Beynəlxalq fənn olimpiadalarında qalib olan 9 azərbaycanlı gənc 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramına qəbul çərçivəsində müsahibə mərhələsindən azad edilərək proqram iştirakçısı olub.
“Tehsil365” xəbər verir ki, Dövlət Proqramı Azərbaycan vətəndaşlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində prioritet ixtisaslar üzrə təhsil almasına imkan yaradır.

