Təhsil 365 - Logo Mobile

UNEC-də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu onlayn aparılacaq!

14326.08.2026 - 04:02
UNEC-də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu onlayn aparılacaq!

UNEC-də bakalavr səviyyəsində sənəd qəbulu 28 avqust 2026-cı il tarixindən 08 sentyabr 2026-cı il tarixinədək elektron qaydada aparılacaq.

“Tehsil365” xəbər verir ki, Bakalavra qəbul olanlar sənədlərini elektron formada UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid etməklə (kabinet.unec.edu.az) sistemə yükləməlidir.

Sənədlərin elektron yüklənməsi barədə videotəlimat aşağıda təqdim olunur:

https://www.youtube.com/watch?v=LhtVllbcPM8

Bundan əlavə, abituriyent mütləq https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər.

Qeyd: https://my.gov.az/ platformasında qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Tələb olunan sənədlər:

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentin qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur:

  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə (sistemə yalnız bir şəkil daxil edilir);

  • Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü, yeni nəsil ŞV isə üz hissəsi);

  • Təhsil haqqında sənəd – Attestatın və ya diplomun surəti (təqdim edilən sənədlər PDF formatında olmalıdır);

  • İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd (təqdim edilən sənədlər PDF formatında olmalıdır): Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir;

  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya  hərbi biletin surəti (oğlanlar üçün);

  • Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

*Qeyd: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

Təhsil haqqından azad olunan bakalavrlardan aşağıdakı sənədlər tələb olunur: (tələb olunan sənədlər PDF formatında yüklənməlidir)

  1. I və II dərəcə əlilliyi olan, habelə şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88)

  • Doğum haqqında şəhadətnamənin surəti,

Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

Əsas: “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamı

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:

  • Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Əsas: Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının bakalavr səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:

  • Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti,

  • Digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88),

  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd 1: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Bu güzəşt əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

Əsas: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli)

  1. Şəhid ailəsinin üzvü olanlar:

  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

  • Şəhid ailəsinin üzvi kimi tələbənin vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamənin surəti;

  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

Qeyd: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Əsas: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu (3 sentyabr 1993-cü il tarixli 697 nömrəli)

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:

  2. a) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88);

  • Valideynin şəxsiyyət vəsiqəsinin surəti;

  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır. Güzəşt 2014/2015-cü tədris ilindən etibarən tətbiq edilir.

  1. b) Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:

  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);

  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd: Güzəşt 2014/2015-cü tədris ilindən etibarən tətbiq edilir. 

  1. c)Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:

  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı”  adı almasına dair arayış, vəsiqə və ya əmrdən çıxarış

Qeyd: Güzəşt 2023/2024-cü tədris ilindən etibarən tətbiq edilir.

Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 347 saylı sərəncamı

Qeyd: Qeydiyyat zamanı tələb olunan sənədlərin əsli tədris həftəsi başladıqda tələbə tərəfindən təhsil alacağı fakültə, mərkəz və ya məktəbin məsul əməkdaşına təhvil verilməlidir.

QEYD: Güzəşt yalnız ilk dəfə bakalavr olanlara aiddir.

Qeydiyyat zamanı hər hansı sual yaranarsa qəbul olduğunuz fakültə üzrə məsul şəxslərlə əlaqə saxlaya bilərsiniz.

ƏLAQƏ

Qaynar xətt: (+994) 12 492 59 03 (1199)

                     .(+994) 12 492 60 43     

Nuray Babayeva

Xəbər Lenti

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58
Tələbələr hansı hallarda universitetdən xaric edilə bilər? - Qaydalar15.10.2026 - 13:27
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 13:26
Qız tələbələrin “Vergi Akademiyası” proqramına qəbulu başlayır15.10.2026 - 13:23
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - RƏSMİ QƏRAR15.10.2026 - 13:21
İlham Əliyev: Biz uşaq qatillərinin səviyyəsinə enmədik15.10.2026 - 13:18
Polimer Materialları İnstitutunun məqaləsi Q4 jurnalında dərc olunub15.10.2026 - 13:15
Azərbaycanda gənclər ən çox nələrdən ölürlər?15.10.2026 - 13:07
İlham Əliyev: “Azərbaycan təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib”15.10.2026 - 13:04
Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub15.10.2026 - 12:30
BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb15.10.2026 - 12:18
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 12:11
Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı15.10.2026 - 12:10
Psixoloq Cəmilə Haciyeva: "Öz ehtiyaclarımızı arxa plana ataraq başqalarını məmnun etməyə çalışırıq" 15.10.2026 - 12:00
10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir 15.10.2026 - 11:45
Məktəbə hücum edənlər həbs olundu 15.10.2026 - 11:40