Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə "Oxunguzar" incəsənət məkanında olublar.
“Tehsil365” Report-a istinadən xəbər verir ki, incəsənət məkanında keramika, tikiş, zərgərlik məmulatları, həmçinin ağac üzərində oyma nümunələrinin nümayiş olunduğu sərgilər təşkil edilir.
Burada, eyni zamanda, müxtəlif görüşlər, mühazirələr və maarifləndirici tədbirlər keçirilir.

