Təhsil 365 - Logo Mobile

Çin mədəniyyətində göl obrazı

14426.08.2026 - 09:35
Çin mədəniyyətində göl obrazı

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun yay onlayn lektoriya fəaliyyəti çərçivəsində Ümumdünya Göllər Gününə həsr olunmuş “Çindəki məşhur göllərin mədəni əhəmiyyəti” mövzusunda mühazirə təşkil olunub. Mühazirə institutun direktoru Rafiq Abbasovun təşəbbüsü ilə baş tutub.

Dillər Universitetindən “Tehsil365”ə bildirilib ki, mühazirədə Çin mədəniyyətində göl obrazının fəlsəfi, ədəbi və estetik əhəmiyyətindən bəhs olunub. İnstitut direktoru bildirib ki, Çin fəlsəfəsində, poeziyasında və rəssamlığında xüsusi yer tutan göl obrazı “Yin” – sülh, qadınlıq başlanğıcı və düşüncə anlayışlarını təcəssüm etdirir. “Dağlar və sular” janrında isə göl insanla təbiət arasındakı əlaqəni və Kainatın fəlsəfi harmoniyasını simvolizə edir. Mühazirədə Çinin məşhur göllərinin tarixi və mədəni irsdə rolu geniş şəkildə təqdim edilib. O, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Xihu gölünün tarixi-mədəni əhəmiyyətindən danışıb. Gölün mənzərələri, lotus və osmantus çiçəkləri, eləcə də ətraf ərazilərdə yerləşən tarixi məkanlar Tan və Sun sülalələrinin məşhur şairlərinin yaradıcılığında mühüm yer tutub. Mühazirə zamanı Xihu gölü ilə bağlı əfsanələrə, onunla əlaqəli tarixi şəxsiyyətlərə və milli qəhrəmanlara da diqqət çəkilib. Göl ətrafındakı məbədlər, körpülər və bağlarla birlikdə formalaşan “Xihu gölünün ən yaxşı on mənzərəsi” ənənəvi Çin mədəniyyətinin mühüm nümunələri kimi təqdim olunub.

Rafiq Abbasov, həmçinin Qu Yuanın xatirəsinə həsr olunan Əjdaha Qayıqları Festivalı ilə bağlı əfsanələri özündə yaşadan Duntin gölü, daoist ənənələrdə mühüm yer tutan Junşan adası, eləcə də Xiao və Xiang çaylarının Duntin gölünə qovuşduğu ərazinin mədəni və bədii əhəmiyyəti barədə məlumat verib. Bu məkanların Çin poeziyası və klassik rəssamlığında geniş əks olunduğu vurğulanıb. Mühazirədə Tibet buddistləri üçün müqəddəs sayılan Çinghay gölünün yaranması ilə bağlı əfsanələr, Buddanın zühuru haqqında rəvayətlər və Xan sülaləsi dövrünə gedib çıxan su ruhuna sitayiş ənənələri də diqqətə çatdırılıb. Çinin məşhur Tayhu gölü haqqında danışan Rafiq Abbasov onun Çin şairlərinin yaradıcılığında əks olunması ilə yanaşı, Böyük Kanalla əlaqəsi, burada yetişdirilən məşhur “Bi Lo Çun” yaşıl çayı və ənənəvi Çin bağçılığında xüsusi əhəmiyyət daşıyan “Tayhu daşları” ilə tanındığını bildirib. Bu daşların əsrlər boyu imperator saraylarının və parklarının bəzədilməsində istifadə edildiyi qeyd olunub.

Mühazirə iştirakçılara Çin göllərinin yalnız təbii sərvət deyil, həm də ölkənin fəlsəfi dünyagörüşünü, ədəbi irsini, incəsənətini, dini inanclarını və tarixi yaddaşını özündə birləşdirən mühüm mədəni irs nümunələri olduğunu göstərib. Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun təşkil etdiyi yay onlayn lektoriya Çin dili və mədəniyyətinin müxtəlif aspektlərinin öyrənilməsinə, eləcə də Azərbaycan və Çin arasında mədəni-humanitar əlaqələrin inkişafına töhfə verir.

