Təhsil 365 - Logo Mobile

23 avqust - Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür

14223.08.2026 - 07:30
    23 avqust - Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür

Dünya ictimaiyyəti hər il avqustun 23-də Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi və Bu Alverin Qadağan Edilməsi Gününü qeyd edir.

“Tehsil365” xəbər verir ki, bu tarix 1998-ci ildə UNESCO-nun İcraiyyə Şurasının 150-ci sessiyasının tövsiyəsi ilə təsis edilib. Həmin gün 1791-ci ildə San-Dominqo adasında (indiki Haiti və Dominikan Respublikası) baş vermiş və köləlik sisteminin ləğvi prosesinin başlanğıcını qoymuş qul üsyanının ildönümünə təsadüf edir. UNESCO Birləşmiş Millətlər Təşkilatına üzv dövlətləri bu tarixlə bağlı xatirə tədbirlərində iştirak etməyə çağırır.

III minilliyin əvvəllərində ABŞ-nin Ohayo ştatının hakimiyyət orqanları Qul Alveri Qurbanlarının Xatirəsi və Bu Alverin Qadağan Edilməsi Gününə həsr olunmuş köləlik tarixi muzeyinin açılışını keçiriblər. 2007-ci il avqustun 23-də Liverpulda əsasən transatlantik qul ticarətinə həsr olunmuş Beynəlxalq Köləlik Muzeyi açılıb. Seneqal sahillərində yerləşən və vaxtilə qul tacirləri üçün əsas tranzit məntəqələrindən biri olmuş Qore adasında isə hər il qul ticarətinin qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilir.

Köləlik insanın qul sahibinin mülkiyyəti hesab edildiyi ən qəddar istismar formasıdır. XIX əsrin sonlarınadək geniş yayılmış köləlik bəşər tarixinin misilsiz faciəsi və ən qaranlıq səhifələrindən biri hesab olunur. Ekspertlərə görə, XV–XIX əsrlər ərzində təxminən 13 milyon insan əsir götürülərək köləliyə satılıb.

Bu gün dünya ictimaiyyəti yalnız 1791-ci ildə baş vermiş tarixi hadisələri xatırlamır, həmçinin bütün dünyada qul ticarətinin və köləliyin aradan qaldırılması prosesinin başlanmasına töhfə vermiş insanların xatirəsini ehtiramla yad edir.

Köləlik ləğv edilsə və beynəlxalq səviyyədə pislənsə də, bu hal bu gün də yeni formalarda mövcuddur və milyonlarla insana təsir göstərir. BMT-nin məlumatına görə, hər il əsasən qadınlar və uşaqlar aldadılma və zorakılıq yolu ilə insan alverinin qurbanına çevrilir, “canlı əmtəə” kimi istismar olunurlar. İnsan alverindən əldə edilən illik gəlir isə 150 milyard dollar təşkil edir ki, bu da dünyada qanunsuz gəlirlərin ən böyük mənbələrindən biridir.

“Yeni qul ticarəti” müasir dövrün ən ciddi və genişmiqyaslı problemlərindən birinə çevrilib.

Bəzi ölkələr köləlikdən azad edilməyə həsr olunmuş milli bayramlar da qeyd edirlər. Məsələn, Yamaykada avqustun 1-i Emansipasiya Günü kimi qeyd olunur.


