Təhsil 365 - Logo Mobile

MDU turizm mütəxəssislərinin hazırlanması üzrə fəaliyyətini genişləndirəcək

14821.08.2026 - 10:10
    MDU turizm mütəxəssislərinin hazırlanması üzrə fəaliyyətini genişləndirəcək

Prezident İlham Əliyevin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkəmizdə turizm sektorunun inkişafında yeni strateji mərhələnin əsasını qoyur. Dövlət Proqramı turizmin ölkənin sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsini, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsini, regionların rəqabət qabiliyyətinin artırılmasını və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsini əsas məqsədlər sırasında müəyyən edir. Bu sənəd turizm sektoruna yalnız səfərlərin və turist sayının artırılması prizmasından yanaşmır, burada regionların inkişafı, insan kapitalı, elm və təhsil, rəqəmsallaşma, innovasiya, investisiya, nəqliyyat, xidmət keyfiyyəti və yerli icmaların iqtisadi proseslərə inteqrasiyası vahid turizm ekosisteminin tərkib hissələri kimi nəzərdən keçirilir.

“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, məhz bu yanaşma regional universitetlərin, xüsusilə turizm istiqamətində kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrinin qarşısında yeni fəaliyyət imkanları açır. MDU bu prosesə hazır institusional və akademik baza ilə daxil olur. Hazırda universitetdə turizm istiqamətində həm bakalavriat, həm də magistratura səviyyəsində kadr hazırlığı həyata keçirilir. 2026/2027-ci tədris ilindən isə universitet tarixində ilk dəfə bakalavriat səviyyəsində “Turizm işinin təşkili” ixtisası üzrə ingilis dilində tələbə qəbulu nəzərdə tutulub. Ali təhsil müəssisəsində turizm istiqamətinin növbəti inkişaf mərhələsi yalnız tələbə qəbulunun genişləndirilməsi ilə məhdudlaşmır. Türkiyənin tərəfdaş universitetlərinin akademik və metodiki dəstəyi ilə MDU-da yeni Turizm kafedrasının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində MDU-da turizm istiqaməti üzrə doktorantların hazırlanması, birgə elmi rəhbərlik mexanizmlərinin formalaşdırılması, ortaq tədqiqatların aparılması və elmi məktəbin yaradılması perspektivləri nəzərdən keçirilir. Bu istiqamətdə nəzərdə tutulan mühüm addımlardan biri də Türkiyənin Dokuz Eylül Universitetindən turizm sahəsi üzrə professorun MDU-nun akademik fəaliyyətinə cəlb edilməsidir.

Anar Eminovun sözlərinə görə, Dövlət Proqramının insan resurslarının inkişafına xüsusi yer ayırması bu baxımdan MDU üçün mühüm strateji imkan yaradır. Mingəçevir Dövlət Universiteti turizm şirkətləri, hotellər, yerləşmə obyektləri, restoran biznesi, tədbir təşkilatçıları, yerli sahibkarlar və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı genişləndirərək tələbələrin təcrübə proqramlarını daha sistemli şəkildə təşkil edə, sektor nümayəndələrini tədris prosesinə cəlb edə və bir sıra fənlərin praktiki komponentlərini birbaşa müəssisələrdə həyata keçirə bilər. Dövlət Proqramı MDU üçün qısamüddətli və sertifikatəsaslı təhsil proqramlarının inkişafı baxımından da yeni imkanlar açır. Sənəddə turizm sahəsində peşə hazırlığı kurslarının və ixtisaslaşmış təlimlərin təşkili nəzərdə tutulur. Bu istiqamətdə Mingəçevir Dövlət Universiteti yalnız öz tələbələrinə deyil, regionda fəaliyyət göstərən hotel, restoran, turizm və xidmət müəssisələrinin əməkdaşlarına da xarici dil, müştəri xidməti, rəqəmsal satış, turizm marketinqi, qonaqpərvərlik, tədbirlərin təşkili və digər istiqamətlər üzrə davamlı təhsil proqramları təqdim edən regional kompetensiya mərkəzinə çevrilə bilər.

