Azərbaycan elminə ağır itki üz verib.
“Tehsil365” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, professor Ayvaz Xələfli vəfat edib.
O, yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Xələfli Ayvaz Ali oğlu 1942-ci ildə Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Cil kəndində anadan olub.

