Təhsil 365 - Logo Mobile

Ekspert: “Bəzi məktəblərdə idman dərsləri üçün heç bir şərait yoxdur”

15723.08.2026 - 08:00
    Ekspert: “Bəzi məktəblərdə idman dərsləri üçün heç bir şərait yoxdur”

“Bəzi məktəblərdə idman dərslərinin keçirilməsi üçün şərait belə yoxdur. Hətta bu hal Abşeron yarımadasında yerləşən məktəblərdə də müşahidə olunur”.

Bu sözləri “Tehsil365”ə açıqlamasında İdman eksperti Kənan Məstəliyev bildirib.

Ekspert bildirib ki, region məktəblərində idman dərsləri üçün şərait yoxdur.

“Bəzilərində idman meydançasının yerində sökülərək bina tikilib, bəzilərində isə başqa bir qurğular var. Regionlarda isə, ümumiyyətlə, idman dərslərinin keçirilməsi üçün demək olar ki, heç bir şərait yoxdur. Və bu ölkədə şagirdlərimizin, yeniyetmə gənc nəslimizin təhsil almaqla yanaşı, həm də yaxşı fiziki hazırlıq əldə etməsinə mane olur. Bizə elə gələ bilər ki, məktəb sadəcə dərs oxumaq üçündür, amma elə deyil. Çünki istənilən şəxsin hər hansı bir işi görmək üçün və dərs oxuması üçün sağlamlığında problem olmamalıdır. Sağlamlıqda problem olduqca fikir ora yönəlir, təhsil almaq fikri isə ikinci plana keçir və öz dərslərinə köklənə bilmir”.

Onun sözlərinə görə, məktəblərdə idman dərslərinə xüsusi diqqət yetirilməlidir.

“İdman dərsləri, fiziki hazırlıq dərsləri şagirdlərimizin daha yaxşı təhsil alması üçün çox vacib bir faktordur. Həmçinin, gələcəkdə, məktəbdən sonrakı dövrlərdə də sağlam bədən olması, sağlam həyat yaşaya bilməsi və sağlam bir vətəndaş olması üçün xüsusi əhəmiyyət daşıyır. Çünki məktəb 11 il çəkən bir prosesdir və bu müddət ərzində hər hansı bir insan bu qədər müddəti idmansız, öz sağlamlığına fikir vermədən keçirsə, sonrakı illərdə bu çox böyük fəsadlara gətirib çıxara bilər. Ona görə də məktəblərdə idman dərslərinə, fiziki hazırlıq dərslərinə xüsusi diqqət yetirilməlidir”.

Ekspert vurğulayıb ki, məktəblərdə idman dərslərinə “barmaqarası” yanaşılır.

“Avadanlıqlar, infrastruktur elə bir səviyyədə olmalıdır ki, hətta şagirdlər məktəbdə keçirilən dərslərə əlavə olaraq orda qalmaq və məşğul olmaq istəsinlər. Bunun təmin edilməsi çox vacibdir. Çünki bu Azərbaycanın gələcəyinin təminin vacib faktorlarından biridir. Məktəblərdə idman dərslərinin keçirilməsi çox vacib bir məsələdir və mən düşünürəm ki, bu məsələyə çox böyük diqqət yetirilməlidir. Hər hansı bir idman infrastrukturunun və avadanlığının çatışmazlığına yol verilməməlidir və idman dərslərinə diqqət yetirilməlidir. Daha bir problem ondan ibarətdir ki, ümumiyyətlə, məktəblərdə idman dərslərinə barmaqarası yanaşılır, onlara sanki əlavə dərs kimi münasibət göstərilir, bəzən keçirilmir. Bu məsələyə diqqət yetirilməli və həllinin vacib olduğu anlaşılmalıdır”.

