Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsinə boş qalan plan yerlərinə qəbul elan edir.
“Tehsil365” AZERTAC-a istinadən xəbər verir ki, boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 24-dən 30-dək aparılacaq. İxtisaslaşma seçimində iştirak etmək hüququ olan bakalavrlar müsabiqədə iştirak etmək üçün avqustun 30-u saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.

