Təhsil 365 - Logo Mobile

“Bir yay, min xatirə” düşərgəsində yeni layihələr həyata keçirilir

13522.08.2026 - 06:50
    “Bir yay, min xatirə” düşərgəsində yeni layihələr həyata keçirilir

Bakı Dövlət Universitetinin (BDU) Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində tələbələr və şəhid-qazi övladları üçün təşkil olunan “Bir yay, min xatirə” yay düşərgəsi davam edir.

“Tehsil365” xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə iştirakçılara “Müasir dövrdə gənclər üçün imkanlar və yeni çağırışlar” adlı təlim keçib. Təlim zamanı müasir əmək bazarının tələbləri, gənclərin şəxsi və peşəkar inkişaf imkanları, könüllülük və ictimai fəallığın əhəmiyyəti, liderlik və komanda işi, rəqəmsal bacarıqlar, karyera planlaması və yeni dövrün yaratdığı çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara qarşıya çıxan imkanları düzgün qiymətləndirmək, şəxsi potensiallarını inkişaf etdirmək, yeni bacarıqlar qazanmaq və dəyişən dünyaya çevik şəkildə uyğunlaşmaqla bağlı praktiki tövsiyələr verilib.

BDU-nun Protokol sektorunun mütəxəssisi Mirhüseyn Tağıyev tərəfindən isə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində interaktiv sessiya keçirilib. Sessiya zamanı şəhərsalma sahəsində mövcud aktual problemlərin daha aydın şəkildə izah edilməsi və iştirakçıların mövzuya yaradıcı yanaşmasının təmin olunması məqsədilə onlar komandalara bölünüblər. Hər bir komandaya şəhərsalma ilə bağlı müxtəlif mövzular təqdim olunub və iştirakçılar həmin mövzular əsasında kiçik səhnəciklər hazırlayaraq nümayiş etdiriblər. Komanda üzvləri seçdikləri mövzuları real həyatdan nümunələr və situasiyalar əsasında canlandıraraq şəhərsalma problemləri ilə bağlı fikir və təkliflərini ifadə ediblər.

Çıxışlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və ən uğurlu təqdimat nümayiş etdirən komanda qalib elan olunub.

BDU rektorunun katibliyinin referenti Qasım Xəlilov çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, onların həyata keçirilməsində insan kapitalının rolu və fərdi davranışların dayanıqlı inkişaf proseslərinə təsiri barədə ətraflı məlumat verib. O, dayanıqlı inkişafın təmin olunmasında insan faktorunun, xüsusilə də səmərəli qərar qəbuletmə və sosial məsuliyyət prinsiplərinin əhəmiyyətini vurğulayıb.

Təlimin interaktiv hissəsində iştirakçılar komandalara bölünərək büdcənin səmərəli idarə olunması, maliyyə resurslarının düzgün bölüşdürülməsi və prioritetlərin müəyyənləşdirilməsi istiqamətində praktiki planlar hazırlayıblar.

Qeyd edək ki, yay düşərgəsi BDU, İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə reallaşıb.


