Təhsil 365 - Logo Mobile

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

13424.08.2026 - 04:02
Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib.

“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, layihə regionlarda mədəni həyatın inkişafına töhfə vermək, kəndlərdə yaşayan əhali üçün mədəni xidmətlərin əlçatanlığını artırmaq, kənd mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq və kənd sakinlərinin asudə vaxtının səmərəli təşkilini təmin etmək məqsədi daşıyır. Mil-Muğan regionunun kənd və qəsəbələrini əhatə edən layihə çərçivəsində konsert proqramları və müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, ustad dərslərinin keçirilməsi, səyyar kitabxana xidmətlərinin göstərilməsi, kitab sərgiləri və təqdimatların təşkil edilməsi, kino nümayişlərinin həyata keçirilməsi, eləcə də yerli sənətkarların yaradıcılığının təqdim olunması nəzərdə tutulur.

Layihənin ilk tədbirləri uğurla keçirilib. Belə ki, layihə çərçivəsində avqustun 21-də Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaralar kənd Folklor evində konsert proqramı təqdim olunub. Proqramda rəngarəng musiqi nömrələri səsləndirilib, məktəblilər tərəfindən şeirlər oxunub.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Əhmədabad kənd Folklor evinin “Axısxa” türk halay rəqs qrupunun çıxışları da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Layihənin daha bir konsert proqramı Beyləqan rayonunun Birinci Şahsevən kəndində təşkil olunub. Kənd Diyarşünaslıq evində keçirilən konsertdə Beyləqan rayon Mədəniyyət Mərkəzi və Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin kollektivləri tərəfindən musiqi və rəqs nömrələri ifa olunub. Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Sandıq” milli geyimlər studiyasında hazırlanmış milli geyim nümunələrinin nümayişi keçirilib.

Tədbir iştirakçıları Diyarşünaslıq evində fəaliyyət göstərən musiqi və idman dərnəkləri ilə də tanış olublar. “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi çərçivəsində avqustun 20-də İmişli rayon Mədəniyyət Mərkəzinin Qaralar kənd klubunda “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Eviniz abad” tammetrajlı bədii filmi (2018) nümayiş etdirilib. Mədəniyyət mərkəzinin direktoru Daşqın İsmayılov nümayişdən əvvəl layihənin məqsədi və filmin məzmunu haqqında iştirakçılara məlumat verib.

Film müharibə nəticəsində torpaqlarını, doğmalarını və evlərini itirmiş iki gəncin – azərbaycanlı Qafar və gürcü qızı Leylanın təsirli sevgi hekayəsindən bəhs edir.

Avqustun 22-də Saatlı rayon Mədəniyyət Mərkəzinin Hacıqasımlı kənd Diyarşünaslıq klubunda “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Üçüncü günün adamı” bədii filmi nümayiş etdirilib.

Mədəniyyət mərkəzinin direktoru Bəylər Əliyev nümayişdən əvvəl çıxış edərək layihənin məqsədi və filmin məzmunu barədə tamaşaçılara məlumat verib. 2017-ci ildə çəkilmiş film azadlığa çıxdıqdan sonra valideynlərinin vəfat etdiyini və doğma yurdunun işğal altında olduğunu öyrənən baş qəhrəman Sadiqin dramatik hekayəsindən bəhs edir.

“Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsi növbəti həftələrdə də davam edəcək.

