Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlər üçün yaradılan Abituriyent Məlumat Mərkəzi və xüsusi vatsap nömrəsi fəaliyyətini uğurla başa çatdırıb.
BDU-dan “Tehsil365*ə bildirilib ki, avqustun 14-dən fəaliyyətə başlayan Abituriyent Məlumat Mərkəzinə 38 müraciət daxil olub, xüsusi vatsap nömrəsi vasitəsilə 574 şəxsin sorğusu cavablandırılıb.
BDU-nu seçəcək abituriyent və valideynlər altı gün ərzində Abituriyent Məlumat Mərkəzi və vatsap nömrəsi vasitəsilə ixtisas seçimləri barədə ətraflı məlumatlandırılıb. Onların universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri və təhsil imkanları barədə sualları operativ cavablandırılıb.

