“Tələbələrin bəzilərində ilk kurs sevinc həyəcanı olur, bəzilərində isə nəyinsə təlaşı olur”.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Sevinc Həbibova deyib.
Psixoloq bildirib ki, əslində şagirdlərə tez-tez təmiz hava qəbul etmək lazımdır. Ancaq yürüyüş etməlidirlər. Təbii ki, onlar 11 il oxuyurlar, amma universitet çağı onları sanki bir pillə başqa bir ocağa salır. Yəni elə şagirdlər var ki, öz xarakterlərini tam məktəbdən ayrılma dönəmində yeni mühitə, yeni insanlara, yeni müəllimələrə uyğun olaraq dəyişməli olurlar. Bu kimisində həyəcan kimi, kimisində isə çox yaxşı olur və deyir ki, mən hər şeyə hazıram, mən onsuzda adaptasiya olunmuş bir şagird idim məktəb dövründə.
“Əslində onlar elə bir böhran dövrü yaşayırlar ki, 17-18 yaş dövrü, bir keçid dövrünə addım atırlar ki, bu psixoloji problem yox gərginlik ola bilər və bütün tələbələr girdiyi yeni mühitə, daxil olduqları aləmə səbrsizliklə yanaşır və düşünür ki, orada görəsən məni nə gözləyəcək, məktəb vaxtı olduğu kimi bu tələbələr də məni başa düşəcək mi, məktəb vaxtında uşaqlar valideynlərimi çox yaxşı tanıyırdı, görəsən indi də öz valideynlərimdən, rayonumdan, Bakıda yaşayıramsa Bakıdan öz ailəmdən, dostumdan danışa biləcəyəm mi? deyə suallar yaranır.
Onun sözlərinə görə, bu kimi nüanslar onlarda gərginlik yarada bilər. Amma məncə onlar rahat olmalıdırlar. İlk kurs onsuzda hamı da belə olur. Sonradan onlar böhran dövrü yaşadıqlarına görə onlarda belə gərginliklər çox olacaq.
“Bu keçid dövrüdür. Tələbələr təmiz hava qəbul etməli, gəzməli və rahat olmalıdırlar. Çünki onsuzda məktəbdə öyrəndiklərini, universitetdə inkişaf etdirəcəklər. Bu onların ən gözəl çağlarıdır”-deyə Sevinc Həbibova qeyd edib.

