Fuad İbrahimov “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub
“Tehsil365” xəbər verir ki, avqustun 14-də Bakı Slavyan Universitetinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən qəbul edilib.
Görüş zamanı xaricdə yaşayan Azərbaycan icmalarının və soydaşlarımızın fəaliyyəti, onların yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətlərinin, zəngin mədəni irsimizin və mədəniyyətimizin təbliği məsələləri müzakirə olunub və fəaliyyətləri bir daha yüksək qiymətləndirilib.
Görüş zamanı Fuad İbrahimova Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. F.İbrahimov göstərilən yüksək etimada görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib və gələcəkdə də ölkələrarası münasibətlərin inkişafı, diaspor fəaliyyətinin təşkili, Azərbaycan dilinin və mədəni irsinin xaricdə təbliği istiqamətində səylərini davam etdirəcəyini qeyd edib.
Qeyd edək ki, 2010-cu ildə Bakı Slavyan Universitetinin dəstəyi ilə Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradılıb. Mərkəzin rəhbəri Fuad İbrahimov Azərbaycan dilinin, milli-mədəni dəyərlərimizin və Azərbaycan mədəniyyətinin Belarusda təbliği istiqamətində fəaliyyət göstərir.
Fuad İbrahimovu təltif olunması münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