Amin Cavayev

Xəbər Lenti

Ekspert: “Bəzi məktəblərdə idman dərsləri üçün heç bir şərait yoxdur”23.08.2026 - 08:00
Direktor müavini olmaq istəyənlərin DİQQƏTİNƏ23.08.2026 - 07:40
Azərbaycanın turizm imkanları Kuala Lumpurda təqdim edilib23.08.2026 - 07:20
Bu gün meteohəssas insanlar üçün əlverişsiz hava olacaq23.08.2026 - 07:10
Sİ ilə bağlı narahatedici ehtimal: Hüquq tələb edə bilər23.08.2026 - 07:00
Süni intellekt müəllimləri əvəz edə bilərmi? 23.08.2026 - 06:50
Fiziki aktivlik riyazi düşüncəni gücləndirir23.08.2026 - 06:40
Təhsildə YENİ MODEL: 45 dəqiqəlik mühazirələrə son qoyulur23.08.2026 - 06:30
Şagirdlər süni intellektin səhvlərini öyrənəcəklər23.08.2026 - 06:20
58 min abituriyent yenidən imtahan verəcək 23.08.2026 - 06:10
Filoloq: “Az söz bilmək düşüncəni də kasadlaşdırır”23.08.2026 - 06:00
Azərbaycan karateçiləri İstanbulda beynəlxalq turnirdə iki gümüş medal qazanıblar23.08.2026 - 05:58
UNEC-də 2026/2027-cı tədris ili üçün Təkrar ali təhsilə sənəd qəbulu davam edir.23.08.2026 - 05:37
40 dərəcə isti, duman, külək...- Günün hava proqnozu23.08.2026 - 05:19
Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır23.08.2026 - 05:08
Tarixdə bu gün: AXC Azərbaycan vətəndaşlığı haqqında fərman imzaladı.23.08.2026 - 04:45
AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib23.08.2026 - 04:31
“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib23.08.2026 - 04:24
Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib23.08.2026 - 04:11
İxtisas seçimin nəticələri nə zaman açıqlanır? - Son 6 ildə belə olub…23.08.2026 - 04:02
Azərbaycan tarixinin ən böyük imperiyasının xəritəsi22.08.2026 - 15:07
BSU tələbəsi Çexiyada beynəlxalq yay məktəbində iştirak edib22.08.2026 - 10:00
BMU əməkdaşının elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub22.08.2026 - 09:50
Dövlət bağçalarında yer tapmaq niyə çətinləşib? - Ekspertdən açıqlama22.08.2026 - 09:40
Bu ölkədə uşaqlar itlərə kitab oxuyur22.08.2026 - 09:30
Ali təhsildən peşə təhsilinə keçid: Gənclərin seçimi dəyişir22.08.2026 - 09:20
XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı Türkiyədə başa çatıb22.08.2026 - 09:10
Sabaha olan hava proqnozu22.08.2026 - 09:00
16 yaşlı şagird Günəş işığından istifadə etməklə havadan su əldə etdi22.08.2026 - 08:50
Azərbaycan jurnalistləri Özbəkistanda “Sea Breeze Uzbekistan” layihəsini ziyarət ediblər22.08.2026 - 08:40
Əcəmi Naxçıvani haqqında bədii-sənədli filmin çəkilişləri yekunlaşıb22.08.2026 - 08:30
Azərbaycan media nümayəndələri Özbəkistanın məşhur “Amirsoy” kurortunda22.08.2026 - 08:20
Əməkdar jurnalist vəfat edib22.08.2026 - 08:10
Xəzərdə zəlzələ olub22.08.2026 - 08:00
Azərbaycanlı musiqiçilər Balıkesirdə möhtəşəm konsert proqramı təqdim ediblər22.08.2026 - 07:50
Gənclər Kitabxanasında Nizami Gəncəvi irsi təqdim olunub22.08.2026 - 07:40
“DokuBaku” festivalında Meksika filmi də təqdim ediləcək22.08.2026 - 07:30
Ərzurumda Türk dünyasının aşıq sənətinə həsr olunan tədbir keçirilib22.08.2026 - 07:20
Valideynlərə XƏBƏRDARLIQ: Onların satış məntəqələrinə yönləndirilməsi yolverilməzdir22.08.2026 - 07:10
“Axıska türklərinə həsr olunan sərgi Azərbaycan və Türkiyənin həssas münasibətini göstərir” - Birol Akgün22.08.2026 - 07:00
“Bir yay, min xatirə” düşərgəsində yeni layihələr həyata keçirilir22.08.2026 - 06:50
Zamanın ölçülməsində YENİ KƏŞF – Dəqiqlik 10 dəfə artırılıb22.08.2026 - 06:40
Tibb kolleclərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Keçid balları dəyişdi22.08.2026 - 06:30
Bu günə olan hava proqnozu22.08.2026 - 06:20
Müəllimlərin DİQQƏTİNƏ: MİQ üzrə müsahibə tarixləri açıqlanıb22.08.2026 - 06:10
Günəşdə güclü partlayış 22.08.2026 - 06:00
Kompüter mühəndisliyində 179 ballıq FƏRQ - Universitetlərdə üzrə müqayisə21.08.2026 - 16:26