Təhsil 365 - Logo Mobile

“DokuBaku” festivalında Meksika filmi də təqdim ediləcək

12722.08.2026 - 07:30
    “DokuBaku” festivalında Meksika filmi də təqdim ediləcək

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, Mədəniyyət attaşesi Aristeo González Guerrero, səfirliyin əməkdaşı Günel Hacıyeva və “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının (“DokuBaku” BSFF) komandası arasında görüş olub.

AKİ-dən “Tehsil365”ə bildirilib ki, görüş zamanı Azərbaycan və Meksika arasında kino, xüsusilə də sənədli film sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında mədəni mübadilənin gücləndirilməsi, yaradıcı və peşəkar əlaqələrin inkişaf etdirilməsi, eləcə də gələcəkdə birgə kino layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Söhbət zamanı meksikalı rejissor Roberto Ortizin “Mələklər” futbol komandası” (“Ángeles FC”) sənədli filmi bu il “Ulduz Sivilizasiyası” (“Stellar Civilization”) mövzusuna həsr olunan və oktyabrın 5-dən 11-dək Bakıda keçiriləcək X “DokuBaku” BSFF-in “DokuKids” bölməsinin proqramına seçilib.

Uşaqlar üçün nəzərdə tutulan “DokuKids” bölməsi sənədli kino vasitəsilə gənc tamaşaçıların dünyagörüşünü genişləndirməyi, onları müxtəlif mədəniyyətlər və həyat hekayələri ilə tanış etməyi qarşısına məqsəd qoyur. Layihə, eyni zamanda, fərqli baxış bucaqlarına açıq və tənqidi düşünən gənc nəslin yetişməsinə töhfə verməyi hədəfləyir.

Görüşdə, həmçinin rejissor Roberto Ortizin “DokuBaku” BSFF-də iştirakı və festival çərçivəsində Bakıya səfərinin təşkili ilə bağlı məsələlər müzakirə edilib. Bununla yanaşı, rejissorun iştirakı ilə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Meksikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə vörkşop və ustad dərsinin keçirilməsi imkanları nəzərdən keçirilib.

Görüş Azərbaycan və Meksika arasında kino sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və peşəkar əlaqələrin genişləndirilməsi, eləcə də iki ölkənin kino mədəniyyətləri arasında yeni əlaqələrin və əməkdaşlıq platformalarının yaradılması baxımından mühüm addım kimi qiymətləndirilib.

Görüşdən sonra qonaqlar AKİ-nin kinozalı ilə tanış olublar və ittifaqın fəaliyyəti barədə məlumat alıblar.