Amin Cavayev

Xəbər Lenti

Özünü məktəb binasından atan şagirdin son vəziyyəti13.10.2026 - 04:30
Son 4 ildə 560-dan çox qız xüsusi təhsil təqaüdü əldə edib13.10.2026 - 04:20
“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”13.10.2026 - 04:10
“Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur”13.10.2026 - 04:00
Əli Ələkbərov: “Təhsil müəssisələri münaqişə meydanına çevrilməməlidir”12.10.2026 - 21:14
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı12.10.2026 - 19:35
Kifayət Ağayeva: “Müasir əmək bazarında diplomla yanaşı praktiki bacarıqlar da vacibdir”12.10.2026 - 17:57
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 309 namizəd iştirak edəcək12.10.2026 - 17:51
DİM-də buraxılış və qəbul imtahanlarının proqramları müzakirə olunub12.10.2026 - 17:43
İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsili üçün elektron müraciət başlayıb12.10.2026 - 17:42
Azərbaycanda müəllimlərin sayı bəlli oldu12.10.2026 - 17:36
Azərbaycan Kulinariyası Adana Ləzzət festivalında təqdim olundu12.10.2026 - 17:28
Kəlbəcərin zəngin mədəni irsi Xudavəng monastrı12.10.2026 - 17:15
Vahid geyim qaydaları təhsil mühitində vahid yanaşmanı təsdiq edir12.10.2026 - 17:05
Bakıda “ÇayFest” Festivalı keçirilir12.10.2026 - 17:00
Professor Adil Qeybulla həkim: "Müalicə yalnız həkimə məxsusdur,həkim müalicə təyin etməlidir"12.10.2026 - 16:09
Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub12.10.2026 - 15:42
Prezident təqaüdçülərinə görə lider universitetlər12.10.2026 - 15:39
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq12.10.2026 - 15:35
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”12.10.2026 - 15:32
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb12.10.2026 - 15:30
Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı12.10.2026 - 15:27
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib12.10.2026 - 15:20
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb12.10.2026 - 15:14
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb12.10.2026 - 15:12
Sabiq nazirdən reaksiya - “Məktəbli formasında güzəşt olmamalıdır”12.10.2026 - 14:36
Namangan Dövlət Texniki Universitetinin nümayəndələri BMU-da12.10.2026 - 14:32
Şagird məktəbin ikinci mərtəbəsindən özünü atdı12.10.2026 - 14:30
DPİQ ilə “Boston Consulting Group” yeni əməkdaşlığa başlayır12.10.2026 - 14:19
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 14:07
Hikmət Quliyev: Dünyəvi təhsil demokratik dövlətçiliyin və müasir şəxsiyyətin formalaşmasının əsas şərtidir12.10.2026 - 14:00
TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı12.10.2026 - 13:46
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar12.10.2026 - 13:44
Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər12.10.2026 - 13:40
Tibb kolleclərində keçid balları kəskin azaldı - Ən çox enmə olan İXTİSASLAR12.10.2026 - 13:37
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək12.10.2026 - 13:35
Sabah 27 dərəcə isti olacaq12.10.2026 - 13:33
Ağsaqqallar Şurasından geyim qaydaları ilə bağlı BƏYANAT12.10.2026 - 13:31
Günəşdə güclü partlayışlar GÖZLƏNİLİR12.10.2026 - 13:28
İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub12.10.2026 - 13:26
1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb12.10.2026 - 13:24
Beynəlxalq olimpiadalara hazırlıq qrupları üçün seçim imtahanları keçirilib12.10.2026 - 13:18
Güclü külək gözlənilir12.10.2026 - 12:59
Məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb12.10.2026 - 12:55
Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib12.10.2026 - 12:53
Yasamalda məktəbi yandırmağa cəhd etdilər12.10.2026 - 12:51
Zaur İbrahimli: Azərbaycanın dünyəvi dövlət modeli və təhsil sistemi hədəfə alınıb12.10.2026 - 12:48
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub12.10.2026 - 12:39