Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə boş qalan plan yerləri açıqlanıb.
“Tehsil365” xəbər verir ki, universitetdə müxtəlif ixtisaslar üzrə ümumilikdə 121 boş plan yeri mövcuddur.
Boş yerlər aşağıdakı ixtisaslar üzrə müəyyənləşdirilib:
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı)- 3 yer
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)- 3 yer
Azərbaycan ədəbiyyatı- 3 yer
Azərbaycan dili- 3 yer
Təhsil psixologiyası- 5 yer
Azərbaycanın qədim və orta əsrlər tarixi- 5 yer
Azərbaycanın yeni və ən yeni tarixi- 4 yer
Tərcümə (ingilis dili)- 3 yer
Turizmin iqtisadiyyatı- 10 yer
İqtisadiyyatın tənzimlənməsi- 10 yer
Bank işi- 10 yer
Vergi və vergitutma-10 yer
İnsan resursları menecmenti (Azərbaycan bölməsi)- 5 yer
İnsan resursları menecmenti (ingilis bölməsi) - 5 yer
Təhsil menecmenti (Azərbaycan bölməsi) - 2 yer
Təhsil menecmenti (ingilis bölməsi) - 2 yer
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 5 yer
Gənclərlə iş -7 yer
Biznesin idarə edilməsi (MBA proqramı) üzrə isə boş plan yerləri belədir:
Maliyyə (Azərbaycan bölməsi) - 2 yer
Maliyyə (ingilis bölməsi) - 7 yer
Mühasibat (Azərbaycan bölməsi) - 2 yer
Mühasibat (ingilis bölməsi) - 4 yer
Marketinq (Azərbaycan bölməsi) -2 yer
Marketinq (ingilis bölməsi) - 2 yer
İnsan resurslarının idarə edilməsi (ingilis bölməsi)- 1 yer
Magistratura təhsili almaq istəyən namizədlər üçün boş qalan plan yerləri əlavə qəbul imkanları baxımından əhəmiyyət daşıyır.

