Axıska türkləri Türk dünyasının ayrılmaz hissəsi və onların qardaşlarıdır. Axıska türklərinin yaşadığı faciənin və sürgün tarixinin Bakıda nümayiş etdirilməsi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətinin göstəricisidir.
“Tehsil365” “AZƏRTAC”a istinadən xəbər verir ki, bu fikirləri Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün söyləyib.
Səfir bildirib ki, sərginin Bakıda keçirilməsi Türk dünyasında ortaq tarixi yaddaşa və qardaş xalqlara sahib çıxmaq anlayışının daha bir nümunəsidir.
Birol Akgün Azərbaycan-Türkiyə münasibətlərində bu cür təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını söyləyib və bu sahədəki həmrəylikdən qürur duyduğunu vurğulayıb.

