Təhsil 365 - Logo Mobile

Kolleclərdə illik təhsil haqları açıqlandı - Abituriyentlərin DİQQƏTİNƏ

14524.08.2026 - 09:05
    Kolleclərdə illik təhsil haqları açıqlandı - Abituriyentlərin DİQQƏTİNƏ

2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində bir sıra ixtisasların illik təhsil haqları məlum olub.

“Tehsil365” xəbər verir ki, ən aşağı illik təhsil haqları əsasən regionlarda yerləşən kolleclərdə 600-800 manat civarındadır.

Bakıda fəaliyyət göstərən bəzi özəl kolleclərdə isə illik təhsil haqqı 2 300 manata qədər yüksəlir.

Bakı və region kolleclərində illik təhsil haqları ilə bağlı əsas göstəricilər belədir:

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci:

Bank işi və maliyyə işi üzrə təhsil haqqı 1100-1200manat, mühasibat uçotu üzrə 1000-1200 manat, vergi işi üzrə 1000-1100 manat, sosial iş üzrə isə 900-1100 manatdır. Ailə və ev təsərrüfatı və kitabxana işi 1100, ətraf mühitin mühafizəsi və bərpası, eləcə də turizm işinin təşkili ixtisasları1200 manatdır.

UNEC-in nəzdində Qida Sənayesi Kolleci:

Marketinq, çörək və unlu qənnadı, ət və ət məhsulları, ətraf mühit, istehlak mallarının ekspertizası, konservləşdirilmə, qida məhsullarının təhlükəsizliyi, şərabçılıq, iaşə, mehmanxana təsərrüfatı və turizm kimi ixtisaslar üzrə dövlət sifarişi ilə yanaşı 1000 manatlıq ödənişli yerlər də var.

UNEC-in nəzdində Sosial-İqtisadi Kollec:

Kargüzarlıq və arxiv işi, bank, maliyyə, mühasibat, vergi, kompüter sistemlərində proqram təminatı və sosial iş ixtisaslarında dövlət sifarişi ilə yanaşı 900-1100 manat arasında ödənişli təhsil imkanları təqdim olunur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci:

Burada müxtəlif texniki, İT, telekommunikasiya, turizm, dizayn və zərgərlik ixtisasları üzrə illik təhsil haqqı 1000-1200 manat təşkil edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci:

Ailə və ev təsərrüfatı, inklüziv təhsil, ətraf mühit, kompüter şəbəkələri, sosial iş, turizm, dekorativ-tətbiqi sənət və rəngkarlıq daxil olmaqla müxtəlif ixtisaslar üzrə ödənişli təhsil haqqı 1000-1100manatdır.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci:

Marketinq, telekommunikasiya, kompüter sistemləri və şəbəkələri, mobil şəbəkə, nəqliyyat, logistika, poçt rabitəsi və digər ixtisaslarda ödənişli təhsil haqqı 1200-1300 manatdır.

Tibb kollecləri:

1 və 2 nömrəli Bakı tibb kolleclərində, eləcə də Gəncə, Naxçıvan, Sumqayıt, Quba, Mingəçevir, Şəki, Lənkəran, Saatlı və Cəlilabad tibb kolleclərində əsasən əczaçılıq, mamalıq, tibb bacısı, laboratoriya diaqnostikası və digər ixtisaslar üzrə dövlət sifarişi yerləri mövcuddur. Ödənişli təhsil haqları isə əsasən 900-1200 manat arasında dəyişir.

Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci:

Elektrik təchizatı, gəmi energetik qurğuları, gəmi sürücülüyü və gəmilərin təmiri ixtisaslarında ödənişli təhsil haqqı 1200 manatdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci:

Əksər ixtisaslar üzrə illik təhsil haqqı 1000 manat, dizayn (interyer dizaynı) üzrə isə 1100 manat müəyyənləşib. 

Region kolleclərində təhsil haqları daha aşağıdır:

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə ödənişli təhsil haqları 600-800 manat, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 600-800 manat, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 600-800 manat, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 700-800 manat, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində 700-800 manat təşkil edir.

Ağcabədi Pedaqoji Kollecində bir sıra ixtisaslar üzrə illik təhsil haqqı 700-800 manat, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 700-900manat, Masallı Dövlət Regional Kollecində 800-900 manat, Ağdaş Dövlət Humanitar Kollecində 900 manat, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində isə 900 manatdır.

Şəki Dövlət Regional Kollecində müəyyən ixtisaslar üzrə təhsil haqqı 800 manat, Şuşa Humanitar Kollecində 800 manat, Ağdam Dövlət Sosial-İqtisadi Kollecində 1000 manat, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində 800-900 manat, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə isə 900-1100 manatdır.
Mingəçevir Turizm Kollecində ödənişli təhsil haqları900-1100 manat, Sumqayıt Dövlət Texniki Kollecində 1000-1100 manat, Sumqayıt Musiqi Kollecində 700 manat, Naxçıvan Dövlət Texniki Kollecində isə 850 manatdır.

Özəl kolleclərdə təhsil haqları daha yüksəkdir:

Özəl orta ixtisas təhsili müəssisələri arasında ən yüksək illik təhsil haqlarından biri Qərbi Kaspi Kollecindədir. Burada müxtəlif ixtisaslar üzrə illik ödəniş 2100-2300 manat təşkil edir.