Amin Cavayev

Xəbər Lenti

Pedaqoji Universitet - 105 ildir təhsilimizin keşiyindəydir26.08.2026 - 16:13
ADU tələbələri İspaniyada ispan dili üzrə təkmilləşdirmə kursunda iştirak ediblər26.08.2026 - 16:05
ADU-da yay semestri imtahanları keçiriləcək26.08.2026 - 16:02
Cəlilabad rayonunda zəlzələ baş verib26.08.2026 - 15:42
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır26.08.2026 - 14:57
Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb26.08.2026 - 13:56
Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub26.08.2026 - 13:55
​Psixoloq Mirsadiq Muxtarov: “İxtisas seçiminin nəticələri gənclərin dəyərini müəyyən edən yeganə meyar deyil”26.08.2026 - 13:50
MDU-dan rekord nəticə - qəbul 98,10 faiz DOLDU26.08.2026 - 13:44
Bakıda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib26.08.2026 - 13:41
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib26.08.2026 - 13:40
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.08.2026 - 13:37
AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq26.08.2026 - 13:31
İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb26.08.2026 - 13:24
Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək26.08.2026 - 13:15
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib26.08.2026 - 13:12
MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub26.08.2026 - 12:16
“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub26.08.2026 - 12:12
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb26.08.2026 - 12:08
Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb26.08.2026 - 12:04
ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi26.08.2026 - 12:02
Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub26.08.2026 - 12:00
Azərbaycan İlahiyyat İnstitutu və Moskva İslam İnstitutu birgə layihələr planlaşdırır26.08.2026 - 11:58
Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq26.08.2026 - 11:02
X siniflər üçün şagird yerdəyişməsi BAŞLAYIR26.08.2026 - 10:56
Uşaqlarda telefon asılılığının əsas səbəbi - Psixoloqdan AÇIQLAMA26.08.2026 - 10:00
Laçın Şəhəri Günü ilə bağlı rəngarəng proqramlar təşkil olunur26.08.2026 - 09:55
Türkiyədə erməni uşaqlarla bağlı yeni qərar26.08.2026 - 09:50
Bu gün Nəsiman Yaqublunun vəfatından 2 il ötür26.08.2026 - 09:45
İş axtaranların DİQQƏTİNƏ – Məktəblərdə vakansiyalar var26.08.2026 - 09:40
Qardaş ölkədə müəllimlərlə bağlı yeni qərar26.08.2026 - 09:30
UNEC-də Özbəkistandan olan 69 müəllim üçün peşəkar inkişaf proqramları keçirilib26.08.2026 - 09:25
Bəzi rayonlarda leysan və dolu gözlənilir – Temperatur 4-8 dərəcə enəcək26.08.2026 - 09:20
“Maarifçi” iştirakçılarına Azərbaycanın xarici siyasətinin prioritetləri açıqlanıb26.08.2026 - 09:15
“Dənizkənarı Bulvar İdarəsi” ilə bağlı yeni qərar26.08.2026 - 09:10
UNEC və Özbəkistan universitetlərindən birgə elmi layihələr26.08.2026 - 09:05
Polimer Materialları İnstitutundan beynəlxalq elmi uğur26.08.2026 - 09:00
Güclü maqnit qasırğası olacaq26.08.2026 - 08:55
Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ26.08.2026 - 08:50
Milli Kitabxanada Laçın Şəhəri Gününə həsr olunan sərgi açılıb26.08.2026 - 08:45
Günəşdə güclü partlayışlar olub26.08.2026 - 08:40
Sabaha olan hava proqnozu26.08.2026 - 08:35
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür26.08.2026 - 08:30
Tələbə adını qazanan ŞƏHİD övladları26.08.2026 - 08:25
Polimer Materialları İnstitutunda yeni təyinat26.08.2026 - 08:20
Günəşin batmadığı şəhər: Təxminən 2 ay davam edir26.08.2026 - 08:15
Bu gün MİQ üzrə müsahibələr start götürür26.08.2026 - 08:10