“Dövlət Proqramının regional inkişaf istiqaməti Mingəçevir Dövlət Universitetinin imkanlarını daha da genişləndirir. Mingəçevirin coğrafi mövqeyi, Kür çayı, Mingəçevir su anbarı, şəhərin idman və rekreasiya infrastrukturu, nəqliyyat əlçatanlığı, eləcə də Mərkəzi Aranın digər rayonlarına yaxınlığı yeni turizm məhsullarının və marşrutlarının hazırlanması üçün mühüm potensial formalaşdırır. Bu potensial universitet üçün həm tədris, həm də tədqiqat laboratoriyası rolunu oynaya bilər”, - deyən rektor qeyd edib ki, MDU-nun müəllim və tələbələri tərəfindən Mingəçevir və Mərkəzi Aranın turizm potensialının xəritələndirilməsi, su və rekreasiya turizmi, idman turizmi, ekoturizm, kənd turizmi, qastronomiya və mədəni turizm marşrutlarının hazırlanması, turist davranışlarının öyrənilməsi və yeni turizm məhsullarının iqtisadi səmərəliliyinin qiymətləndirilməsi kimi tətbiqi layihələrin həyata keçirilməsi mümkündür. Xüsusilə Dövlət Proqramında “Turizm kəndi” konsepsiyasının yaradılmasının nəzərdə tutulması universitet–region əməkdaşlığı üçün yeni platforma yaradır. MDU bu prosesə elmi və ekspert potensialı ilə qoşularaq Mərkəzi Aranda turizm potensialına malik yaşayış məntəqələrinin araşdırılması, yerli resursların inventarlaşdırılması, icmaəsaslı turizm modellərinin hazırlanması və kənd sahibkarları üçün təlimlərin keçirilməsi istiqamətlərində layihələr irəli sürə bilər.

“Güclü turizm sənayesi üçün müasir infrastruktura və investisiyalara ehtiyac olduğu qədər, yüksək hazırlıqlı insan kapitalına, elmi tədqiqatlara, innovativ yanaşmalara və beynəlxalq təcrübəyə də ehtiyac var. Mingəçevir Dövlət Universiteti məhz bu missiyadan çıxış edərək turizm üzrə təhsil, elm, beynəlxalq əməkdaşlıq və regional inkişaf arasında yeni sinerji yaratmaq, Mərkəzi Aranın turizm potensialının elmi əsaslarla üzə çıxarılmasına töhfə vermək və beynəlxalq standartlara cavab verən yeni nəsil turizm mütəxəssislərinin hazırlanmasını təmin etmək istiqamətində fəaliyyətini daha da genişləndirməyi hədəfləyir”, - deyə o əlavə edib.

