Təhsil 365 - Logo Mobile

Biomüxtəliflik üzrə II respublika elmi-praktik konfransı keçiriləcək

13425.08.2026 - 05:50
    Biomüxtəliflik üzrə II respublika elmi-praktik konfransı keçiriləcək

Noyabrın 18–19-da Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun təşkilatçılığı ilə “Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II respublika elmi-praktik konfransı keçiriləcək.

“Tehsil365” xəbər verir ki, konfransın əsas məqsədi biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunması istiqamətində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrini müzakirə etmək, iqlim dəyişiklikləri və antropogen amillərin ekosistemlərə, heyvanlara və insan sağlamlığına təsirlərini qiymətləndirmək, eləcə də biomüxtəlifliyin öyrənilməsində müasir elmi yanaşmaların tətbiqini təşviq etməklə elmi əməkdaşlığın genişləndirilməsidir.

Konfransın elmi istiqamətləri biomüxtəlifliyin qorunması, davamlı istifadəsi və ekosistemlərin idarə olunması, iqlim dəyişiklikləri, antropogen təsirlər, adaptasiya və insan-ekosistem qarşılıqlı əlaqələri, biomüxtəlifliyin öyrənilməsində müasir elmi yanaşmalar: genetik, parazitoloji və riyazi modelləşdirmə mövzularını əhatə edir.

Konfransın iş dilləri Azərbaycan və ingilis dilləridir. Konfrans materiallarında dərc olunması üçün məqalələr əsas tematik istiqamətlərə uyğun hazırlanmalı və 2–3 səhifə həcmində elektron formada təqdim edilməlidir. Hər bir iştirakçı tək müəllif olduğu yalnız bir, həmmüəllifliklə isə maksimum iki məqalə təqdim edə bilər. Təqdim olunan məqalələrin müəllifləri işlərdə əks olunan məzmunun, faktların, sitatların, statistik məlumatların və digər məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Məqalələr plagiat hallarının aşkar edilməsi məqsədilə xüsusi proqram vasitəsilə yoxlanılacaq. Məqalə ilə yanaşı, müəlliflər haqqında zəruri məlumatları əks etdirən qeydiyyat forması da təşkilat komitəsinə təqdim edilməlidir. Konfrans materiallarında dərc olunması nəzərdə tutulan məqalələrin elektron əlyazmaları və qeydiyyat formaları oktyabrın 10-dək confrans2026@lisri.azünvanına göndərilməlidir.

Təşkilatçılar elm və tədqiqat ictimaiyyətini biomüxtəlifliyin qorunması və davamlı idarə olunması istiqamətində aparılan aktual araşdırmalarla konfransda iştirak etməyə dəvət edirlər.

Amin Cavayev

Xəbər Lenti

“Sosial şəbəkələr kitaba marağı azaldır” - Yazıçı Elçin Hüseynbəyli25.08.2026 - 06:40
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub25.08.2026 - 06:30
Bu gün Xalq Artisti Tofiq Bakıxanovla vida mərasimi keçiriləcək25.08.2026 - 06:25
Bakıda 7 məktəb və bağçada tikinti-təmir işləri aparılır25.08.2026 - 06:20
DİM “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib25.08.2026 - 06:15
“Abituriyent” jurnalının 5-ci nömrəsi işıq üzü görüb25.08.2026 - 06:10
Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün YENİ SİSTEM hazırlayıblar25.08.2026 - 06:05
Rezidenturaya qəbul olanların DİQQƏTİNƏ – Qeydiyyat başlayır25.08.2026 - 06:00
“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib25.08.2026 - 05:58
ATMU tələbələrindən Özbəkistanda beynəlxalq yay məktəbi təcrübəsi25.08.2026 - 05:55
Abituriyentlərin DİQQƏTİNƏ – Boş qalan plan yerlərinə ixtisas seçimi başlayır25.08.2026 - 05:45
İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı25.08.2026 - 05:42
Azərbaycan Universitetində magistratura üçün BOŞ YERLƏR25.08.2026 - 05:40
Məktəbəhazırlıq qruplarına 59 minə yaxın müraciət 25.08.2026 - 05:35
Bu gün 40 dərəcə isti gözlənilir25.08.2026 - 05:35
Bu ölkədə 16 yaşadək uşaqlara sosial şəbəkə qadağan edilir25.08.2026 - 05:30
Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb25.08.2026 - 05:25
169 nəfər müsabiqədənkənar universitetə QƏBUL OLUNDU25.08.2026 - 05:20
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir25.08.2026 - 05:18
Kəlbəcər məktəbinin yeganə məzunu universitetə QƏBUL OLDU25.08.2026 - 05:15
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib25.08.2026 - 05:11
Abituriyentlərin DİQQƏTİNƏ – Bu qrupda ödənişli yerlər üstünlük təşkil edir25.08.2026 - 05:10
Tələbələr 4 il əvəzinə 3 il oxuyacaq25.08.2026 - 05:05
Azərbaycanın təhsil tarixində yeni REKORD25.08.2026 - 05:03
Bu günə olan hava proqnozu25.08.2026 - 05:00
BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi25.08.2026 - 04:56
ADNSU doktorantının növbəti elmi məqaləsi “Geophysical Research Letters” jurnalında dərc olunub25.08.2026 - 04:49
ADNSU ilə Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub25.08.2026 - 04:44
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda25.08.2026 - 04:39
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir25.08.2026 - 04:33
700 bal toplayan Samir bu universitetdə təhsil alacaq25.08.2026 - 04:28
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu25.08.2026 - 04:22
Ali məktəbə qəbul olmayanların NƏZƏRİNƏ - Bir şansınız daha var!25.08.2026 - 04:16
Ali məktəblərə qəbul olunanların qeydiyyat tarixləri açıqlanıb25.08.2026 - 04:09
28 mindən çox abituriyent dövlət sifarişi əsasında təhsil alacaq25.08.2026 - 04:02
Bu il 44 min uşaq bağçalara qəbul olunub24.08.2026 - 15:25
İxtisas seçiminin nəticələri AÇIQLANDI24.08.2026 - 15:20
Ekspert: “Məktəblərdə hərbi dərslərin daha erkən keçirilməsinə ehtiyac yoxdur”24.08.2026 - 11:00
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda24.08.2026 - 10:55
Buxarada tarixi “Ark” qalası ziyarət olunub24.08.2026 - 10:50
Kolleclərdə keçid balları AÇIQLANDI – Bəzi ixtisaslarda 40 bal24.08.2026 - 10:45
9 olimpiada qalibi Dövlət Proqramının iştirakçısı oldu24.08.2026 - 10:40
Məktəbdə hansı davranışlar polisə müraciətə səbəb ola bilər? – QAYDA24.08.2026 - 10:35
Azərbaycan və Özbəkistan arasında tarixi sənəd imzalandı24.08.2026 - 10:30
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq24.08.2026 - 10:25
Magistraturada boş qalan yerlər üçün qəbul başladı24.08.2026 - 10:20
Sertifikasiya müsahibəsində düşəcək mövzular24.08.2026 - 10:15