Son günlər ali məktəbə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyentlərin ən çox gözlədiyi məqam müsabiqənin nəticələrinin açıqlanmasıdır. İxtisas seçimi avqustun 19-da başa çatdıqdan sonra minlərlə abituriyent nəticələrin nə vaxt elan olunacağını səbirsizliklə gözləyir.
“Tehsil365” xəbər verir ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda nəticələrin məhz bu gün açıqlanacağı ilə bağlı iddialar da yayılıb. Yerləşdirmə prosesi başa çatdıqdan dərhal sonra nəticələr elan olunacaq.
Qeyd edək ki, bu il ümumilikdə 87 139 abituriyent ixtisas seçimində iştirak edib.

