Təhsil 365 - Logo Mobile

ADNSU doktorantının növbəti elmi məqaləsi “Geophysical Research Letters” jurnalında dərc olunub

13325.08.2026 - 04:49
ADNSU doktorantının növbəti elmi məqaləsi “Geophysical Research Letters” jurnalında dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Strasburg Universitetinin (Unistra) birgə “Cotutelle” doktorantura proqramının doktorantı Azərbaycan-Fransız Universitetinin (UFAZ) məzunu Kamal Bayramovun daha bir elmi məqaləsi Q1 kateqoriyalı “Geophysical Research Letters” (GRL) jurnalında dərc olunub.

“Tehsil365” xəbər verir ki, “Vulkanik süxurlarda zamanla dəyişən sıxılma” adlı tədqiqat işində süxur mexanikası istiqamətində tədqiqat aparan Kamal Bayramov və həmmüəllifləri məsaməli vulkanik süxurlarda zamanla baş verən sıxılma prosesini – “compaction creep” fenomenini eksperimental şəkildə araşdırıblar. 

Araşdırmada Fransanın Volvik bölgəsindən götürülmüş məsaməli traxian­dezit nümunələri üzərində müxtəlif laboratoriya təcrübələri aparılıb. Tədqiqat zamanı süxurların sabit təzyiq altında zaman keçdikcə deformasiyaya uğradığı, məsaməliliyinin tədricən azaldığı və sıxılmanın davam etdiyi müəyyən edilib.

Təcrübələrin nəticələri göstərib ki, vulkanik lava süxurlarında sıxılma prosesi yalnız ani mexaniki dəyişikliklərlə məhdudlaşmır, eyni zamanda uzun müddət ərzində davam edə bilir. Tədqiqatçılar həmçinin bu prosesin süxurun daxilində “compaction bands” adlanan lokal sıxılma zonalarının formalaşması ilə müşayiət olunduğunu müəyyən ediblər.

Məqalədə qeyd olunur ki, bu proses vulkanik sistemlərin uzunmüddətli təkamülü və geotermal rezervuarların davranışı baxımından əhəmiyyətli nəticələrə malikdir. Zamanla davam edən sıxılma süxurların məsaməliliyini və keçiriciliyini azalda, bununla da geotermal rezervuarlarda maye axınına təsir göstərə bilər. Eyni zamanda, vulkanik strukturlarda məsamə təzyiqinin artması və keçiriciliyin azalması vulkanların sabitliyi ilə bağlı proseslərə təsir göstərə bilər. Araşdırmanın nəticələri həmçinin göstərir ki, zamanla davam edən sıxılma mexanizminin daha yaxşı öyrənilməsi vulkanik sistemlərin uzunmüddətli davranışının proqnozlaşdırılması, vulkanik təhlükələrin qiymətləndirilməsi, eləcə də geotermal və CO₂ saxlama sistemlərinin idarə olunması baxımından əhəmiyyətlidir.

Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz: Time-dependent (Creep) Compaction in Volcanic Rocks – Geophysical Research Letters

Nuray Babayeva

Xəbər Lenti

“Sosial şəbəkələr kitaba marağı azaldır” - Yazıçı Elçin Hüseynbəyli25.08.2026 - 06:40
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub25.08.2026 - 06:30
Bu gün Xalq Artisti Tofiq Bakıxanovla vida mərasimi keçiriləcək25.08.2026 - 06:25
Bakıda 7 məktəb və bağçada tikinti-təmir işləri aparılır25.08.2026 - 06:20
DİM “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib25.08.2026 - 06:15
“Abituriyent” jurnalının 5-ci nömrəsi işıq üzü görüb25.08.2026 - 06:10
Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün YENİ SİSTEM hazırlayıblar25.08.2026 - 06:05
Rezidenturaya qəbul olanların DİQQƏTİNƏ – Qeydiyyat başlayır25.08.2026 - 06:00
“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib25.08.2026 - 05:58
ATMU tələbələrindən Özbəkistanda beynəlxalq yay məktəbi təcrübəsi25.08.2026 - 05:55
Biomüxtəliflik üzrə II respublika elmi-praktik konfransı keçiriləcək25.08.2026 - 05:50
Abituriyentlərin DİQQƏTİNƏ – Boş qalan plan yerlərinə ixtisas seçimi başlayır25.08.2026 - 05:45
İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı25.08.2026 - 05:42
Azərbaycan Universitetində magistratura üçün BOŞ YERLƏR25.08.2026 - 05:40
Bu gün 40 dərəcə isti gözlənilir25.08.2026 - 05:35
Məktəbəhazırlıq qruplarına 59 minə yaxın müraciət 25.08.2026 - 05:35
Bu ölkədə 16 yaşadək uşaqlara sosial şəbəkə qadağan edilir25.08.2026 - 05:30
Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb25.08.2026 - 05:25
169 nəfər müsabiqədənkənar universitetə QƏBUL OLUNDU25.08.2026 - 05:20
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir25.08.2026 - 05:18
Kəlbəcər məktəbinin yeganə məzunu universitetə QƏBUL OLDU25.08.2026 - 05:15
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib25.08.2026 - 05:11
Abituriyentlərin DİQQƏTİNƏ – Bu qrupda ödənişli yerlər üstünlük təşkil edir25.08.2026 - 05:10
Tələbələr 4 il əvəzinə 3 il oxuyacaq25.08.2026 - 05:05
Azərbaycanın təhsil tarixində yeni REKORD25.08.2026 - 05:03
Bu günə olan hava proqnozu25.08.2026 - 05:00
BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi25.08.2026 - 04:56
ADNSU ilə Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub25.08.2026 - 04:44
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda25.08.2026 - 04:39
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir25.08.2026 - 04:33
700 bal toplayan Samir bu universitetdə təhsil alacaq25.08.2026 - 04:28
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu25.08.2026 - 04:22
Ali məktəbə qəbul olmayanların NƏZƏRİNƏ - Bir şansınız daha var!25.08.2026 - 04:16
Ali məktəblərə qəbul olunanların qeydiyyat tarixləri açıqlanıb25.08.2026 - 04:09
28 mindən çox abituriyent dövlət sifarişi əsasında təhsil alacaq25.08.2026 - 04:02
Bu il 44 min uşaq bağçalara qəbul olunub24.08.2026 - 15:25
İxtisas seçiminin nəticələri AÇIQLANDI24.08.2026 - 15:20
Ekspert: “Məktəblərdə hərbi dərslərin daha erkən keçirilməsinə ehtiyac yoxdur”24.08.2026 - 11:00
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda24.08.2026 - 10:55
Buxarada tarixi “Ark” qalası ziyarət olunub24.08.2026 - 10:50
Kolleclərdə keçid balları AÇIQLANDI – Bəzi ixtisaslarda 40 bal24.08.2026 - 10:45
9 olimpiada qalibi Dövlət Proqramının iştirakçısı oldu24.08.2026 - 10:40
Məktəbdə hansı davranışlar polisə müraciətə səbəb ola bilər? – QAYDA24.08.2026 - 10:35
Azərbaycan və Özbəkistan arasında tarixi sənəd imzalandı24.08.2026 - 10:30
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq24.08.2026 - 10:25
Magistraturada boş qalan yerlər üçün qəbul başladı24.08.2026 - 10:20
Sertifikasiya müsahibəsində düşəcək mövzular24.08.2026 - 10:15