Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu açıqlanıb.
“Tehsil365” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev sentyabr ayının 18-də vətəndaş qəbulu keçirəcək.
Müəyyən edilmiş görüş Yardımlı şəhərində baş tutacaq. Qəbul Yardımlı, Masallı və Cəlilabad sakinlərini əhatə edəcək.
Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

