Təhsil 365 - Logo Mobile

Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq

14024.08.2026 - 10:25
    Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb.

“Tehsil365” həmin nekroloqu təqdim edir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqust 2026-cı il tarixində, ömrünün 96-cı ilində vəfat edib.

Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas - 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.

Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.

Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Hümayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.

Professor Tofiq Bakıxanov, eyni zamanda, yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.

Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.

Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi".

Amin Cavayev

Xəbər Lenti

Bu il 44 min uşaq bağçalara qəbul olunub24.08.2026 - 15:25
İxtisas seçiminin nəticələri AÇIQLANDI24.08.2026 - 15:20
Ekspert: “Məktəblərdə hərbi dərslərin daha erkən keçirilməsinə ehtiyac yoxdur”24.08.2026 - 11:00
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda24.08.2026 - 10:55
Buxarada tarixi “Ark” qalası ziyarət olunub24.08.2026 - 10:50
Kolleclərdə keçid balları AÇIQLANDI – Bəzi ixtisaslarda 40 bal24.08.2026 - 10:45
9 olimpiada qalibi Dövlət Proqramının iştirakçısı oldu24.08.2026 - 10:40
Məktəbdə hansı davranışlar polisə müraciətə səbəb ola bilər? – QAYDA24.08.2026 - 10:35
Azərbaycan və Özbəkistan arasında tarixi sənəd imzalandı24.08.2026 - 10:30
Magistraturada boş qalan yerlər üçün qəbul başladı24.08.2026 - 10:20
Sertifikasiya müsahibəsində düşəcək mövzular24.08.2026 - 10:15
Kolleclərə ixtisas seçimi bu tarixdə başlayır24.08.2026 - 10:10
İlham Əliyev və Mehriban Əliyeva Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar24.08.2026 - 10:05
Abituriyentlərin DİQQƏTİNƏ – İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?24.08.2026 - 10:00
Taksi sürücüləri üçün imtahana qeydiyyat BAŞLADI24.08.2026 - 09:55
Sabaha olan hava proqnozu24.08.2026 - 09:50
Lənkəran-Astara RTİ-dən İŞ ELANI24.08.2026 - 09:45
İlham Əliyev və Mehriban Əliyeva Buxaraya səfər ediblər24.08.2026 - 09:40
Günəşdə bir həftəsonunda 9 partlayış qeydə alındı24.08.2026 - 09:35
Qazax-Tovuz RTİ-də iş imkanı - Müsabiqə elan edilir24.08.2026 - 09:30
Niderlandda məktəb avtobusu qəza törətdi24.08.2026 - 09:25
Şəki-Zaqatala RTİ işə qəbul üzrə müsabiqə elan edir24.08.2026 - 09:20
Vətəndaşların DİQQƏTİNƏ: Nazir avqust ayında qəbul keçirəcək24.08.2026 - 09:15
Mayottada məktəblərin 40%-i dağılıb24.08.2026 - 09:10
Kolleclərdə illik təhsil haqları açıqlandı - Abituriyentlərin DİQQƏTİNƏ24.08.2026 - 09:05
Surxay Ərəbli: “Bu torpağın hər qarışında bir tarix var…” 24.08.2026 - 09:02
Uşaqlar telefon istifadə edərkən DİQQƏT – Ən həssas yaşlar24.08.2026 - 09:00
Azərbaycan elminə ağır itki üz verib24.08.2026 - 08:48
Tarixdə bu gün: Ruslar Bərdə şəhərini ələ keçirdilər24.08.2026 - 05:58
Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat BAŞLAYIR24.08.2026 - 05:47
AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq24.08.2026 - 05:37
Qanun bu şəxslərin müəllim işləməsini QADAĞAN edir24.08.2026 - 05:28
Süni intellekt bitkilərə immunitet qazandıracaq24.08.2026 - 05:19
Günün havası - 40 dərəcə isti...24.08.2026 - 05:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar24.08.2026 - 04:48
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub24.08.2026 - 04:39
BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır24.08.2026 - 04:25
Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib24.08.2026 - 04:13
Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib24.08.2026 - 04:02
Agentliyin direktoru vətəndaşları qəbul edib23.08.2026 - 15:35
İxtisas seçiminin nəticələri bu gün açıqlanacaq? - DİM-dən AÇIQLAMA23.08.2026 - 15:17
45 dəqiqəlik mühazirələrə son: təhsildə yeni Stenford modeli23.08.2026 - 15:12
Ekspert: “Bəzi məktəblərdə idman dərsləri üçün heç bir şərait yoxdur”23.08.2026 - 08:00
Direktor müavini olmaq istəyənlərin DİQQƏTİNƏ23.08.2026 - 07:40
23 avqust - Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirəsi Günüdür23.08.2026 - 07:30
Azərbaycanın turizm imkanları Kuala Lumpurda təqdim edilib23.08.2026 - 07:20
Bu gün meteohəssas insanlar üçün əlverişsiz hava olacaq23.08.2026 - 07:10