Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.
İdarədənb “Tehsil365*ə bildirilib ki, müsabiqə qeydiyyat və müsahibə mərhələsindən ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər avqustun 25-i saat 12:00-dan avqustun 28-i saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı, aşağıda qeyd olunan sənədləri avqustun 28-dən gec olmayaraq irs@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;
- Əmək kitabçasının surəti.

