılar üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici görüşlər və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sərgi təşkil edilib. Bununla yanaşı, gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil olunub. Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə gənclərə ixtisas və peşə seçimi, karyera hədəflərinin müəyyənləşdirilməsi, müasir əmək bazarının tələbləri, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və bu imkanlardan səmərəli istifadə yolları ilə bağlı faydalı məlumatlar təqdim edilib. Gənclər mövzular üzrə interaktiv sessiyalarda fəal iştirak edərək mütəxəssislərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavablar alıblar. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılıblar.

       Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi noyabr ayınadək ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək.

Nuray Babayeva

Xəbər Lenti

Qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerləri - SİYAHI19.08.2026 - 05:58
Milli Kitabxanada “Professor Kamil Vəli Nərimanoğlu - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub19.08.2026 - 05:39
Bu gün Ümumdünya Fotoqrafiya Günüdür19.08.2026 - 05:25
Bu gün 37 dərəcə isti olacaq19.08.2026 - 05:17
90 minə yaxın abituriyent ixtisas seçimini TƏSDİQLƏYİB19.08.2026 - 05:06
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub19.08.2026 - 04:54
“Təlimçilər üçün təlim” təşkil edilib19.08.2026 - 04:45
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq19.08.2026 - 04:39
QuadraBay və Milli Təhsil Şəbəkəsinin (National Education Network – NEN) nümayəndələri ilə görüş keçirilib19.08.2026 - 04:31
AzTU əməkdaşı Cənubi Koreyada keçirilən beynəlxalq İFLA konfransında iştirak edib19.08.2026 - 04:23
ADU-nun professoru beynəlxalq elmi simpoziumda məruzə edib19.08.2026 - 04:16
ADNSU komandası Silikon Vadisində beynəlxalq innovasiya festivalında gümüş medal qazanıb19.08.2026 - 04:09
UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir19.08.2026 - 04:02
“Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir18.08.2026 - 19:26
BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər18.08.2026 - 18:54
Direktorların işə qəbulu üzrə müsabiqəyə elektron qeydiyyat başlayır18.08.2026 - 18:49
Rezidenturaya qəbulun nəticələri elan olunub18.08.2026 - 18:45
Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibə mərhələsinə başlanılıb18.08.2026 - 18:41
18 nəfər dövlət hesabına pilot təhsili alacaq18.08.2026 - 18:39
BMU-da yenilik: 3 ikili diplom proqramı və yeni ixtisaslar18.08.2026 - 18:37
Dünyada ali məktəbi olmayan ÖLKƏLƏR18.08.2026 - 18:35
Abşeron-Xızı RTİ üzrə 370 məzun 600-dən yuxarı nəticə göstərib 18.08.2026 - 18:32
IV qrupda 150 balla qəbul: Hansı ixtisaslara nə qədər yer ayrılıb?18.08.2026 - 18:30
Respublika Gözdən Əlillər Kitabxanasının 45 Illik Yubileyi Qeyd Olunub18.08.2026 - 08:51
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sona yaxınlaşır18.08.2026 - 05:58
Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır18.08.2026 - 05:52
Kitabxanaçıların 7.7%-i ali təhsillidir18.08.2026 - 05:46
700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?18.08.2026 - 05:39
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır18.08.2026 - 05:31
28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb18.08.2026 - 05:22
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat18.08.2026 - 05:13
“Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib18.08.2026 - 05:06
BMU-da ikili diplom proqramı çərçivəsində Çində təhsil alacaq tələbələrlə görüş keçirilib18.08.2026 - 04:57
ADNSU məzununun elmi məqaləsi nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub18.08.2026 - 04:49
ADNSU əməkdaşlarının elmi məqaləsi Q1 kvartilli nüfuzlu beynəlxalq jurnalda dərc edilib18.08.2026 - 04:42
ADNSU-da SABAH.HUB tərəfindən rəqəmsal inkubasiya proqramı həyata keçirilib18.08.2026 - 04:33
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!18.08.2026 - 04:26
BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”18.08.2026 - 04:21
UNEC könüllüləri magistratura üzrə sənəd qəbuluna dəstək göstərdilər18.08.2026 - 04:16
Yaponiyanın 2026-cı il “MIRAI” qısamüddətli Yaponiya Mübadilə Proqramına müraciət qəbulu elan olunur18.08.2026 - 04:09
UNEC-də SABAH qruplarında tədris aparacaq müəllimlərin seçimi üzrə müsabiqə elan edilir18.08.2026 - 04:02
“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub17.08.2026 - 15:48
Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur?17.08.2026 - 15:37
Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib17.08.2026 - 15:33
Kitabxanalarda hansı YENİLİKLƏR GÖZLƏNİLİR? - FOTO17.08.2026 - 15:28
Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir17.08.2026 - 15:25
690 nəfər imtahansız ali məktəbə QƏBUL OLDU17.08.2026 - 15:18