Nuray Babayeva

Xəbər Lenti

Tarixdə bu gün: Ruslar Bərdə şəhərini ələ keçirdilər24.08.2026 - 05:58
Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat BAŞLAYIR24.08.2026 - 05:47
AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq24.08.2026 - 05:37
Qanun bu şəxslərin müəllim işləməsini QADAĞAN edir24.08.2026 - 05:28
Süni intellekt bitkilərə immunitet qazandıracaq24.08.2026 - 05:19
Günün havası - 40 dərəcə isti...24.08.2026 - 05:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar24.08.2026 - 04:48
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub24.08.2026 - 04:39
BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır24.08.2026 - 04:25
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib24.08.2026 - 04:13
Agentliyin direktoru vətəndaşları qəbul edib23.08.2026 - 15:35
İxtisas seçiminin nəticələri bu gün açıqlanacaq? - DİM-dən AÇIQLAMA23.08.2026 - 15:17
45 dəqiqəlik mühazirələrə son: təhsildə yeni Stenford modeli23.08.2026 - 15:12
Ekspert: “Bəzi məktəblərdə idman dərsləri üçün heç bir şərait yoxdur”23.08.2026 - 08:00
Direktor müavini olmaq istəyənlərin DİQQƏTİNƏ23.08.2026 - 07:40
23 avqust - Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür23.08.2026 - 07:30
Azərbaycanın turizm imkanları Kuala Lumpurda təqdim edilib23.08.2026 - 07:20
Bu gün meteohəssas insanlar üçün əlverişsiz hava olacaq23.08.2026 - 07:10
Sİ ilə bağlı narahatedici ehtimal: Hüquq tələb edə bilər23.08.2026 - 07:00
Süni intellekt müəllimləri əvəz edə bilərmi? 23.08.2026 - 06:50
Fiziki aktivlik riyazi düşüncəni gücləndirir23.08.2026 - 06:40
Təhsildə YENİ MODEL: 45 dəqiqəlik mühazirələrə son qoyulur23.08.2026 - 06:30
Şagirdlər süni intellektin səhvlərini öyrənəcəklər23.08.2026 - 06:20
58 min abituriyent yenidən imtahan verəcək 23.08.2026 - 06:10
Filoloq: “Az söz bilmək düşüncəni də kasadlaşdırır”23.08.2026 - 06:00
Azərbaycan karateçiləri İstanbulda beynəlxalq turnirdə iki gümüş medal qazanıblar23.08.2026 - 05:58
UNEC-də 2026/2027-cı tədris ili üçün Təkrar ali təhsilə sənəd qəbulu davam edir.23.08.2026 - 05:37
40 dərəcə isti, duman, külək...- Günün hava proqnozu23.08.2026 - 05:19
Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır23.08.2026 - 05:08
Tarixdə bu gün: AXC Azərbaycan vətəndaşlığı haqqında fərman imzaladı.23.08.2026 - 04:45
AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib23.08.2026 - 04:31
“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib23.08.2026 - 04:24
Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib23.08.2026 - 04:11
İxtisas seçimin nəticələri nə zaman açıqlanır? - Son 6 ildə belə olub…23.08.2026 - 04:02
Azərbaycan tarixinin ən böyük imperiyasının xəritəsi22.08.2026 - 15:07
BSU tələbəsi Çexiyada beynəlxalq yay məktəbində iştirak edib22.08.2026 - 10:00
BMU əməkdaşının elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub22.08.2026 - 09:50
Dövlət bağçalarında yer tapmaq niyə çətinləşib? - Ekspertdən açıqlama22.08.2026 - 09:40
Bu ölkədə uşaqlar itlərə kitab oxuyur22.08.2026 - 09:30
Ali təhsildən peşə təhsilinə keçid: Gənclərin seçimi dəyişir22.08.2026 - 09:20
XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı Türkiyədə başa çatıb22.08.2026 - 09:10
Sabaha olan hava proqnozu22.08.2026 - 09:00
16 yaşlı şagird Günəş işığından istifadə etməklə havadan su əldə etdi22.08.2026 - 08:50
Azərbaycan jurnalistləri Özbəkistanda “Sea Breeze Uzbekistan” layihəsini ziyarət ediblər22.08.2026 - 08:40
Əcəmi Naxçıvani haqqında bədii-sənədli filmin çəkilişləri yekunlaşıb22.08.2026 - 08:30
Azərbaycan media nümayəndələri Özbəkistanın məşhur “Amirsoy” kurortunda22.08.2026 - 08:20
Əməkdar jurnalist vəfat edib22.08.2026 - 08:10