Bakı Biznes və Kooperasiya Kollecində təhsil haqqı 1200-1300 manat, Odlar Yurdu Kollecində 1500manat, Bakı Avrasiya Kollecində isə 1200-1500 manatdır.

Beləliklə, təqdim olunan məlumatlar əsasında orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilin illik qiyməti 600 manatdan başlayaraq 2300 manatadək dəyişir. Bununla yanaşı, bir çox kollecdə ixtisaslar üzrə dövlət sifarişi yerləri də nəzərdə tutulub və həmin yerlərdə tələbələr təhsil haqqı ödəmirlər.

Amin Cavayev

Xəbər Lenti

BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda24.08.2026 - 10:55
Buxarada tarixi “Ark” qalası ziyarət olunub24.08.2026 - 10:50
Kolleclərdə keçid balları AÇIQLANDI – Bəzi ixtisaslarda 40 bal24.08.2026 - 10:45
9 olimpiada qalibi Dövlət Proqramının iştirakçısı oldu24.08.2026 - 10:40
Məktəbdə hansı davranışlar polisə müraciətə səbəb ola bilər? – QAYDA24.08.2026 - 10:35
Azərbaycan və Özbəkistan arasında tarixi sənəd imzalandı24.08.2026 - 10:30
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq24.08.2026 - 10:25
Magistraturada boş qalan yerlər üçün qəbul başladı24.08.2026 - 10:20
Sertifikasiya müsahibəsində düşəcək mövzular24.08.2026 - 10:15
Kolleclərə ixtisas seçimi bu tarixdə başlayır24.08.2026 - 10:10
İlham Əliyev və Mehriban Əliyeva Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar24.08.2026 - 10:05
Abituriyentlərin DİQQƏTİNƏ – İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?24.08.2026 - 10:00
Taksi sürücüləri üçün imtahana qeydiyyat BAŞLADI24.08.2026 - 09:55
Sabaha olan hava proqnozu24.08.2026 - 09:50
Lənkəran-Astara RTİ-dən İŞ ELANI24.08.2026 - 09:45
İlham Əliyev və Mehriban Əliyeva Buxaraya səfər ediblər24.08.2026 - 09:40
Günəşdə bir həftəsonunda 9 partlayış qeydə alındı24.08.2026 - 09:35
Qazax-Tovuz RTİ-də iş imkanı - Müsabiqə elan edilir24.08.2026 - 09:30
Niderlandda məktəb avtobusu qəza törətdi24.08.2026 - 09:25
Şəki-Zaqatala RTİ işə qəbul üzrə müsabiqə elan edir24.08.2026 - 09:20
Vətəndaşların DİQQƏTİNƏ: Nazir avqust ayında qəbul keçirəcək24.08.2026 - 09:15
Mayottada məktəblərin 40%-i dağılıb24.08.2026 - 09:10
Surxay Ərəbli: “Bu torpağın hər qarışında bir tarix var…” 24.08.2026 - 09:02
Uşaqlar telefon istifadə edərkən DİQQƏT – Ən həssas yaşlar24.08.2026 - 09:00
Azərbaycan elminə ağır itki üz verib24.08.2026 - 08:48
Tarixdə bu gün: Ruslar Bərdə şəhərini ələ keçirdilər24.08.2026 - 05:58
Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat BAŞLAYIR24.08.2026 - 05:47
AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq24.08.2026 - 05:37
Qanun bu şəxslərin müəllim işləməsini QADAĞAN edir24.08.2026 - 05:28
Süni intellekt bitkilərə immunitet qazandıracaq24.08.2026 - 05:19
Günün havası - 40 dərəcə isti...24.08.2026 - 05:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar24.08.2026 - 04:48
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub24.08.2026 - 04:39
BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır24.08.2026 - 04:25
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib24.08.2026 - 04:13
Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib24.08.2026 - 04:02
Agentliyin direktoru vətəndaşları qəbul edib23.08.2026 - 15:35
İxtisas seçiminin nəticələri bu gün açıqlanacaq? - DİM-dən AÇIQLAMA23.08.2026 - 15:17
45 dəqiqəlik mühazirələrə son: təhsildə yeni Stenford modeli23.08.2026 - 15:12
Ekspert: “Bəzi məktəblərdə idman dərsləri üçün heç bir şərait yoxdur”23.08.2026 - 08:00
Direktor müavini olmaq istəyənlərin DİQQƏTİNƏ23.08.2026 - 07:40
23 avqust - Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür23.08.2026 - 07:30
Azərbaycanın turizm imkanları Kuala Lumpurda təqdim edilib23.08.2026 - 07:20
Bu gün meteohəssas insanlar üçün əlverişsiz hava olacaq23.08.2026 - 07:10
Sİ ilə bağlı narahatedici ehtimal: Hüquq tələb edə bilər23.08.2026 - 07:00
Süni intellekt müəllimləri əvəz edə bilərmi? 23.08.2026 - 06:50
Fiziki aktivlik riyazi düşüncəni gücləndirir23.08.2026 - 06:40