Amin Cavayev

Xəbər Lenti

Kompüter mühəndisliyində 179 ballıq FƏRQ - Universitetlərdə üzrə müqayisə21.08.2026 - 16:26
MİQ üzrə müsahibə tarixləri açıqlanıb21.08.2026 - 15:44
Tələbələr və gənclər arasında radikal dini meyllərin qarşısı necə alınmalıdır? – İlahiyyatçı AÇIQLADI21.08.2026 - 15:11
Bağlanan universitetin tələbələri ilə bağlı AÇIQLAMA21.08.2026 - 14:57
MÜTDA: Məktəbli formasına görə valideynlərin hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir21.08.2026 - 14:54
“Sadəcə bir şərhdir” deməyin – Mənfi rəylər psixologiyaya necə təsir edir? - Psixoloqdan açıqlama21.08.2026 - 11:00
AzTU tələbələrindən ABŞ-də böyük uğur - 6 medal və xüsusi mükafat21.08.2026 - 10:55
“Axıska türklərinin taleyi ağır deportasiya faciələrindən biridir” – Birol Akgün21.08.2026 - 10:50
Yeni tədris ili: Məktəbli formaları ilə bağlı valideynlərə MÜRACİƏT21.08.2026 - 10:45
Kəlbəcərin Dəvəgözü yataqlarında beynəlxalq tədqiqat21.08.2026 - 10:40
BDU-da 220 yerlik “Tələbə evi” istifadəyə verilib21.08.2026 - 10:35
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi işıq üzü görüb21.08.2026 - 10:30
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ – Elektron sənəd qəbulu uzadıldı21.08.2026 - 10:25
Bakıda Ahıska türklərinə həsr olunan “İtmiş sürgünün izində” sərgisi açılıb21.08.2026 - 10:20
BDU-nun həmtəşkilatçılığı ilə Qubada yay düşərgəsi təşkil olunub21.08.2026 - 10:15
Məktəb direktoru olmaq istəyənlərə diqqət – Əsas şərtlər21.08.2026 - 10:00
Müəllimlərə ağ xalat tələbi – Yeni QAYDA21.08.2026 - 09:50
Uşaqlar sosial şəbəkələrdən nə qədər istifadə edir? – Sorğu nəticələri21.08.2026 - 09:40
İlham Əliyev Füzulidə Özbəkistanın inşa etdiyi məktəbdən danışdı21.08.2026 - 09:30
Özbəkistanda 176 azərbaycanlı təhsil alıb21.08.2026 - 09:20
Gələn il ən isti il ola bilər21.08.2026 - 09:10
Müsabiqədə elektron sənəd qəbulu müddəti uzadıldı21.08.2026 - 09:00
Sabaha olan hava proqnozu21.08.2026 - 08:05
MDU rektorundan abituriyentlərə müraciət21.08.2026 - 08:00
Alimlər Günəş tutulmasının insan beyninə təsirini araşdırdılar21.08.2026 - 07:25
Alimlər kainatın ən sürətli ulduzunu aşkarladılar21.08.2026 - 07:20
25 mindən çox abituriyent tələbə ola bilməyəcək21.08.2026 - 07:15
Şagirdlərin DİQQƏTİNƏ: Lisey və gimnaziyalara sənəd qəbulu başladı21.08.2026 - 07:10
Təmayül tədris modelinə keçid: Növbəti mərhələ başa çatdı21.08.2026 - 07:05
Rayonlardakı faktiki hava21.08.2026 - 07:00
Yeni tədris ilinə hazırlıq müzakirə olunub21.08.2026 - 06:55
61% azərbaycanlı tələbə Britaniyanı seçir21.08.2026 - 06:50
Dövlət qulluğu imtahanına qeydiyyat21.08.2026 - 06:45
Şagird və müəllimlərin sosial şəbəkələrdən istifadəsinə QADAĞA21.08.2026 - 06:40
V qrupu seçənlərin DİQQƏTİNƏ – Qəbul şansı daha yüksək olan universitetlər21.08.2026 - 06:35
Əziz Əliyevin 130 illiyi qeyd olunacaq – SƏRƏNCAM21.08.2026 - 06:30
V qrupda qəbul necə həyata keçirilir? – DİM21.08.2026 - 06:25
Ali məktəblərin akreditasiyasında YENİ SİSTEM21.08.2026 - 06:20
Bu gün Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür – TARİX21.08.2026 - 06:15
Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq tədbir keçiriləcək21.08.2026 - 06:10
Tələbələr üçün YENİLİK: Dərslər virtual laboratoriyalarda keçiriləcək21.08.2026 - 06:05
Alimlərdən qeyri-adi ulduz kəşfi21.08.2026 - 06:00
BMU komandası Silikon Vadisində keçirilən beynəlxalq festivalda gümüş medala layiq görülüb21.08.2026 - 05:58
Universitet diplomları yerini rəqəmsal sertifikatlara verir21.08.2026 - 05:48
Şagirdlərin elektron yerdəyişməsi başlayıb21.08.2026 - 05:41
Bu 3 təhsil müəssisəsində turizm təhsili YENİLƏNİR - İnfrastruktur gücləndiriləcək21.08.2026 - 05:32
Günün havası - 36 dərəcə isti, külək...21.08.2026 - 05:24