Təhsil 365 - Logo Mobile

“Sadəcə bir şərhdir” deməyin – Mənfi rəylər psixologiyaya necə təsir edir? - Psixoloqdan açıqlama

18821.08.2026 - 11:00
    “Sadəcə bir şərhdir” deməyin – Mənfi rəylər psixologiyaya necə təsir edir? - Psixoloqdan açıqlama

“Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə, gənclər üçün sosial mediada insanların fikri, bəyənmələri və münasibəti kifayət qədər önəmlidir. Buna görə də sosial şəbəkədə yazılan mənfi bir fikir, təhqir və ya davamlı kiberzorakılıq insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər.”

Bu sözləri “Tehsil365”ə açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirib.

Psixoloq bildirib ki, bəzən böyüklər deyirlər ki, “sadəcə bir şərhdir, fikir verməsin”. Amma məsələ o qədər də sadə deyil.

“Bəzən böyüklər deyirlər ki, “sadəcə bir şərhdir, fikir verməsin”. Amma məsələ o qədər də sadə deyil. İnsan, xüsusilə də yeniyetmə və gənc özünə qarşı yönəlmiş mənfi fikirləri çox dərindən qəbul edə bilər. Bu da zamanla özünəinamın azalmasına, narahatlığa, insanlardan uzaqlaşmağa, əhvalın aşağı düşməsinə və hətta yuxu problemlərinə səbəb ola bilər.

Burada bir məqamı xüsusilə qeyd etmək istəyirəm: sosial şəbəkədə yazılan hər fikir həqiqət deyil. İnsanlar bəzən qarşı tərəfi tanımadan, onun həyatını və yaşadıqlarını bilmədən fikir bildirirlər. Ona görə də hər mənfi rəyi özümüz haqqında verilmiş obyektiv qiymət kimi qəbul etmək düzgün deyil.

Kiberzorakılıq isə adi mənfi rəydən bir qədər fərqlidir. Davamlı təhqir, alçaltma, hədə-qorxu, şəxsi məlumatların yayılması və bir şəxsin qəsdən sosial mühitdə hədəfə çevrilməsi artıq ciddi problemdir. Belə hallarda insanın tək mübarizə aparması məcburi deyil. Əksinə, ailədən, yaxın insanlardan və lazım gəldikdə psixoloqdan dəstək almaq çox vacibdir.

Onun sözlərinə görə, valideynlərin də bu məsələdə yanaşması önəmlidir.

“Valideynlərin də bu məsələdə yanaşması önəmlidir. Uşaq və ya yeniyetmə sosial şəbəkədə belə bir problemlə qarşılaşanda ilk reaksiya “telefonu əlindən alıram” olmamalıdır. Əvvəlcə onu dinləmək, nə yaşadığını anlamaq və yanında olduğumuzu hiss etdirmək lazımdır. Çünki uşaq özünü mühakimə olunmuş hiss edərsə, gələcəkdə yaşadığı problemləri valideyni ilə bölüşməkdən çəkinə bilər. Mənfi rəylərlə qarşılaşan insanın hər şərhə cavab verməsi də vacib deyil. Bəzən ən düzgün addım həmin şəxsi bloklamaq, şikayət etmək və lazım gəldikdə yazışmaları və şərhləri sübut kimi saxlamaqdır. Əsas məqsəd qarşı tərəflə mübahisəni böyütmək yox, öz psixoloji rahatlığımızı qorumaqdır. Əgər insan sosial şəbəkədə yaşadığı hadisədən sonra uzun müddət özünü pis hiss edirsə, insanlardan uzaqlaşırsa, yuxusu və gündəlik həyatı pozulursa, bu vəziyyətə laqeyd yanaşmaq olmaz.

Psixoloq vurğulayıb ki, psixoloqa müraciət etmək zəiflik deyil.

“Psixoloqa müraciət etmək zəiflik deyil. Əksinə, insanın öz psixoloji sağlamlığına diqqət yetirməsinin göstəricisidir. Ümumilikdə isə düşünürəm ki, sosial şəbəkələrdə də real həyatda olduğu kimi empatiyaya və məsuliyyətə ehtiyac var. Ekranın qarşı tərəfində də hissləri olan bir insanın olduğunu unutmamalıyıq. Bəzən bizim üçün adi görünən bir cümlə qarşı tərəf üçün çox ağır nəticələr yarada bilər”.

Amin Cavayev

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58