Təhsil 365 - Logo Mobile

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

13225.08.2026 - 04:56
BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tələbələr və şəhid-qazi övladları üçün “Bir yay, min xatirə” adlı Yay düşərgəsinin bağlanış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, Mərasimdə “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin rəhbəri Sərxan Bağırlı, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə, BDU rektorunun katibliyinin referenti Qasım Xəlilov və Universitetin Protokol sektorunun mütəxəssisi Mirhüseyn Tağıyev çıxış edərək, düşərgənin gənclərin inkişafı, yeni bilik və bacarıqlar qazanması, sosial əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə təcrübə əldə etməsində rolunu vurğulayıblar.

Bildirilib ki, altı ildir təşkil olunan düşərgə son iki ildə BDU-nun ev sahibliyi ilə həyata keçirilir. Hər il 100-ə yaxın iştirakçının yer aldığı düşərgə gənclərin şəxsi və peşəkar inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə, fikir və təcrübə mübadiləsi aparmasına imkan yaradan platformaya çevrilib. Bu il “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan düşərgədə şəhid və qazi övladları, BDU-nun tələbələri də iştirak ediblər. Düşərgə çərçivəsində iştirakçıların müasir çağırışlar və gələcəyin peşələri ilə bağlı biliklərini artırmaq məqsədilə məşğulluq və karyera inkişafı, şəhərsalma və memarlıq, dayanıqlı inkişaf, süni intellekt, robotexnika, innovasiya və texnologiyalar, liderlik və komanda işi, art-terapiya, idman və digər istiqamətlər üzrə təlim və sessiyalar keçirilib.

Bağlanış mərasimində düşərgənin təşkilində iştirak edən tərəfdaş qurumlara təşəkkür edilib, gənclər üçün bu kimi platformaların davamlılığının əhəmiyyəti vurğulanıb.

Sonda düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.

Nuray Babayeva

Xəbər Lenti

“Sosial şəbəkələr kitaba marağı azaldır” - Yazıçı Elçin Hüseynbəyli25.08.2026 - 06:40
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub25.08.2026 - 06:30
Bu gün Xalq Artisti Tofiq Bakıxanovla vida mərasimi keçiriləcək25.08.2026 - 06:25
Bakıda 7 məktəb və bağçada tikinti-təmir işləri aparılır25.08.2026 - 06:20
DİM “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib25.08.2026 - 06:15
“Abituriyent” jurnalının 5-ci nömrəsi işıq üzü görüb25.08.2026 - 06:10
Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün YENİ SİSTEM hazırlayıblar25.08.2026 - 06:05
Rezidenturaya qəbul olanların DİQQƏTİNƏ – Qeydiyyat başlayır25.08.2026 - 06:00
“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib25.08.2026 - 05:58
ATMU tələbələrindən Özbəkistanda beynəlxalq yay məktəbi təcrübəsi25.08.2026 - 05:55
Biomüxtəliflik üzrə II respublika elmi-praktik konfransı keçiriləcək25.08.2026 - 05:50
Abituriyentlərin DİQQƏTİNƏ – Boş qalan plan yerlərinə ixtisas seçimi başlayır25.08.2026 - 05:45
İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı25.08.2026 - 05:42
Azərbaycan Universitetində magistratura üçün BOŞ YERLƏR25.08.2026 - 05:40
Bu gün 40 dərəcə isti gözlənilir25.08.2026 - 05:35
Məktəbəhazırlıq qruplarına 59 minə yaxın müraciət 25.08.2026 - 05:35
Bu ölkədə 16 yaşadək uşaqlara sosial şəbəkə qadağan edilir25.08.2026 - 05:30
Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb25.08.2026 - 05:25
169 nəfər müsabiqədənkənar universitetə QƏBUL OLUNDU25.08.2026 - 05:20
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir25.08.2026 - 05:18
Kəlbəcər məktəbinin yeganə məzunu universitetə QƏBUL OLDU25.08.2026 - 05:15
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib25.08.2026 - 05:11
Abituriyentlərin DİQQƏTİNƏ – Bu qrupda ödənişli yerlər üstünlük təşkil edir25.08.2026 - 05:10
Tələbələr 4 il əvəzinə 3 il oxuyacaq25.08.2026 - 05:05
Azərbaycanın təhsil tarixində yeni REKORD25.08.2026 - 05:03
Bu günə olan hava proqnozu25.08.2026 - 05:00
ADNSU doktorantının növbəti elmi məqaləsi “Geophysical Research Letters” jurnalında dərc olunub25.08.2026 - 04:49
ADNSU ilə Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub25.08.2026 - 04:44
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda25.08.2026 - 04:39
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir25.08.2026 - 04:33
700 bal toplayan Samir bu universitetdə təhsil alacaq25.08.2026 - 04:28
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu25.08.2026 - 04:22
Ali məktəbə qəbul olmayanların NƏZƏRİNƏ - Bir şansınız daha var!25.08.2026 - 04:16
Ali məktəblərə qəbul olunanların qeydiyyat tarixləri açıqlanıb25.08.2026 - 04:09
28 mindən çox abituriyent dövlət sifarişi əsasında təhsil alacaq25.08.2026 - 04:02
Bu il 44 min uşaq bağçalara qəbul olunub24.08.2026 - 15:25
İxtisas seçiminin nəticələri AÇIQLANDI24.08.2026 - 15:20
Ekspert: “Məktəblərdə hərbi dərslərin daha erkən keçirilməsinə ehtiyac yoxdur”24.08.2026 - 11:00
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda24.08.2026 - 10:55
Buxarada tarixi “Ark” qalası ziyarət olunub24.08.2026 - 10:50
Kolleclərdə keçid balları AÇIQLANDI – Bəzi ixtisaslarda 40 bal24.08.2026 - 10:45
9 olimpiada qalibi Dövlət Proqramının iştirakçısı oldu24.08.2026 - 10:40
Məktəbdə hansı davranışlar polisə müraciətə səbəb ola bilər? – QAYDA24.08.2026 - 10:35
Azərbaycan və Özbəkistan arasında tarixi sənəd imzalandı24.08.2026 - 10:30
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq24.08.2026 - 10:25
Magistraturada boş qalan yerlər üçün qəbul başladı24.08.2026 - 10:20
Sertifikasiya müsahibəsində düşəcək mövzular24.08.2026 - 10:15