Amin Cavayev

Xəbər Lenti

Sabaha olan hava proqnozu22.08.2026 - 09:00
16 yaşlı şagird Günəş işığından istifadə etməklə havadan su əldə etdi22.08.2026 - 08:50
Azərbaycan jurnalistləri Özbəkistanda “Sea Breeze Uzbekistan” layihəsini ziyarət ediblər22.08.2026 - 08:40
Əcəmi Naxçıvani haqqında bədii-sənədli filmin çəkilişləri yekunlaşıb22.08.2026 - 08:30
Azərbaycan media nümayəndələri Özbəkistanın məşhur “Amirsoy” kurortunda22.08.2026 - 08:20
Əməkdar jurnalist vəfat edib22.08.2026 - 08:10
Xəzərdə zəlzələ olub22.08.2026 - 08:00
Azərbaycanlı musiqiçilər Balıkesirdə möhtəşəm konsert proqramı təqdim ediblər22.08.2026 - 07:50
Gənclər Kitabxanasında Nizami Gəncəvi irsi təqdim olunub22.08.2026 - 07:40
“DokuBaku” festivalında Meksika filmi də təqdim ediləcək22.08.2026 - 07:30
Ərzurumda Türk dünyasının aşıq sənətinə həsr olunan tədbir keçirilib22.08.2026 - 07:20
Valideynlərə XƏBƏRDARLIQ: Onların satış məntəqələrinə yönləndirilməsi yolverilməzdir22.08.2026 - 07:10
“Axıska türklərinə həsr olunan sərgi Azərbaycan və Türkiyənin həssas münasibətini göstərir” - Birol Akgün22.08.2026 - 07:00
Zamanın ölçülməsində YENİ KƏŞF – Dəqiqlik 10 dəfə artırılıb22.08.2026 - 06:40
Tibb kolleclərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Keçid balları dəyişdi22.08.2026 - 06:30
Bu günə olan hava proqnozu22.08.2026 - 06:20
Müəllimlərin DİQQƏTİNƏ: MİQ üzrə müsahibə tarixləri açıqlanıb22.08.2026 - 06:10
Günəşdə güclü partlayış 22.08.2026 - 06:00
Kompüter mühəndisliyində 179 ballıq FƏRQ - Universitetlərdə üzrə müqayisə21.08.2026 - 16:26
MİQ üzrə müsahibə tarixləri açıqlanıb21.08.2026 - 15:44
Tələbələr və gənclər arasında radikal dini meyllərin qarşısı necə alınmalıdır? – İlahiyyatçı AÇIQLADI21.08.2026 - 15:11
Bağlanan universitetin tələbələri ilə bağlı AÇIQLAMA21.08.2026 - 14:57
MÜTDA: Məktəbli formasına görə valideynlərin hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir21.08.2026 - 14:54
“Sadəcə bir şərhdir” deməyin – Mənfi rəylər psixologiyaya necə təsir edir? - Psixoloqdan açıqlama21.08.2026 - 11:00
AzTU tələbələrindən ABŞ-də böyük uğur - 6 medal və xüsusi mükafat21.08.2026 - 10:55
“Axıska türklərinin taleyi ağır deportasiya faciələrindən biridir” – Birol Akgün21.08.2026 - 10:50
Yeni tədris ili: Məktəbli formaları ilə bağlı valideynlərə MÜRACİƏT21.08.2026 - 10:45
Kəlbəcərin Dəvəgözü yataqlarında beynəlxalq tədqiqat21.08.2026 - 10:40
BDU-da 220 yerlik “Tələbə evi” istifadəyə verilib21.08.2026 - 10:35
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi işıq üzü görüb21.08.2026 - 10:30
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ – Elektron sənəd qəbulu uzadıldı21.08.2026 - 10:25
Bakıda Ahıska türklərinə həsr olunan “İtmiş sürgünün izində” sərgisi açılıb21.08.2026 - 10:20
BDU-nun həmtəşkilatçılığı ilə Qubada yay düşərgəsi təşkil olunub21.08.2026 - 10:15
MDU turizm mütəxəssislərinin hazırlanması üzrə fəaliyyətini genişləndirəcək21.08.2026 - 10:10
Məktəb direktoru olmaq istəyənlərə diqqət – Əsas şərtlər21.08.2026 - 10:00
Müəllimlərə ağ xalat tələbi – Yeni QAYDA21.08.2026 - 09:50
Uşaqlar sosial şəbəkələrdən nə qədər istifadə edir? – Sorğu nəticələri21.08.2026 - 09:40
İlham Əliyev Füzulidə Özbəkistanın inşa etdiyi məktəbdən danışdı21.08.2026 - 09:30
Özbəkistanda 176 azərbaycanlı təhsil alıb21.08.2026 - 09:20
Gələn il ən isti il ola bilər21.08.2026 - 09:10
Müsabiqədə elektron sənəd qəbulu müddəti uzadıldı21.08.2026 - 09:00
Sabaha olan hava proqnozu21.08.2026 - 08:05
MDU rektorundan abituriyentlərə müraciət21.08.2026 - 08:00
Alimlər Günəş tutulmasının insan beyninə təsirini araşdırdılar21.08.2026 - 07:25
Alimlər kainatın ən sürətli ulduzunu aşkarladılar21.08.2026 - 07:20
25 mindən çox abituriyent tələbə ola bilməyəcək21.08.2026 - 07:15
Şagirdlərin DİQQƏTİNƏ: Lisey və gimnaziyalara sənəd qəbulu başladı21.08.2026 - 07:10