Ötən gün açıqlanan nəticələrə görə Qubadlı məktəbindən bir sinfin bütün məzunları tələbə adını qazanıb.
“Tehsil365” azedu.az-a istinadən xəbər verir ki, Qubadlı rayonu İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta ümumtəhsil məktəbinin 11c sinfini bitirən 22 nəfərin hamısı ali məktəbə qəbul olub. Onlardan 3 nəfəri 600 (654, 636, 615), 4 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