Amin Cavayev

Xəbər Lenti

Sabaha olan hava proqnozu22.08.2026 - 09:00
16 yaşlı şagird Günəş işığından istifadə etməklə havadan su əldə etdi22.08.2026 - 08:50
Azərbaycan jurnalistləri Özbəkistanda “Sea Breeze Uzbekistan” layihəsini ziyarət ediblər22.08.2026 - 08:40
Əcəmi Naxçıvani haqqında bədii-sənədli filmin çəkilişləri yekunlaşıb22.08.2026 - 08:30
Azərbaycan media nümayəndələri Özbəkistanın məşhur “Amirsoy” kurortunda22.08.2026 - 08:20
Əməkdar jurnalist vəfat edib22.08.2026 - 08:10
Xəzərdə zəlzələ olub22.08.2026 - 08:00
Azərbaycanlı musiqiçilər Balıkesirdə möhtəşəm konsert proqramı təqdim ediblər22.08.2026 - 07:50
Gənclər Kitabxanasında Nizami Gəncəvi irsi təqdim olunub22.08.2026 - 07:40
Ərzurumda Türk dünyasının aşıq sənətinə həsr olunan tədbir keçirilib22.08.2026 - 07:20
Valideynlərə XƏBƏRDARLIQ: Onların satış məntəqələrinə yönləndirilməsi yolverilməzdir22.08.2026 - 07:10
“Axıska türklərinə həsr olunan sərgi Azərbaycan və Türkiyənin həssas münasibətini göstərir” - Birol Akgün22.08.2026 - 07:00
“Bir yay, min xatirə” düşərgəsində yeni layihələr həyata keçirilir22.08.2026 - 06:50
Zamanın ölçülməsində YENİ KƏŞF – Dəqiqlik 10 dəfə artırılıb22.08.2026 - 06:40
Tibb kolleclərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Keçid balları dəyişdi22.08.2026 - 06:30
Bu günə olan hava proqnozu22.08.2026 - 06:20
Müəllimlərin DİQQƏTİNƏ: MİQ üzrə müsahibə tarixləri açıqlanıb22.08.2026 - 06:10
Günəşdə güclü partlayış 22.08.2026 - 06:00
Kompüter mühəndisliyində 179 ballıq FƏRQ - Universitetlərdə üzrə müqayisə21.08.2026 - 16:26
MİQ üzrə müsahibə tarixləri açıqlanıb21.08.2026 - 15:44
Tələbələr və gənclər arasında radikal dini meyllərin qarşısı necə alınmalıdır? – İlahiyyatçı AÇIQLADI21.08.2026 - 15:11
Bağlanan universitetin tələbələri ilə bağlı AÇIQLAMA21.08.2026 - 14:57
MÜTDA: Məktəbli formasına görə valideynlərin hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir21.08.2026 - 14:54
“Sadəcə bir şərhdir” deməyin – Mənfi rəylər psixologiyaya necə təsir edir? - Psixoloqdan açıqlama21.08.2026 - 11:00
AzTU tələbələrindən ABŞ-də böyük uğur - 6 medal və xüsusi mükafat21.08.2026 - 10:55
“Axıska türklərinin taleyi ağır deportasiya faciələrindən biridir” – Birol Akgün21.08.2026 - 10:50
Yeni tədris ili: Məktəbli formaları ilə bağlı valideynlərə MÜRACİƏT21.08.2026 - 10:45
Kəlbəcərin Dəvəgözü yataqlarında beynəlxalq tədqiqat21.08.2026 - 10:40
BDU-da 220 yerlik “Tələbə evi” istifadəyə verilib21.08.2026 - 10:35
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi işıq üzü görüb21.08.2026 - 10:30
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ – Elektron sənəd qəbulu uzadıldı21.08.2026 - 10:25
Bakıda Ahıska türklərinə həsr olunan “İtmiş sürgünün izində” sərgisi açılıb21.08.2026 - 10:20
BDU-nun həmtəşkilatçılığı ilə Qubada yay düşərgəsi təşkil olunub21.08.2026 - 10:15
MDU turizm mütəxəssislərinin hazırlanması üzrə fəaliyyətini genişləndirəcək21.08.2026 - 10:10
Məktəb direktoru olmaq istəyənlərə diqqət – Əsas şərtlər21.08.2026 - 10:00
Müəllimlərə ağ xalat tələbi – Yeni QAYDA21.08.2026 - 09:50
Uşaqlar sosial şəbəkələrdən nə qədər istifadə edir? – Sorğu nəticələri21.08.2026 - 09:40
İlham Əliyev Füzulidə Özbəkistanın inşa etdiyi məktəbdən danışdı21.08.2026 - 09:30
Özbəkistanda 176 azərbaycanlı təhsil alıb21.08.2026 - 09:20
Gələn il ən isti il ola bilər21.08.2026 - 09:10
Müsabiqədə elektron sənəd qəbulu müddəti uzadıldı21.08.2026 - 09:00
Sabaha olan hava proqnozu21.08.2026 - 08:05
MDU rektorundan abituriyentlərə müraciət21.08.2026 - 08:00
Alimlər Günəş tutulmasının insan beyninə təsirini araşdırdılar21.08.2026 - 07:25
Alimlər kainatın ən sürətli ulduzunu aşkarladılar21.08.2026 - 07:20
25 mindən çox abituriyent tələbə ola bilməyəcək21.08.2026 - 07:15
Şagirdlərin DİQQƏTİNƏ: Lisey və gimnaziyalara sənəd qəbulu başladı21.08.2026 - 07:10