Təhsil 365 - Logo Mobile

58 min abituriyent yenidən imtahan verəcək

15023.08.2026 - 06:10
    58 min abituriyent yenidən imtahan verəcək

Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Milli Muxtar Universitetində (UNAM) qəbul imtahanı ilə bağlı böyük qalmaqal yaşanıb.

“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, universitet bu il ilk dəfə onlayn formatda keçirdiyi qəbul imtahanının nəticələrində qeyri-adi artım aşkarlayıb.

Nəticələrdə əvvəlki illərlə müqayisədə yüksək bal toplayan namizədlərin sayının kəskin artması imtahanda saxtakarlıq edilməsi ilə bağlı şübhələr yaradıb.

Bu il UNAM-ın bakalavr proqramlarına qəbul imtahanında 158 712 namizəd iştirak edib. İmtahan zamanı namizədlərin davranışlarını izləmək üçün kamera, mikrofon və süni intellekt əsaslı nəzarət sistemlərindən istifadə olunub. Lakin nəticələrin açıqlanmasından sonra sistemin mümkün saxtakarlıqları tam müəyyən edə bilmədiyi barədə suallar yaranıb.

Məsələn, əvvəlki illərdə 120 suallıq imtahanda 100-dən çox suala düzgün cavab verənlərin sayı daha aşağı olub. 2025-ci ildə tibb ixtisasına qəbul imtahanında bu göstərici 9 faiz olduğu halda, 2026-cı ildə 29,3 faizə yüksəlib. Hüquq ixtisasında isə 100-dən çox düzgün cavab verənlərin payı 3,7 faizdən 19 faizə çatıb.

Universitet nəticələri araşdırmaq üçün xüsusi komissiya yaradıb və qəbul prosesini dayandırıb. Nəticədə təxminən 58 min namizədin imtahanı yenidən, bu dəfə əyani formada verməsi qərara alınıb.

Qalmaqalın əsas səbəblərindən biri kimi süni intellektdən istifadə ehtimalı göstərilir. Namizədlərin imtahan zamanı ChatGPT və digər süni intellekt alətlərindən, eləcə də ikinci cihazlardan istifadə etməsi ilə bağlı iddialar araşdırılır. 

UNAM-ın qərarı isə bir sıra abituriyentlərin narazılığına səbəb olub. İmtahan nəticələrinin ədalətli olduğunu düşünən bəzi namizədlər yenidən imtahan verməkdən imtina edərək universitet qarşısında etiraz aksiyaları keçiriblər.

Hadisə süni intellektin təhsildə yaratdığı yeni problemləri də gündəmə gətirib. Xüsusilə onlayn imtahanlarda texnologiyanın köçürmənin qarşısını almaq üçün kifayət edib-etmədiyi və AI əsaslı nəzarət sistemlərinin etibarlılığı müzakirə olunur.

Amin Cavayev

Xəbər Lenti

Sabiq nazirdən reaksiya - “Məktəbli formasında güzəşt olmamalıdır”12.10.2026 - 14:36
Namangan Dövlət Texniki Universitetinin nümayəndələri BMU-da12.10.2026 - 14:32
Şagird məktəbin ikinci mərtəbəsindən özünü atdı12.10.2026 - 14:30
DPİQ ilə “Boston Consulting Group” yeni əməkdaşlığa başlayır12.10.2026 - 14:19
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 14:07
Hikmət Quliyev: Dünyəvi təhsil demokratik dövlətçiliyin və müasir şəxsiyyətin formalaşmasının əsas şərtidir12.10.2026 - 14:00
TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı12.10.2026 - 13:46
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar12.10.2026 - 13:44
Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər12.10.2026 - 13:40
Tibb kolleclərində keçid balları kəskin azaldı - Ən çox enmə olan İXTİSASLAR12.10.2026 - 13:37
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək12.10.2026 - 13:35
Sabah 27 dərəcə isti olacaq12.10.2026 - 13:33
Ağsaqqallar Şurasından geyim qaydaları ilə bağlı BƏYANAT12.10.2026 - 13:31
Günəşdə güclü partlayışlar GÖZLƏNİLİR12.10.2026 - 13:28
İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub12.10.2026 - 13:26
1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb12.10.2026 - 13:24
Beynəlxalq olimpiadalara hazırlıq qrupları üçün seçim imtahanları keçirilib12.10.2026 - 13:18
Güclü külək gözlənilir12.10.2026 - 12:59
Məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb12.10.2026 - 12:55
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib12.10.2026 - 12:53
Yasamalda məktəbi yandırmağa cəhd etdilər12.10.2026 - 12:51
Zaur İbrahimli: Azərbaycanın dünyəvi dövlət modeli və təhsil sistemi hədəfə alınıb12.10.2026 - 12:48
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 12:39
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı 12.10.2026 - 12:38
Özge Gürel Bakıya gəlib12.10.2026 - 12:29
Məktəblərdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur12.10.2026 - 12:22
Direktor məktəb qaydalarını açıqladı12.10.2026 - 12:15
Yerdəyişməyə icazə verilib12.10.2026 - 12:10
"Peşə məktəbi məzunu kollec tələbəsindən daha asan iş tapır"12.10.2026 - 12:03
Rektordan tələbələlərə yeni təklif 12.10.2026 - 11:50
Sabir Rüstəmxanlı açiqlama verib12.10.2026 - 11:42
Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu12.10.2026 - 11:32
Birinçi sinfə gedən şagirdlərin sayında azalma baş verib12.10.2026 - 11:20
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub12.10.2026 - 10:00
Qadın hərbi kursantlarla görüş keçirilib12.10.2026 - 08:49
Sabah qısamüddətli yağış yağacaq12.10.2026 - 08:36
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”12.10.2026 - 08:30
NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib12.10.2026 - 08:08
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb12.10.2026 - 08:02
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb12.10.2026 - 07:56
Kambocanın Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib12.10.2026 - 07:51
Cəmilə Muradlı Avropa çempionu oldu12.10.2026 - 07:49
“Instagram”da problem yaranıb12.10.2026 - 07:05
Bakı Caz Festivalı başa çatdı11.10.2026 - 19:59
Şair Ayaz Vəfalı vəfat etdi11.10.2026 - 19:45
Kocaelidə türk gəncləri görüşdü11.10.2026 - 19:40
Teatrlar Nazirliyə verildi11.10.2026 - 19:28
Şəhidlər yad edildi11.10.2026 - 19:15