Təhsil 365 - Logo Mobile

“Maarifçi” iştirakçılarına Azərbaycanın xarici siyasətinin prioritetləri açıqlanıb

13926.08.2026 - 09:15
    “Maarifçi” iştirakçılarına Azərbaycanın xarici siyasətinin prioritetləri açıqlanıb

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.

Bu barədə “Tehsil365”ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Yalçın Rəfiyev Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, onun formalaşmasına təsir edən amillər və dövlət qərarlarının qəbul edilməsi mexanizmləri barədə danışıb. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi, beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət və xarici siyasətin müəyyənləşdirilməsində mühüm rol oynayan amillər diqqətə çatdırılıb. Müzakirələr zamanı güclü dövlət anlayışı və onun əsas meyarları ətrafında fikir mübadiləsi aparılıb. Dövlətin gücünü şərtləndirən iqtisadi və hərbi potensial, bu amillərin zamanla dəyişməsi, eləcə də ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə təsir göstərən digər amillər barədə danışılıb.

Görüşdə iştirakçıların Azərbaycanın xarici siyasətinin prioritetləri, dövlət qərarlarının qəbulu, beynəlxalq proseslərin ölkələrin inkişafına təsiri və diplomatik fəaliyyətin xüsusiyyətləri ilə bağlı sualları cavablandırılıb.

Müzakirələrdə gənclərin dövlət idarəçiliyində fəal iştirakının, beynəlxalq proseslərə dair biliklərinin artırılmasının, analitik düşüncə və peşəkar bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Müxtəlif dövlət qurumları arasında əməkdaşlığın gənclərin inkişafı üçün yaratdığı imkanlar və “Maarifçi” proqramının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramın 102 məzunu olub. Hazırkı IV tələbə-məzun proqramında 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində iştirak etmək hüququ qazanıb.

Amin Cavayev

Xəbər Lenti

Pedaqoji Universitet - 105 ildir təhsilimizin keşiyindəydir26.08.2026 - 16:13
ADU tələbələri İspaniyada ispan dili üzrə təkmilləşdirmə kursunda iştirak ediblər26.08.2026 - 16:05
ADU-da yay semestri imtahanları keçiriləcək26.08.2026 - 16:02
Cəlilabad rayonunda zəlzələ baş verib26.08.2026 - 15:42
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır26.08.2026 - 14:57
Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb26.08.2026 - 13:56
Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub26.08.2026 - 13:55
​Psixoloq Mirsadiq Muxtarov: “İxtisas seçiminin nəticələri gənclərin dəyərini müəyyən edən yeganə meyar deyil”26.08.2026 - 13:50
MDU-dan rekord nəticə - qəbul 98,10 faiz DOLDU26.08.2026 - 13:44
Bakıda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib26.08.2026 - 13:41
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib26.08.2026 - 13:40
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.08.2026 - 13:37
AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq26.08.2026 - 13:31
İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb26.08.2026 - 13:24
Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək26.08.2026 - 13:15
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib26.08.2026 - 13:12
MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub26.08.2026 - 12:16
“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub26.08.2026 - 12:12
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb26.08.2026 - 12:08
Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb26.08.2026 - 12:04
ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi26.08.2026 - 12:02
Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub26.08.2026 - 12:00
Azərbaycan İlahiyyat İnstitutu və Moskva İslam İnstitutu birgə layihələr planlaşdırır26.08.2026 - 11:58
Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq26.08.2026 - 11:02
X siniflər üçün şagird yerdəyişməsi BAŞLAYIR26.08.2026 - 10:56
Uşaqlarda telefon asılılığının əsas səbəbi - Psixoloqdan AÇIQLAMA26.08.2026 - 10:00
Laçın Şəhəri Günü ilə bağlı rəngarəng proqramlar təşkil olunur26.08.2026 - 09:55
Türkiyədə erməni uşaqlarla bağlı yeni qərar26.08.2026 - 09:50
Bu gün Nəsiman Yaqublunun vəfatından 2 il ötür26.08.2026 - 09:45
İş axtaranların DİQQƏTİNƏ – Məktəblərdə vakansiyalar var26.08.2026 - 09:40
Çin mədəniyyətində göl obrazı26.08.2026 - 09:35
Qardaş ölkədə müəllimlərlə bağlı yeni qərar26.08.2026 - 09:30
UNEC-də Özbəkistandan olan 69 müəllim üçün peşəkar inkişaf proqramları keçirilib26.08.2026 - 09:25
Bəzi rayonlarda leysan və dolu gözlənilir – Temperatur 4-8 dərəcə enəcək26.08.2026 - 09:20
“Dənizkənarı Bulvar İdarəsi” ilə bağlı yeni qərar26.08.2026 - 09:10
UNEC və Özbəkistan universitetlərindən birgə elmi layihələr26.08.2026 - 09:05
Polimer Materialları İnstitutundan beynəlxalq elmi uğur26.08.2026 - 09:00
Güclü maqnit qasırğası olacaq26.08.2026 - 08:55
Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ26.08.2026 - 08:50
Milli Kitabxanada Laçın Şəhəri Gününə həsr olunan sərgi açılıb26.08.2026 - 08:45
Günəşdə güclü partlayışlar olub26.08.2026 - 08:40
Sabaha olan hava proqnozu26.08.2026 - 08:35
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür26.08.2026 - 08:30
Tələbə adını qazanan ŞƏHİD övladları26.08.2026 - 08:25
Polimer Materialları İnstitutunda yeni təyinat26.08.2026 - 08:20
Günəşin batmadığı şəhər: Təxminən 2 ay davam edir26.08.2026 - 08:15
Bu gün MİQ üzrə müsahibələr start götürür26.08.2026 - 08:10