Təhsil 365 - Logo Mobile

Astara gəncləri “Səyyar Gənclər Xidməti”nin imkanlarından yararlanırlar

13825.08.2026 - 16:16
Astara gəncləri “Səyyar Gənclər Xidməti”nin  imkanlarından yararlanırlar

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dayanacağı olan Astara rayonunda fəaliyyətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə “Gənclərlə, gənclər üçün” devizi altında 24-28 avqust tarixlərində Astara gənclərinin liderlik, şəxsi inkişaf və peşəyönümlü bacarıqlarının artırılmasına xidmət göstərəcək.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova və Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov açılış nitqi ilə çıxış edərək layihənin gənclərin intellektual və şəxsi inkişafının dəstəklənməsində, onların potensiallarının üzə çıxarılmasında mühüm rol oynadığını xüsusi vurğulayıblar.

Layihənin ilk günündə gənclər üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən maarifləndirici sessiyalar təşkil olunub.

Gənclər 5 günlük zəngin proqram çərçivəsində "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edəcək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Eyni zamanda gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə müxtəlif istiqamətləri əhatə edən təlimlər təşkil olunacaq. Peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə gənclərə ixtisas və peşə seçimi, karyera hədəflərinin müəyyənləşdirilməsi, müasir əmək bazarının tələbləri, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və bu imkanlardan səmərəli istifadə yolları ilə bağlı faydalı məlumatlar təqdim ediləcək. Günün sonunda proqram çərçivəsində təşkil olunan fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər mükafatlandırılacaqlar.

Xatırladaq ki, əsas əhatə dairəsi region gəncləri olan “Səyyar Gənclər Xidməti” layihəsinin əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq gənclərin cəmiyyətin müxtəlif sahələrində iştirakçılığının artırılması, yaradıcı potensialının üzə çıxarılması və gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclərə daha əlçatan olmasını təmin etməkdir.

Xidmət iyun ayından etibarən Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı və Lənkəranda uğurla həyat keçirilib.

Ləman Rəhimli

Xəbər Lenti

AMEA-da görüş: Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin inkişafı diqqət mərkəzindədir25.08.2026 - 16:06
BDU Özbəkistanın 44 ali məktəbi və elmi müəssisəsi ilə əməkdaşlıq edir25.08.2026 - 16:01
UNEC və Özbəkistan universitetləri arasında ikili diplom və akademik mobillik imkanları genişlənir25.08.2026 - 15:57
BDU alimləri özbəkistanlı həmkarları ilə 150-dən çox birgə elmi əsər nəşr etdiriblər25.08.2026 - 15:55
Məktəblərdə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə başlanılır25.08.2026 - 15:52
BDU ilə Özbəkistan universitetləri arasında çoxşaxəli əməkdaşlıq: birgə layihələr və konfranslar25.08.2026 - 15:51
BDU-nun tələbəsi adını qazanan şəhid övladları25.08.2026 - 15:49
Bakı Dövlət Universitetinə tələbə qəbulu üçün qeydiyyat “mygov” üzərindən aparılacaq25.08.2026 - 15:46
Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir25.08.2026 - 15:43
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgi istifadəçilərə təqdim olunub25.08.2026 - 15:40
Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq25.08.2026 - 15:32
Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub25.08.2026 - 15:30
Daha bir xankəndili məzun uğur qazandı25.08.2026 - 15:23
Emin Əmrullayevdən tələbə adını qazanan gənclərə TƏBRİK25.08.2026 - 15:20
Ötən tədris ilində 2 000-ə yaxın şagird məktəbli avtobusundan istifadə edib25.08.2026 - 15:14
Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olunub25.08.2026 - 15:09
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub25.08.2026 - 15:02
“Sosial şəbəkələr kitaba marağı azaldır” - Yazıçı Elçin Hüseynbəyli25.08.2026 - 06:40
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub25.08.2026 - 06:30
Bu gün Xalq Artisti Tofiq Bakıxanovla vida mərasimi keçiriləcək25.08.2026 - 06:25
Bakıda 7 məktəb və bağçada tikinti-təmir işləri aparılır25.08.2026 - 06:20
DİM “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib25.08.2026 - 06:15
“Abituriyent” jurnalının 5-ci nömrəsi işıq üzü görüb25.08.2026 - 06:10
Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün YENİ SİSTEM hazırlayıblar25.08.2026 - 06:05
Rezidenturaya qəbul olanların DİQQƏTİNƏ – Qeydiyyat başlayır25.08.2026 - 06:00
“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib25.08.2026 - 05:58
ATMU tələbələrindən Özbəkistanda beynəlxalq yay məktəbi təcrübəsi25.08.2026 - 05:55
Biomüxtəliflik üzrə II respublika elmi-praktik konfransı keçiriləcək25.08.2026 - 05:50
Abituriyentlərin DİQQƏTİNƏ – Boş qalan plan yerlərinə ixtisas seçimi başlayır25.08.2026 - 05:45
İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı25.08.2026 - 05:42
Azərbaycan Universitetində magistratura üçün BOŞ YERLƏR25.08.2026 - 05:40
Bu gün 40 dərəcə isti gözlənilir25.08.2026 - 05:35
Məktəbəhazırlıq qruplarına 59 minə yaxın müraciət 25.08.2026 - 05:35
Bu ölkədə 16 yaşadək uşaqlara sosial şəbəkə qadağan edilir25.08.2026 - 05:30
Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb25.08.2026 - 05:25
169 nəfər müsabiqədənkənar universitetə QƏBUL OLUNDU25.08.2026 - 05:20
ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir25.08.2026 - 05:18
Kəlbəcər məktəbinin yeganə məzunu universitetə QƏBUL OLDU25.08.2026 - 05:15
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil edilib25.08.2026 - 05:11
Abituriyentlərin DİQQƏTİNƏ – Bu qrupda ödənişli yerlər üstünlük təşkil edir25.08.2026 - 05:10
Tələbələr 4 il əvəzinə 3 il oxuyacaq25.08.2026 - 05:05
Azərbaycanın təhsil tarixində yeni REKORD25.08.2026 - 05:03
Bu günə olan hava proqnozu25.08.2026 - 05:00
BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi25.08.2026 - 04:56
ADNSU doktorantının növbəti elmi məqaləsi “Geophysical Research Letters” jurnalında dərc olunub25.08.2026 - 04:49
ADNSU ilə Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub25.08.2026 - 04:44
BMU-nun gənc əməkdaşının məqaləsi yüksək reytinqli elmi jurnalda25.08.2026 - 04:39